1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


Daxili hesablaşma əməliyyatlarının auditor yoxlamasının məqsədi -d



Yüklə 1,48 Mb.
səhifə64/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   60   61   62   63   64   65   66   67   68
Audit suallar-Ayten

Daxili hesablaşma əməliyyatlarının auditor yoxlamasının məqsədi -daxili hesablaşma əməliyyatlarını əks etdirən mühasibat hesabatı göstəricilərinin həqiqiliyi barədə auditor rəyinin formalaşdırılması və tətbiq edilən uçot və vergiyə cəlb edilmə metodikasının mövcud normativ sənədlərə uyğunluğunun yoxlanmasıdır.
Daxili hesablaşma əməliyyatlarının auditor yoxlaması zamanı aşağıdakılar təyin edilməlidir:

  • dolğunluq - daxili hesablaşma əməliyyatlarının hamısı mühasibat hesabatında əks etdirilbmi;

  • mövcudluq – balans tərtib edilən tarixə daxili hesablaşma əməliyyatları üzrə öhdəlik varmı və bu məbləğ külli miqdardadırmı;

  • hüquq və vəzifələr - daxili hesablaşma əməliyyatları üzrə öhdəliklərin məbləği 3 kriteriya üzrə qanunamüvafiqdirmi – qanunilik, həqiqilik və formallıq;

  • qiymətləndirmə - daxili hesablaşma əməliyyatları üzrə öhdəliklərin normativ aktların tələblərinə uyğunluğu qiymətləndirilibmi;

  • dəqiqlik - əmək haqqının hesablanması, ondan tutulmalar, ezamiyyət xərcləri və s. düzgün aparılması və mühasibat hesabatının sintetik və analitik uçot əməliyyatlarının registrlərdə yazılışlarına uyğundurmu;

  • uçot dövrünün məhdudiyyətləri - daxili hesablaşma əməliyyatları üzrə öhdəliklərin baş vermə vaxtlarının qeydiyyatının əks etdirilməsi;



55. 801 nömrəli hesabda əks etdirilən gəlirlərin əks etdirilməsinin düzgünlüyünün yoxlanılması və ümumi nəticə çıxarılması.
Maliyyə nəticələrinin auditinin əsas informasiya mənbələrinə uçot registrlərində Baş kitabda, jurnal-orderdə və ya onu əvəz edən 801 saylı "Ümumi mənfəət (zərər)" (80 "Mənfəət və zərər") hesabı analitik çərçivədə dövriyyə registrlərində, mühasibat balansında, mənfəət və zərər haqqında hesabatda, müəssisənin təsdiq etdiyi biznes-planda, hesabata əlavələrdə əks etdirilmiş məlumatlar, ilkin mühasibat sənədləri və uçot registrlərindəki yazılışlar, eləcə də müхtəlif ödəmələrlə bağlı maliyyə orqanlarına təqdim edilən informasiya, müəssisənin təsis sənədləri, əmrlər, göstər işlər və müxtəlif ilkin sənədlər, hesablaşma hesabında pul vəsaitlərınin hərəkəti haqqında bank çıxarışları, kassa mədaxil və məxaric orderləri əlavə edilməklə kassa hesabatı, ödəmə cədvəlləri, anbardan məhsul buraxılışı sənədləri, yüklənmiş mallara ödəmə tələbnamələri və ödəmə tapşırıqları və s. aid edilir.
Maliyyə nəticələri haqqında daha geniş məlumat mənfəət və zərərlər haqqında hesabatda əks etdirilmişdir. Informasiyaların ümumiləşdirilməsi üçün 801 saylı "Ümumi mənfəət (zərər) " (80 "Mənfəət və zərər") hesabı tətbiq edilir. Ilin sonunda mənfəət məbləği istifadə olunmuş məbləğ həcmində azaldılır (debet 801 saylı "Ümumi mənfəət (zərər) " (80 "Mənfəət və zərər"), kredit 344 saylı "Еlan еdilmiş dividеndlər", 901 saylı "Cari mənfəət vеrgisi üzrə хərclər", 902 saylı "Təхirə salınmış mənfəət vеrgisi üzrə хərclər" (81 "Mənfəətin istifadəsi"). Balansda ilin sonuna "Mənfəətin istifadəsi" maddəsi üzrə məlumat olmamalıdır. Hesabat dövrü üçün bülüşdürülməmiş mənfəət (zərər) məbləüi 801(80) saylı hesabdan 343 saylı "Kеçmiş illər üzrə bülüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)" (88) hesabının kreditinə (debetinə) silinir.
Auditor faktiki mənfəət məbləüinin yoxlanılması zamanı hesabatda həmin məbləüin məhsul (iş, xidmət) satışından pul gəlirinin, satılmış məhsulun tam maya dəyərinin, digər satışdan mənfəətin, satışdankənar gəlirlərin əks etdirilməsinin düzgüçünəlüyüçünəə xüsusi diqqət verməlidir.
Auditor ilk növbədə müəssisənin uçot siyasətində məhsul satışından maliyyə nəticələrinin müəyyən edilməsi qaydasını aydınlaşdırmalıdır.



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə