1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


Daxili hesablaşma əməliyyatların auditinin məqsəd və vəzifələri



Yüklə 1,48 Mb.
səhifə63/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   60   61   62   63   64   65   66   67   68
Audit suallar-Ayten

54. Daxili hesablaşma əməliyyatların auditinin məqsəd və vəzifələri.
Daxili hesablaşma əməliyyatları – təhtəlhesab şəxslərlə, əməyin ödənişi üzrə personalla və bu kimi digər əməliyyatları əhatə edir. Bu əməliyyatlar əsasən nağd pul vəsaitləri ilə aparılır və təşkilatın xərcləri ilə əlaqəlidir. Bu səbəbdən də, auditorlar daxili hesablaşma əməliyyatlarını yüksək nəzarət riski olan zonaya aid edirlər və onların yoxlanılmasına xüsusi diqqət verirlər.
Müəssisələri müxtəlif təsərrüfat və digər tap­şırıqları yerinə yetirmək üçün ayrı-ayrı şəxslərə təhtəlhe­sab ola­raq pul verirlər.
Bu pulu alan işçilər təh­təlhesab şəxslər hesab olu­nur.
Təhtəlhesab pul aşağıdakı xərclərə verilir:

  • ezamiyyə xərclə­rinə,

  • əmə­­liyyat xərclərinə,

  • müxtəlif materialların alınma­sına,

  • xırda tə­sərrüfat xəcjlərinə,

  • poçt, teleqraf və digər inzibati-təsərrüfat xərc­lərinə verilir.

Həmin təsərrüfat­larda işlə­məyən şəxslər təh­təl­hesab (avans) olaraq pul ala bilməz. Təhtəlhesab puldan istifadə et­mək hüququ olan şəxslərin siyahısını müəssisənin rəhbəri tə­rəfindən müəyyən edilir. Belə ki, daimi təhtəlhesab kimi avans alan­ların siyahısı hər il müəssisə rəhbərinin əmrilə rəs­miləşdirilir.
Pulun təhtəlhesab məbləğ kimi verilməsi, onun mi­qdarı və müd­dəti, kassa əməliyyatlarının aparılması qaydaları ilə nizam­la­nır. Nağd pulun təhtəlhesab veril­məsi işçinin ərzinə­sinə, müəs­si­sə rəhbərinin əmrinə əsa­sən kassa məxaric ordri ilə rəsmi­ləş­di­ri­lir.
Ezamiyyə xərclərinin normaları haqqında-AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI № 14, 25 yanvar 2008-ci il.
İşçilərin ezamiyyət müddəti müəssisə, idarə və təşki­latla­rın rəh­bərləri tərəfindən təyin edilir, lakin yolda ol­duğu müddət nə­zərə alınmaqla, bu müddət 40 gündən (təftiş və yoxlamalar apa­rıl­ması müddətləri daxil edil­məklə) çox ol­mamalıdır.
Quraşdırma, sazlama və tikinti işlərinin yerinə yeti­rilməsi üçün göndərilən fəhlələrin, rəhbər və mütəxəs­sislərin eza­miyyət müd­dəti müvafiq işlərin görülməsi müddətindən asılı olaraq müəy­yən edilir.
İşçilərin respublika nazirliklərinə, komitələrinə, baş ida­rə­lə­rinə, yaxud tabeçilik qaydasında digər yuxarı or­qanlara eza­miy­yət müddəti yolda olduğu vaxt nəzərə alınmadan 5 gündən ar­­tıq olmamalıdır.Ezamiyyət müddətinin müstənsna hallarda, işçini ezam edən orqanın rəhbərinin rəsmi icazəsi ilə əlavə 5 gün də artı­rıl­ma­­sına icazə verilir. İşçilərin ezamiyyətə göndərilməsi ezamiyyət və­siqəsi verməklə bərabər əmrlə rəsmiləşdirilmə­lidir.
Ezamiyyət yerində olmanın faktiki müddəti, eza­miyyət ye­ri­­nə gəlmə və ezamiyyət yerindən getmə haq­qında eza­miyyət və­si­­qəsində edilən qeydlər üzrə müəyyən edilir. Əgər işçi müxtəlif ya­­şayış məntəqələrinə ezam olunmuşsa, gəlmə və getmə günü haq­­­qında qey­diyyat hər bir məntəqədə ay­rıca aparılır.
Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl yol, kom­mu­­nal və gündəlik yemək xərjlərinin ödənilməsi üçün avans pul ve­rilir. İşçi ezamiyyətdən qayıtdıqdan sonra eza­miyyət ilə əlaqə­dar xərclədiyi vəsaitlərin məb­ləği haqqında 3 gün ərzində mü­ha­si­bata avans hesabatı təqdim etməlidir.
Müəyyən olunmuş qaydada rəsmiyyətə salınmış eza­miyyət və­si­qəsi, yaşayış yerinin kirayə edilməsi və ge­diş-gəliş xərcləri haq­qında sənədlər avans hesabatına əlavə edilir.
Eyni zamanda avans hesabatına bütün subutedici sə­nədlər (he­sablar, qəbzlər, dəmir yolu biletləri və s.), təsdiqe­diji xərclər əla­və edilir. Materialların satın alın­ması haq­qında sənədlərə, on­ları özünün javabdehliyinə götürən şəxslər imzalamalıdır.
Mühasibatda təqdim olunan avans hesabatı, aparı­lan ödə­niş­lərin və onların həcminin inandırıcı olması nöqteyi nəzə­rin­dən yoxlanılır. Yoxlama nəticəsində təs­diq edilməli olan xərc məb­ləği müəyyən edilir. Bundan sonra həmin tə­sərrüfatın rəh­bəri xərclərin təyinatını avans hesabatını təs­diq edir, mühasib isə təh­təlhesab şəxslə son hesablaşmanı aparır. Əgər verilmiş avans məb­ləği hesabat üzrə qəbul olunmuş xərc məbləğindən çoxdur­sa, onda fərq kassaya qaytarılmalıdır və əksinə, əgər verilmiş avans məbləği hesa­bat üzrə qəbul olunmuş xərj məbləğindən az­dırsa və təhtəl­hesab şəxs özünün və­saitindən istifadə etmişdirsə, on­da ar­tıq işlədilən pul təh­təlhesab şəxsə qaytarılır.
Avansın verilməsinin düzgün rəsmiyyətə salınmasına və avans hesabatının yoxlanılmasına cavabdehliyi baş mühasib da­şı­yır.
Çünki avans hesabatının öz vaxtında təqdim olun­masına və avansın istifadə olunmayan hissəsinin təhtəl­hesab şəxsə veril­mə­sinə nəzarəti, o həyata keçirir. Təh­təlhesab məbləğ üzrə ödə­nil­məyən borj təhtəlhesab şəx­sin əmək haqqından tutula bilər.
Xərclərin ödənilməsi. Ezam olunma yerinə getmək və dai­mi iş yerinə qayıtmaq üçün nəqliyyat xərjləri təqdim edilən sə­nəd­­lər əsasında ümumi istifadədə olan hava, dəmir yolu, su və av­­tomobil (taksidən başqa) nəqliyyat ilə gedişin dəyəri miq­da­rın­­da ­ödənilir. Bu vaxt işçiyə nəqliyyatda sər­nişinlərin ijbari sı­ğo­r­­ta üzrə tədiyələri, biletlərin qabaqja­dan satışı üzrə xidmətin ödə­­nilməsi qatarlarda yanajaq lə­vazimatlarından istifadə üçün xərjlər də ödənilir.
Bu norma daxilində mehmanxanalarda işçiyə göstə­rilən əla­və xidmətlərin xərci də ödənilə bilər.
Müvafiq təsdiqediji sənədlər təqdim olunmayan hal­larda, ge­diş-gəliş üzrə nəqliyyat xərjləri dəmir yolu, avto­mobil və su nəq­liyyatının ən aşağı tarifləri miqda­rında ödə­nilir. Yaşaış yeri­nin kirayəsi üzrə təsdiqediji sənədlər tə­qdim edilməyən hallarda kom­munal xərjləri müvafiq nor­manın 50 faizi miqdarında ödə­ni­lir.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə