0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə15/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   61

 
 
51 
 
•   II  fəsil  •  
İqlim və onun təsərrüfatda rolu  


 
P
RAKTİK DƏRS. 
SAAT QURŞAQLARI 
  
Yer kürəsi öz oxu ətrafında 24 saat müddətində tam dövr edir (360° : 24 = 15°). 
Nəticədə hər biri 15°-dən ibarət  olan 24 saat qurşağı ayrılır. Hər bir qurşaq daxilində 
vaxt onun mərkəzindən keçən meridiana görə hesablanır və bütün qurşağa aid edilir. 
Bu  vaxt  qurşaq vaxtı  adlanır.  1924-cü  il  beynəlxalq  sazişinə  əsasən,  ortasından 
Qrinviç  meridianı  keçən  saat  qurşağı  sıfırıncı  (eyni  zamanda  XXIV)  saat  qurşağı 
qəbul  olunmuşdur.  Yer  kürəsi  qərbdən  şərqə  doğru  fırlandığına  görə  saat 
qurşaqlarının sırası da şərqə doğru artır. 
 
 
 
Qonşu qurşaqlar arasında vaxt fərqi 1 saatdır. Şərqdə  yerləşən qurşaq qərbdə-
kindən  1  saat  irəli  olur.  Saat  qurşaqlarının  sərhədi  qurşağın  ortasından  keçən  (bu 
meridianlar 15-ə tam bölünən rəqəmlərlə ifadə olunur) orta meridiandan şərqə və 
qərbə doğru 7°30' arasında olur.  
12 
Saat qurşaqlarının sərhədi əksər hallarda meridianlar üzrə aparılmır. Dövlət və ya vilayət daxilində 
vaxtdan səmərəli istifadə məqsədilə qurşaqlar sərhədi müvafiq dövlətlər və ya vilayətlərin inzibati 
sərhədinə əsasən çəkilir.   
Müzakirə edin:  
1. Hansı ölkələrdə daha çox saat qurşaqları vardır?  
2. ABŞ ərazisi neçə saat qurşağında yerləşir?  
3. Hansı ölkədə ərazisi bir neçə saat qurşağı daxilində yerləşməsinə baxmayaraq, vahid saat tətbiq edilir?
  
Xəritə-sxem üzrə iş
Qeyd: Xəritə-sxem üzərindəki rəqəmlər 0-cı saat qurşağından vaxtın irəli və ya geri 
olduğunu göstərir. 


 
 
 
52 
 
 
 
Saat qurşaqlarına əsasən orta meridianı təyin etmək üçün saat qurşağının nömrəsi 
15-ə vurulur. Cavab 180°-dən böyük olarsa, məntəqə Qərb yarımkürəsində yerləşir. 
Məntəqənin yerləşdiyi coğrafi uzunluğu müəyyən etmək üçün alınan rəqəm  360°-
dən çıxılır.  
 
 
Məsələ həllinə aid nümunələr 
  A məntəqəsi  III,  B məntəqəsi isə XX saat qurşağının orta meridianı üzərində yerləşir.  
Müəyyən edin: – A və B məntəqələri hansı coğrafi uzunluqda yerləşir? 
İzahı: Saat qurşaqlarına əsasən məntəqənin coğrafi uzunluqlarını təyin etmək üçün yer-
ləşdiyi saat qurşağını 15°-yə vurmaq tələb olunur. Alınan cavab 180°-dən böyük olduqda
rəqəm 360°-dən çıxılır və məntəqənin Qərb  yarımkürəsində yerləşdiyi qeyd olunur. 
Həlli:_–_A_məntəqəsinin'>Həlli: 
– A məntəqəsinin yerləşdiyi coğrafi uzunluq: 3 × 15 = 45° ş.u 
– B məntəqəsinin yerləşdiyi coğrafi uzunluq: 20 × 15 = 300;  360 – 300 = 60° q.u. 
  A məntəqəsində saat 10:00-dır. Məntəqə III saat qurşağında yerləşir. B məntəqəsi isə IX 
saat qurşağındadır. B məntəqəsində saat neçədir? 
İzahı: Qurşaqlar arasında vaxt fərqini  təyin etmək üçün saat qurşaqlarının nömrələri 
arasında fərq müəyyən edilir. Məntəqələr eyni yarımkürədə olarsa, onların yerləşdiyi 
saat  qurşaqlarının  nömrələri  çıxılır,  müxtəlif  yarımkürələrdə  olduqda  isə  toplanır. 
Məntəqələr fərqli yarımkürələrdə olduğu halda Qərb yarımkürəsindəki saat qurşağının 
nömrəsi 24-dən çıxılır və Şərqdəki ilə toplanır. 
Həlli:  
1. Saat qurşaqları arasındaki fərq: 9 – 3 = 6 saat 
2. B məntəqəsi A-dan şərqdə yerləşdiyinə görə B-də vaxt irəlidir: 10 + 6 = 16 saat.  
  K məntəqəsində saat 15:00-dır. Məntəqə V saat qurşağında yerləşir. D məntəqəsi isə XXI 
saat qurşağındadır. Məntəqələr arasında qurşaq vaxtı fərqini və D məntəqəsində yerli vaxtla saat 
neçə olar? 
1. Saat qurşaqları arasındakı fərq: (24 – 21) + 5 = 8. 
2. D məntəqəsi qərbdə olduğuna görə orada vaxt daha geridədir: 15 – 8 = 7 saat. 
 
Məntəqənin hansı saat qurşağında yerləşdiyini tapmaq üçün onun coğrafi uzun-
luğu 15°-yə bölünür. Əgər qalıq 7,5°-dən çox olarsa, cavabın üzərinə 1 əlavə olunur. 
Məsələn, Bakı şəhəri 50° ş.u.-da yerləşir. Bakının hansı saat qurşağında yerləşməsini 
müəyyən etmək üçün: 50° : 15° = 3. Qalıq 7,5°-dən az olduğuna görə Bakı şəhəri III 
saat qurşağındadır. 



Coğrafiya və Riyaziyyat 
 

 XII saat qurşağının or-
tasından keçən 180°-lik 
meridian üzrə beynəlxalq 
təqvim vaxtının dəyişil-
məsi xətti – a keçir. 
a


 
 
53 
 
•   II  fəsil  •  
İqlim və onun təsərrüfatda rolu  


Məntəqə Qərb yarımkürəsində yerləşirsə, onun coğrafi uzunluğu 15°-ə bölünür. 
Əgər qalıq 7,5°-dən çox olarsa, cavabın üzərinə 1 əlavə olunur və alınan cavab 24-dən  
çıxılır.  
Məsələn, A məntəqəsinin coğrafi koordinatları 35°
 
c.e. və  83° q.u.-dur. Məntə-
qənin hansı saat qurşağında olduğunu təyin etmək üçün 83° : 15° = 5. Qalıq 7,5°-dən 
çox (8) olduğuna görə 5 + 1 = 6. A məntəqəsi Qərb yarımkürəsində yerləşdiyinə görə 
24 – 6 = 18. A məntəqəsi XVIII saat qurşağındadır. 
 
Məsələ həllinə aid nümunə 
  T məntəqəsində (50° şm.e. 70 ş.u.) saat 16:00 olduğu vaxt K məntəqəsində (40° şm.e. 95° 
q.u.) qurşaq vaxtını təyin edin. 
Həlli:  T məntəqəsinin yerləşdiyi saat qurşağı:  
70° : 15° = 4 (qalıq 10) 4 + 1 = 5. (V) 
K məntəqəsinin yerləşdiyi saat qurşağı: 95° : 15° = 6;   24 – 6 = 18°. (XVIII) 
Saat qurşaqları arasındakı fərq: (24 – 18) + 5 = 11. 
K məntəqəsində vaxt: 16 – 11 = 5
00
 saat. 
 
 
 
 
1. VII və XI saat qurşaqlarının orta meridianlarını təyin edin.   
2. IV və XIX saat qurşaqlarının orta meridianları arasında coğrafi uzunluq fərqini təyin edin.  
3. A məntəqəsi V saat qurşağının orta meridianından 5° qərbdə yerləşir. O hansı coğrafi 
uzunluqdadır?   
4. Ekvator xətti üzərində yerləşən A məntəqəsi III saat qurşağının orta meridianından 
20°  şərqdə,  B  məntəqəsi  isə  XX  saat  qurşağının  orta  meridianından  20°  qərbdə  yer-
ləşirsə, məntəqələr arasında coğrafi uzunluq fərqini tapın. 
5. Astanada (IV saat qurşağı) qurşaq vaxtı ilə saat 12:30-dur, Tokioda (IX saat qurşağı) 
saat neçədir? 
6. NyuYork şəhəri 73° q.u.-da yerləşir. Onun hansı saat qurşağında yerləşdiyini tapın. 
7. Məntəqələrin yerləşdiyi saat qurşaqlarını təyin edin. 
 
8. A məntəqəsində (20° c.e. 130° ş.u.) qurşaq vaxtı ilə saat 20:00 olarsa, B məntəqəsində 
(40° şm.e.  53° q.u.) qurşaq vaxtını hesablayın.  
9.  Bakı şəhərində qurşaq və yerli vaxt arasında fərqi tapın.  
10. Hansı məntəqələrdə yerli və qurşaq vaxtı arasında vaxt fərqi yoxdur? 
 
 

 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə