0f11aztitul(1-7)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə51/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   73

139 
 
Bu prinsip işığın difraksiyasını kəmiyyətcə izah etməyə imkan verdi. İşığın dalğa 
uzunluğu çox kiçik olduğundan onun difraksiyası da çox kiçik dəlikləri olan qeyri-
şəffaf  ekranda  və  ya  cisimlərin  sərhə-
dində müşahidə oluna bilir. Ona görə də 
işığın difraksiyasını müşahidə etmək və 
kəmiyyətcə araşdırmaq üçün difraksiya 
qəfəsi adlanan xüsusi qurğudan istifadə 
olunur 
(e)
.  
  Difraksiya qəfəsi – işığı spektrə 
ayıran  və işığın dalğa uzunluğunu ölç-
məyə imkan verən optik qurğudur
Difraksiya qəfəsi çox kiçik məsafədə 
yerləşən  N  sayda  qeyri-şəffaf  cizgilər-
dən  və  onlar  arasındakı  şəffaf  zolaq-
lardan ibarətdir (adətən, qurğunun 1mm 
hissəsində 500
1200-ə qədər belə cizgi 
olur).  Difraksiya  qəfəsinə  perpendikul-
yar düşən işıq şüaları zolaqlardan   bu-
cağı altında meyil edərək çıxır. Koherent dalğa mənbəyi olan bu zolaqlardan keçən 
şüaların interferensiyası nəticəsində ekranda difraksiyanın maksimum  minimumları 
alınır (bax: 
e
). 
Difraksiya qəfəsində maksimum şərti belədir

=

. (1) 
Burada 
− difraksiya  qəfəsinin  sabiti  (və  ya  periodu)  adlanır: 
=

 ə  − uyğun olaraq şəffaf zolaq və qeyri-şəffaf cizgilərin enidir,   isə   tərtib 
maksimum  verən  şüanın  meyil  bucağıdır.  -nın  maksimal  qiyməti 
= 90°,
90° = 1 olduqda alınır: 
=

. (2) 
Difraksiya  qəfəsindən  keçən  ağ  işığın  bütün  maksimumları  (mərkəzi  sıfırıncı 
istisna  olmaqla)  rəngli  alınır.  Mərkəzdən  başlayaraq  hər  bir  maksimum  bənöv-
şəyidən qırmızıya qədər 7 görünən rəng əks etdirir. Buna difraksiya spektri deyilir. 
Difraksiya spektrində alınan şüalardan, dispersiya spektrindən fərqli olaraq ən çox 
meyil edən qırmızı, ən az meyl edən isə bənövşəyi rəngli şüadır.  
 
 
 
 



d sin 
 
(e) 
Difraksiya 
qəfəsi 
Müstəvi dalğa 
1-ci  tərtib 
maksimumu  
Mərkəzi 
maksimum  
1-ci  tərtib 
maksimumu  
Spektrdəki şüaların dalğa uzunluqları arasında hansı münasibət var? 
Məsələ. Şəkildə ağ işığın difraksiya qəfəsində difraksiyası nəti-
cəsində ekranda alınan interferensiya mənzərəsinin mü-
əyyən hissəsi təsvir edilmişdir. Səklə əsasən təyin edin: 
a) sol hissədə ağ zolağın nə demək  olduğunu;   
b) interferensiya maksimumlarının hansı ardıcıllıqla göründüyünü;   
c)  difraksiya  spektrində  görünən  müxtəlifrəngli  işığın  dalğa  uzunluqları  arasında  hansı 
münasibətin olduğunu. 
ARAŞDIRMA 
2
 
TƏTBİQETMƏ 
 
  LAYİHƏ


140 
 
 
NƏ ÖYRƏNDİNİZ?  
İş vərəqində “İşığın difraksiyası” mövzusunda esse yazın. 
 
 
3.13. İŞIĞIN POLYARLAŞMASI 
Dalğanın  yayılması  nəticəsində mühitdə aşağıdakı hadisələr 
baş verir:  
a) dalğanın yayıldığı mühitin zərrəciklərinin rəqsi hərəkəti: mü-
hitin zərrəcikləri yalnız öz tarazlıq vəziyyətləri ətrafında rəqsi 
hərəkət edir və dalğada maddə daşınması baş vermir; 
b)  mühitin  zərrəciklərinin  qonşu  zərrəciklərlə  qarşılıqlı  təsiri:  zərrəciklər  arasındakı  qar-
şılıqlı təsirlər enerji daşınması ilə nəticələnir.  
 Eninə dalğa – mühitin zərrəciklərinin rəqsi hərəkət istiqamətinə perpendikulyar yayılan 
dalğadır. Eninə dalğalar yalnız bərk cisimlərdə və mayelərin səthində yayıla bilir. Eninə 
dalğalar mühitdə bir-birini əvəz edən qabarıqlar və çöküklər formasında yayılır.
 
 

 
Sürücüləri  qışda,  çovğunlu  gündə  qardan  əks  olunan,  gecə  isə  qarşıdan 
gələn avtomobilin faralarından düşən gözqamaşdırıcı parıltılar çox narahat 
edir 
(a)
. Bəzən belə parıltılar fəlakətlə nəticələnən yol-nəqliyyat hadisələ-
rinə səbəb olur. Ona görə də həmin vaxtlar sürücülərə polyaroid eynəkdən 
istifadə  etmək  məsləhət  görülür,  çünki  bu  eynəklər  ətrafın  normal 
görüntüsünü təmin edir 
(b)
.
 
 
Polyaroid eynək 
digər eynəklərdən 
hansı optik xüsu-
siyyəti ilə fərq-
lənir?  
 
Nəticənin müzakirəsi:  
 Difraksiya qəfəsində ağ işığın difraksiyası nəticəsində ekranda mər-
kəzi maksimum necə görünür?  
 Şəkildə ağ işığın difraksiyası nəticəsində ekranda neçə 
interferensiya maksimumu təsvir olunmuşdur?   
 Difraksiya və dispersiya spektrlərində 
şüaların dalğa uzunluqlarına görə meyiletmə ardıcıllıqları necə fərqlənir? 
Həyatla əlaqələndirin: 
Yəqin  ki,  diqqət  etmisiniz:  binanın  küncündə  durduqda  hərəkət  edən  avtomobilin  mü-
hərrikinin  səsi  “əyilərək”  bizə  çatır  və  onu  eşidirik,  lakin  avtomobildən  əks  edən  işıq 
şüalarını, yəni avtomobili görmürük. Niyə? 
 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika –  10 
(a) 
(b) 
Özünüzü qiymətləndirin: 
№ 
Suallar 
Bilirəm 
zəif 
orta 
yaxşı 
1  Difraksiya hadisəsinin mahiyyəti nədən ibarətdir?  
 
 
 
2  İşığın dispersiyasında həndəsi optikanın hansı qanunu pozulur?  
 
 

Niyə işığın difraksiyasını difraksiya qəfəsində müşahidə etmək 
əlverişlidir?  
 
 
 

Difraksiya qəfəsi üzərinə düşən ağ işıq ekranda bir-birini əvəz edən 
rəngli və qaranlıq maksimum və minimumlar yaradır. Niyə? 
 
 
 
5  Difraksiya qəfəsində  = 45° və  = √2

 olarsa, onun mak-
simum tərtibini təyin edin.  
 
 
 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə