0f11aztitul(1-7)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə48/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   73

131 
 
 
NƏ  ÖYRƏNDİNİZ? 
İş  vərəqində  “İşığın  dispersiyası”  mövzusunda  öyrəndiyiniz  əsas  anla-
yışları və onların təriflərini qeyd edin. 
 
 
 
 
GÜNƏŞ 
ŞÜASI
 
40°
 
42°
 
Havadakı su damcıları 
Günəş 
şüası
Sınma
Dispersiya 
spektri
 
Eyni hündürlükdəki su damcılarından müşahidəçinin 
gözünə spektrin yalnız bir şüası düşür. 
 
Tam daxili qayıtma
 
Məsələ 1. Ağ işığın dispersiya spektrindəki şüaları şüşə prizmada yayılma sürətlərinə 
görə artan ardıcıllıqla düzün.  
 Nəticənin müzakirəsi: 
 Ağ işığın dispersiya spektrindəki hansı şüa şüşə prizmada ən böyük, ən kiçik sürətlə 
yayılır? Cavabınızı əsaslandırın. 
Həyatla əlaqələndirin: 
Verilən sxemləri araşdırın və göyqurşağının yaranma səbəbini izah edin.
ARAŞDIRMA 
2
TƏTBİQETMƏ 
 
Özünüzü qiymətləndirin: 

Suallar 
Bilirəm 
zəif 
orta 
yaxşı 
1  Niyə şüşə prizma ağ işığı spektral tərkib hissələrinə ayırır?   
 
 

İşığın dispersiyası onun dalğa təbiətli olduğunu necə 
əsaslandırır? 
 
 
 

Otun yaşıl rəngdə olması rəng fizikasına görə necə izah 
olunur?  
 
 
 

Dispersiya spektrindəki qırmızı işığın dalğa uzunluğu 
tezliyi 100 MHs olan radiodalğanın uzunluğundan neçə 
dəfə kiçikdir? 
 
 
 

Dispersiya spektrindəki bənövşəyi işığın dalğa uzunluğu 
tezliyi 
10
 olan rentgen şüalarının dalğa 
uzunluğundan neçə dəfə böyükdür?  
 
 
 
  LAYİHƏ


132 
 
3.11. DALĞALARIN İNTERFERENSİYASI. İŞIĞIN İNTERFERENSİYASI 
 

 
Təbiətdə ən  çox  rast  gəldiyimiz  rəqslər  bağlı  rəqs  sistem-
lərinin rəqsidir. Bağlı rəqs sistemlərində rəqs bir sistemdən 
digərinə  ötürülür.  Məsələn,  durğun  suya  daş  atdıqda  onun 
düşdüyü nöqtədən konsentrik su halqalarının yayıldığı görü-
nür. Bizə elə gəlir ki, ətrafa qabarıqlar və çöküklər formasında 
yayılan sudur. 
 
 

 
Balıqçı tilovlarının durğun su səthində yaratdığı dalğaların 
mənzərəsinə diqqət yetirin 
(a)
. Dalğalar bir-biri ilə qarşılaş-
dıqda onların toplanması baş verir. Nəticədə dalğalar müəy-
yən yerdə bir-birini gücləndirir 
(a, 1)
, digər yerdə isə zəiflə-
dir 
(a, 2)

 
 
 Görüşən dalğalar hansı halda 
bir-birini gücləndirə, hansında – 
zəiflədə bilər? Niyə?  
 İki müxtəlif mənbədən şüala-
nan işıq dalğaları da görüşəndə 
bir-birini qarşılıqlı gücləndirib və 
ya zəiflədə bilirmi? 
 
 
 
 
 
 
 
Dalğalar toplandıqda bir-birini 
söndürür? 
Təchizat:
 
“Dalğa  vannası”  dəsti  (dayaz 
laboratoriya  vannası,  iki  nöqtəvi  mənbə 
ilə  təchiz  edilmiş  dalğa  generatoru),  su 
(200 ml), fotokamerası olan cib telefonu. 
İşin gedişi: 
1. Suyu vannaya tökün və generatorun çu-
buqlarını elə tənzimləyin ki, onun ucların-
dakı  kürəciklər  suyun  səthinə  toxunsun 
(b)
.  
2. Generatoru işə salın və su səthində ya-
ranan  dalğaların  toplanma  mənzərəsini 
diqqətlə izləyin. Müşahidə olunan  mən-
zərənin fotoşəklini çəkin 
(c)

Nəticənin müzakirəsi: 
 Su səthində iki dalğanın toplanmasından 
yaranan mənzərədə hansı qeyri-adi qanu-
nauyğunluğu  müşahidə etdiniz?  Onu  nə
Toplanaraq 
güclənən 
dalğalar  
Toplanaraq 
sönən  
dalğalar  
(c)
(b) 
ARAŞDIRMA 
 
1
 
(a)
 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika –  7 və 10
 Suda dalğanı hansı bağlı rəqs sistemləri yaradır? 
 Dalğanın yayıldığı mühitdə hansı hadisələr baş verir?
 
  LAYİHƏ


133 
 
Dalğaların interferensiyası. Araşdırmada dalğa generatorunun harmonik və eyni 
tezlikli rəqsə gətirdiyi kürəciklərin su səthində yaratdığı koherent dalğaları müşa-
hidə etdiniz. 
 Koherent dalğa – müxtəlif mənbələrdən yayılan, dalğa uzunluqları (tezlikləri) 
eyni olan və fazalar fərqi zamandan asılı olmayaraq sabit qalan dalğalara deyilir.   
Koherent dalğalar görüşdükdə onların mənbədən görüş nöqtəsinə qədər keçdik-
ləri yollar fərqindən asılı olaraq yekun rəqslər ya güclənir, yaxud da zəifləyir – dal-
ğaların interferensiyası baş verir. 
 Dalğaların interferensiyası (lat. “inter” – qarşılıqlı, “ferio” – vuraram) – ko-
herent dalğaların toplanması nəticəsində yekun rəqslərin amplitudunun güclənməsi 
və zəifləməsidir. 
Toplanan dalğaların bir-birini gücləndirməsi və ya söndürməsi interferensiyanın 
maksimum və minimum şərti ilə müəyyən olunur. 
İnterferensiyanın maksimumluq şərti. İnterferensiya maksimumu suyun (fəzanın) 
elə  nöqtələrində  müşahidə  olunur  ki,  həmin  nöqtələrdə  toplanan  dalğaların  maksi-
mumları biri digərinin üzərinə düşür. O, dalğaların toplanma nöqtələrinə qədərki yollar 
fərqindən asılıdır. 
 Toplanan dalğaların yollar fərqi sıfır və ya cüt sayda yarımdalğa uzunluğuna 
(fazalar fərqi sıfırdır və ya cüt sayda π-dir) bərabər olan nöqtələrdə interferensiya 
maksimumu alınır 
(d)

∆ =

2
∙ 2 . (1) 
Burada 
∆ =

– koherent dalğaların toplanma nöqtələrinə qədərki yollar fərqi, 
 – maksimumun tərtibi olub 
= 0, 1, 2, …
 tam ədədlərdir. 
Koherent dalğaların fazalar fərqi ilə yollar fərqi arasında belə bir əlaqə vardır: 
∆ =
2

∙ ∆ . (2) 
(2)-də (1) ifadəsini nəzərə alsaq, interferensiya maksimumunu fazalar fərqi üçün belə 
yazmaq olar:  
∆ = ∙ 2 . (3) 
Bu halda əgər dalğaların amplitudları 
eynidirsə,  onların  toplanması  nəticə-
sində yekun rəqsin amplitudu toplanan 
rəqslərin amplitudları cəminə bərabər 
olur 
(e)

=
= 2 . (4) 
İnterferensiyanın minimumluq 
şərti.  İnterferensiya  minimumu  fəzanın 
elə nöqtələrində müşahidə olunur ki, top-
lanan dalğalar həmin nöqtələrə əks faza-
larda gəlir.  Belə halda bir dalğanın mak-
simumu digərinin minimumu üzərinə dü-
şür. Nəticədə bu dalğalar bir-birini zəif-
lədir. 
(d)
(e)
 
(f)
(g)
 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə