0f11aztitul(1-7)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə46/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   73

126 
 
 Modullaşma – yüksəktezlikli elektromaqnit dalğalarının amplitudunun (tezliyi-
nin və ya fazasının) alçaqtezlikli səs dalğalarının amplituduna (tezliyinə  və ya 
fazasına) uyğun olaraq dəyişdirilməsidir.  
Dalğaların amplitud modullaşmasını icra etmək üçün verici stansiya dövrəsinə 
qoşulan transformatorun I dolağı mikrofon dövrəsinə, II dolağı isə tranzistorlu gene-
rator dövrəsinin cərəyan mənbəyinə qoşulur. Nəticədə stansiyanın rəqs konturundakı 
yüksəktezlikli elektromaqnit rəqsləri səs tezlikli siqnallarla modullaşdırılır. Alınan 
modullaşmış rəqslər verici antena vasitəsilə fəzaya şüalandırılır (bax: 
c, 3
). 
Qəbuledici stansiyanın sadələşdirilmiş sxeminə əsasən onun əsas hissələri qəbul-
edici antena (Q), dəyişən tutumlu kondensatoru ( ) olan rəqs konturu, yarımkeçirici 
diod – detektor (D), elektrik siqnalını hamarlayıcı kondensator ( ) və telefondan 
(yaxud ucadanışandan) (U) ibarətdir 
(d)
. Antenanın qəbul etdiyi elektromaqnit dal-
ğaları onun rəqs konturunda induksiya dəyişən cərəyanı yaradır. Konturdakı konden-
satorun  tutumunu  dəyişməklə  onun  məxsusi  tezliyi  qəbul  olunmuş  elektromaqnit 
dalğalarının tezliyi ilə bərabərləşdirilir. Bu zaman konturda yaranan cərəyanın rəqs-
lərinin amplitudu kəskin artır – rezonans hadisəsi baş verir. Nəticədə lazımi siqnal 
digər siqnallardan seçilərək gələn dalğaları qəbul etməyə köklənir. Daha sonra qəbul 
edilən yüksəktezlikli modullaşmış rəqslərin  alçaqtezlikli rəqslərə çevrilnəsi prosesi 
– demodulyasiya (və ya detektəetmə) həyata keçirilir. 
Demodulyasiya detektor (yarımkeçirici diod) vasitəsilə reallaşdırılır. Birtərəfli ke-
çidə malik detektordan keçən cərəyan döyünən cərəyan (bax: 
d, 4
) olur. Bu cərəyan 
 kondensatoru (süzgəc) vasitəsi ilə hamarlanır. Hamarlanan elektrik siqnalı tele-
fonun (radionun) ucadanışanında eşidilə bilən səs tezlikli rəqslərə çevrilir (
5
). 
 
 
 
Radiolokasiya. Araşdırma 1-də müəyyən etdiniz ki, elektromaqnit dalğaları me-
tal (keçirici) lövhədən qayıdır. Radiolokasiyanın fiziki əsasını da məhz elektromaq-
nit dalğalarının bu xassəsi təşkil edir. 
 Radiolokasiya – radiodalğaların köməyi ilə müxtəlif obyektləri aşkar etməkdir. 

 Radiodalğalar vasitəsilə obyektə  qədərki məsafənin müəyyən olunmasına 
xidmət edən qurğu radiolokator (və ya radar) adlanır.  
(c)
 
I
II
1
 
2
 
3
i
 
0
 
t
M
C
1
V
T
 
i
0
t
t
i
 
0
 
(d)
4
5
t
 
0
i
i
0
t
 
Q
D
C
2
C
3
R
U
 
  LAYİHƏ


127 
 
 Radiolokator – ultraqısa tezlikli dalğalar şüalandıran radioverici və onu qəbul 
edən radioqəbuledicidən ibarət qurğudur 
(e)
.  
 
Radiolokator  radiodalğaları  qısa  impulslar  şəklində  şüalandırır.  Hər  iki  ardıcıl 
impuls  arasındakı  zaman  fasiləsində  lokator  avtomatik  olaraq  obyektdən  qayıdan 
siqnalları qəbul edən antenaya çevrilir. Beləliklə, radiodalğaların əks etdiyi obyektə 
qədərki məsafə ( ) asanlıqla təyin edilir: 
=

2

Burada 
∆ − lokatorun göndərdiyi və qəbul etdiyi siqnal arasındakı zaman fa-
siləsi, 
−işığın vakuumdakı sürətidir.
 
 
 
 
(e) 
Antena 
Antena 
çeviricisi 
Verici
Qəbuledici 
Məsələ. Rəqs konturundakı sarğacın induktivliyi 
3
-dir, kondensatorun tutumu isə 
50
500  intervalında dəyişə bilir. Təyin edin:  
a) konturdakı rəqslərin məxsusi tezliyinin dəyişmə sərhədini;  
b)  antena  dövrəsində  belə  konturu  olan  qəbuledicinin  hansı  uzunluqlu  radio-
dalğaları qəbul edə biləcəyini.  
Nəticənin müzakirəsi:  
 Rəqs konturundakı rəqslərin tezliyi nədən asılıdır?   
 Qəbuledici antena dövrəsindəki rəqs konturu hansı uzunluq intervalındakı radiodalğaları 
qəbul edə bilər? Bunu necə təyin etdiniz? 
 
Gündəlik həyatınızla əlaqələndirin:
 
Bəzən televizora baxarkən qəfildən ekranda verilişin görüntüsünün pozulması, səsin isə 
kənar səslərlə qarışması baş verir. Elə bu zaman yaşayış məntəqəsinin üzərindən uçan təy-
yarənin səsi eşidilir. 
 Müşahidə olunan  hadisənin səbəbini necə izah edərdiniz? 
ARAŞDIRMA 
2
TƏTBİQETMƏ 
 
  LAYİHƏ


128 
 
 
 
NƏ ÖYRƏNDİNİZ?
İş vərəqində “Radiorabitə-
nin prinsipləri” mövzusunda esse yazın. 
 
Layihə.
“Radiodalğaların tətbiqləri” 
mövzusunda elektron 
təqdimat hazırlayın.
 
  
 
 
3.10. İŞIĞIN DALĞA TƏBİƏTİ. İŞIĞIN DİSPERSİYASI 
 
“Radiorabitənin tətbiqləri” mövzusunda hazırlanan 
elektron təqdimatın müzakirəsi:  
 
 Televiziya verilişləri hansı prinsipə əsaslanır?  
 Radiorele rabitəsi nədir?  
 Kosmik  radiorabitə necə həyata keçirilir və onun fiziki əsası nədir?  
 Fototeleqraf (faksimile) rabitə nədir və o necə həyata keçirilir?  
 Radioteleskop nədir, onun iş prinsipi nəyə əsaslanır və hansı məqsədlər üçün istifadə 
olunur? 
 
 Mühitin vakuuma nəzərən sındırma əmsalı hə-
min mühitin mütləq sındırma əmsalı adlanır. 
Mütləq sındırma əmsalı işığın verilən mühit-
dəki  sürətinin  vakuumdakı  sürətindən  neçə 
dəfə kiçik olduğunu göstərir:  
n =
c


 Cisimdən prizmanın üzərinə düşən şüa-
lar  istiqamətlərini  prizmanın  otura-
cağına doğru dəyişir. 
 
 
• Layihənin müzakirəsi •  
Qruplar üzrə 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika –  9 
Özünüzü qiymətləndirin: 
№ 
Suallar 
Bilirəm 
zəif 
orta 
yaxşı 

Radiorabitə nədir və onun əsasını nə təşkil edir? 
 
 
 

Verici stansiyanın rəqs konturunda cərəyan 
şiddətinin zamandan asılılığının şəkildə təs-
vir olunan forması necə əldə edilir?  
 
 
 

Şəkildə radioqəbuledicinin sadələşdirilmiş 
sxemi təsvir edilmişdir. Təyin edin:  
a) dalğanın lazımi tezliyə hansı element 
vasitəsilə kökləndiyini;  
b) rəqsləri detektə edən qurğunu;  
c) elektrik siqnallarını səs siqnalına çevirən 
qurğunu. 
 
 
 

Yer  səthindəki  lokatordan  planetlərarası  kosmik  gəmiyə 
göndərilən  siqnal  4  dəqiqədən  sonra  yenidən  həmin  lokator 
tərəfindən qəbul edildi. Kosmik gəmi Yerdən hansı uzaqlıq-
dadır?  
 
 
 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə