1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


Qiymətli kağızların alış dəyəri və nominal dəyərləri arasındakı fərqlərin silinməsinin düzgünlüyünün yoxlanılması



Yüklə 1,48 Mb.
səhifə68/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   60   61   62   63   64   65   66   67   68
Audit suallar-Ayten

57. Qiymətli kağızların alış dəyəri və nominal dəyərləri arasındakı fərqlərin silinməsinin düzgünlüyünün yoxlanılması.

  • Aşağıdakı mövqelər yoxlanmalıdır:

  • Qiymətli kağızlar hansı dəyərlə satılır;

  • Qiymətli kağızların bazar və nominal dəyərləri arasındakı fərq mühasibat uçotunda necə əks olunur;

  • Səhmdarların tələbi ilə səhmlərin geri alınması zamanı onlar necə qiymətləndirilir;

  • Qiymətli kağızların balans dəyərinin yenidən qiymətləndirilməsi aparılırmı;

  • Qiymətli kağızları kim qiymətləndirir.

  • Qiymətli kağızların hərəkətinin auditini;

Auditor yoxlamalıdır:
• Qiymətli kağızların hərəkətinin rəsmiləşdirilməsini;
•səhmdarların reyestrindəki yazılışların müddətinə riayət edilməsinə və əsaslılığına;
• səhmdarların reyestrindən çıxarışların verilməsi jurnalının aparılmasını;
•qiymətli kağızların hərəkəti zamanı hesablaşma qaydalarına riayət edilməsini.
•Səhmlər üzrə dividendlərin və istiqrazların faizinin hesablanmasının və ödənilməsinin auditini.
Aşağıdakılar mütləq yoxlanılmalıdır:

  1. Qiymətli kağızlarla əməliyyatların vergiyə cəlb olunmasının auditini.

  2. Qiymətli kağızlarla əməliyyatların vergiyə cəlb olunmasının Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə müvafiqliyinə;

  3. vergiyə cəlb olunan dövriyyənin düzgün müəyyənləşdirilməsinə;

  4. Qiymətli kağızlarla əməliyyatlara vergi dərəcələrinin düzgün tətbiq olunmasına;

  5. vergilərin hesablanmasının düzgünlüyünə;

  6. vergilərin ödənilməsi müddətlərinə əməl edilməsinə;

  7. vergidən yayınma hallarına imkan verən əməllərin olub-olmamasına;

  8. vergi bəyannamələrinin düzgün tərtib olunmasına;

  9. vergilərin ödənilməsi mənbəyinin düzgün müəyyən olunmasına.

  10. Qiymətli kağızlarların konvertasiyasının auditin.

  11. Qiymətli kağızların miras kimi verilməsinin və bağışlanmasının auditini.

  12. sənədlərin (vəsiyyətnamələrin, bağışlanma müqavilələrinin) mövcudluğu;

  13. mirasın və bağışlanmanın qanuniliyi;

  14. Qiymətli kağızların alqı-satqısının auditini.

  15. alqı-satqı müqaviləsinin mövcudluğunu;

  16. alqı-satqı müqaviləsinin bağlanmasının qanuniliyini;

  17. müqavilədə qiymətlərin olması,onların əsaslılığı.

  18. Qiymətli kağızların saxlanılmasının auditini.

  19. saxlanılan qiymətli kağızların uçotunun təşkilini;

  20. qiymətli kağızların faktiki saxlanılması;

  21. qiymətli kağızların saxlanılması üçün əsas və s.

Qiymətli kağızların trast və girovunun Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə müvafiqliyi yoxlanılmalıdır.
Mülkiyyətindən asılı olmayaraq müəssisə və təşkilatların aldıqları istiqrazların, səhmlərin və qiymətli kağızların alış qiyməti onların nominal dəyərindən artıq olarsa, onda müəssisə və təşkilatlar hər dəfə istiqrazlara, səhmlərə və qiymətli kağızlara görə onlara çatası gəliri hesablayan zaman alış qiyməti ilə nominal dəyəri arasında yaranan fərq məbləği həmin müəssisə və təşkilat tərəfindən silinir. Bu əməliyyat “Müxtəlif debitor və kreditorlarla hesablaşmalar” hesabının debitində “Uzunmüddətli maliyyə qoyuluşları” hesabının kreditində, sonra isə “Uzunmüddətli maliyyə qoyuluşları” hesabının debitində “Mənfəət və zərər” hesabının kreditində qeyd edilir. Ola bilər ki, müəssisə və təşkilatlar tərəfindən alınmış istiqrazların, səhmlərin və qiymətli kağızların alış qiyməti onların nominal dəyərindən aşağı olsun. Bu halda müəssisə və təşkilatlar istiqrazlar, səhmlər və qiymətli kağızlar üzrə çatası gəlirləri hesablayarkən onların alış qiyməti ilə nominal dəyəri arasında yaranan fərq məbləğində hesablama aparmalıdır. Belə olan halda bu əməliyyat “Müxtəlif debitor və kreditorlarla hesablaşmalar” hesabının, “Uzunmüddətli maliyyə qoyuluşları” hesabının debitində 801 № - li “Mənfəət və zərər” hesabının kreditində əks etdirilir. Göstərilən hər iki halda istiqrazların, səhmlərin və qiymətli kağızlar və s. qoyuluşlar üzrə müəssisə və təşkilatlara çatası gəlirlər alış qiyməti ilə nominal dəyər arasında yaranan fərqdən asılı olaraq müəyyən edilməlidir.


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə