1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


Azərbaycan Respublikasında auditor fəaliyyətinin həyata keçirilməsinin hüquqi əsası - «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanunudur



Yüklə 1,48 Mb.
səhifə8/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   4   5   6   7   8   9   10   11   ...   68
Audit suallar-Ayten

Azərbaycan Respublikasında auditor fəaliyyətinin həyata keçirilməsinin hüquqi əsası - «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanunudur.
Auditor fəaliyyəti – sahibkarlıq fəaliyyətinə aiddir.
«Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli fərmanında audit sisteminin islahatı dövlət quruculuğunun dörd əsas istiqamətindən biri kimi qarşıya qoyulmuşdur.
1999-2008-ci illərdə Azərbaycan Respublikasında Auditorlar Palatası tərəfindən ilk dəfə olaraq “Azərbaycan Respublikasında audit sisteminin islahatı” konsepsiyası işlənib hazırlanmış və mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilmişdir. Konsepsiyada audit sisteminin normativ hüquqi bazasının təkmilləşdirilməsi, auditin keyfiyyətinin yüksəldilməsi və ona nəzarətin təkmilləşdirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində təkliflər işlənib hazırlanmışdır. Nəzərdə tutulan məsələlərin həlli ölkədə müstəqil auditin beynəlxalq meyarlara uyğun təşəkkülü və inkişafı üçün mühüm rol oynamışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan auditi yeni inkişaf mərhələsinə qədəm qoymuş, ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə onun rolu daha da güclənmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında” auditor xidmətinin təkmilləşdirilməsi məqsədilə auditin qanunvericilik bazasının təkmilləşdirilməsi,milli audit standartlarının hazırlanmasının başa çatdırılması;Auditorlar Palatasının fəaliyyətinin təkmilləşdirilməsi, onun fəaliyyəti barədə dövri məruzələrin tərtib edilməsi və ictimaiyyətə çatdırılması kimi məsələlərin həlli Auditorlar Palatasına tapşırılmışdır. Eyni zamanda, bu Dövlət Proqramında daxili audit xidmətinin rəhbərlərinin qulluğa qəbulu və qulluğuna xitam verilməsi prosedurlarının təkmilləşdirilməsi, mühasibat uçotu və maliyyə hesabatlarında şəffaflığın artırılması kimi mühüm vəzifələr də Auditorlar Palatasına həvalə edilmişdir.
Nəzərdə tutulmuş bu vəzifələr 2004-2006- cı illərdə Auditorlar Palatası tərəfindən icra olunmuş, müvafiq sənəd layihələri və təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim edilmişdir.O cümlədən beynəlxalq audit standartlarının tətbiqinin həyata keçirilməsi və auditor xidmətinin keyfiyyətinin artırılması kimi vəzifələrin icrası ilə əlaqədar:

  • Beynəlxalq standartlara uyğun olaraq daxili audit xidmətinin fəaliyyətini tənzimləyən metodiki göstərişlər və tövsiyə xarakterli vəsaitlərin hazırlanması;

  • Auditorların fəaliyyətinə dair nəzarət sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması;

  • Auditorların məsuliyyətinin artırılması üzrə normativ hüquqi aktların hazırlanması;

  • Daxili audit xidmətinin fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi;

  • Təsərrüfat subyektlərinin mühasibat uçotu və maliyyə hesabatlarında şəffaflığın təmin olunması kimi konkret tədbirlərin həyata keçirilməsi Auditorlar Palatasına tapşırılmışdır.

Maliyyə nəzarətini həyata keçirən orqanların səlahiyyətlərinin dəqiqləşdirilməsinə və maliyyə nəzarəti mexanizminin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması işi də digər müvafiq qurumlarla birlikdə Auditorlar Palatasına həvalə edilmişdir. Bütün bu istiqamətlər üzrə əməli təkliflərin hazırlanması 2007-2011-ci illər ərzində Auditorlar Palatası tərəfindən həyata keçirilərək reallaşdırılması üçün Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına və aidiyyəti üzrə müvafiq qurumlara təqdim edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında (bundan sonra – “KMFP” adlandırılacaq) auditor xidmətinin təkmilləşdirilməsinə dair bir sıra mühüm vəzifələrin icrası Auditorlar Palatasına və digər müvafiq qurumlara tapşırılmışdır. Belə ki, Maliyyə Nazirliyi və Hesablama Palatası ilə birlikdə daxili audit haqqında qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması, Vergilər Nazirliyi ilə birlikdə müstəqil audit sahəsində beynəlxalq standartların tətbiqi ilə əlaqədar tədbirlərin davam etdirilməsi Auditorlar Palatası tərəfindən həyata keçirilməlidir.



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə