1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


Audit standartlarının əhəmiyyəti və mahiyyəti, məqsədi və prinsipləri



Yüklə 1,48 Mb.
səhifə11/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   7   8   9   10   11   12   13   14   ...   68
Audit suallar-Ayten

8.Audit standartlarının əhəmiyyəti və mahiyyəti, məqsədi və prinsipləri.
Audit fəaliyyəti qanunverici və normativ hüquqi aktlar, sahədaxili əsas­­na­mə, təli­mat, metodik vəsait və digər normativ sənədlərlə tən­zim­lənir. Bu fəaliyyəti həyata keçir­mək üçün audit öz işini plan­laş­dır­malı, müfəssəl proq­ram tərtib etməli, nizamlamalı, kon­kret fəa­liyyət me­xa­niz­minə və metodologıya­ya malik olmalıdır. Bаş vermiş təsərrüfat əməliyyаtlаrının və prоseslərin tən­zim­lən­məsi, münasibətlərin qurulması və onun va­hid stan­darta salınması üçün mütləq müvafiq qayda­lar (stan­dart­lar) iş­lə­nib hazırlanmalı və tətbiq olunmalıdr. Audit stan­dart­la­rı de­dik­də, audit fəaliyyətinin həyata keçir­il­məsinə dair müvafiq qay­­­­dalar başa düşülür və müstəqil auditorlar və auditor fir­ma­ları öz fəaliy­yətini bu qay­da­la­ra - standartlara uyğun qur­ma­lı­dırlar.
Audit standartları – öz peşə vəzifələrini yerinə yetirərkən auditorların rəhbər tutmaları olduqları normativ materialdır.
Audit standartları, audit aparılması şərtlərindən asılı olmayaraq, auditor peşəsinin bütün nümayəndələri tərəfindən metodoloji məsələlərə və baza prinsiplərinə riayət edilməklə, auditin aprılmasına ümumi yanaşmanı, auditor yoxləməsının həcmini, auditor hesabatının növlərini müəyyən edir.
Audit standartlarının məqsədi, auditə dair vahi baza tələblərini formalaşdırmaq və auditin keyfiyyətinə normativ tələbləri müəyyənləşdirməklə, auditin etibarlılığına təminat verməkdir.
Audit standartları işlənib hazırlanarkən aşağıdakı prinsiplərə riayət edilməlidir:
1. Audit müvafiq peşəkar səriştəyə malik olan şəxslər tərəfindən aparılmalıdır.
2. Auditor öz fikrini yürtməkdə müstəqil olmalıdır.
3. Auditor audit yoxlamasını düzgün və peşəkarlıqla aparmalı və obyektiv auditor rəyi tərtib etməlidir.
4. Auditor yoxlamasını aparılması üçün auditpr plan və proqram tərtib etməlidir.
5. Auditor öz xüsusi fəaliyyətini planlaşdırmaq məqsədilə sifarişçini daxili nəzarət sistemi haqqında kifayət qədər məlumata malik olmalıdır.
6. Auditor mühasibat (maliyyə) hesabatlarrının düzgünlüyü haqqında rəy vermək üçün auditor yoxlaması zamanı kifayət qədər auditor sübutları toplamalıdır.
7. Auditor öz rəyində hesabatın uçot qaydalarına və normalarına uyğun olub– olmamasını göstərməlidir.
8. Auditor rəyində əvvəlki hesabat dövrü ilə müqayisədəsifarişçinin uçot siyasətindəki dəyişikliyə səbəb olan şərait əks etdirməlidir.
9. Auditor rəyində nöqsan göstərilmədikdə, mühasibat (maliyyə) hesabatındakı məlumatlar düzgün hesab edilir.
10. Auditor öz rəyində mühasibat (maliyyə) hesabatlarının düzgünlüyünə dair qeydlər etməli və ya auditor rəyinin tərtib olunməmə səbəbləri göstərilməlidir.



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə