1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti



Yüklə 1,48 Mb.
səhifə65/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   60   61   62   63   64   65   66   67   68
Audit suallar-Ayten

İNTERNETDƏN.
801. Ümumi mənfəət (zərər)
Hesablar planının 80-ci bölməsində mənfəət və zərər haqqında hesabatda təqdim edilməli olan ümumi mənfəət (zərərlər) barədə məlumatların ümumiləşdirilməsi nəzərdə tutulur. Ümumi mənfəət hesablar planının 6-cı hissəsində qeyd olunmuş gəlirlərin ümumiləşdirilmiş məbləğindən hesablar planının 7-ci hissəsindən hesablanmış xərclər çıxılmaqla müəyyən edilir. İndi isə köhnə hesablar planının 80 №-li hesabına nəzər salaq. 80 №-li «Mənfəət və zərər» hesabı 80 №-li «Mənfəət və zərər» hesabı hesabat ilində müəssisənin fəaliyyətinin son maliyyə nəticələrinin formalaşması haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulub. Balans mənfəəti (zərəri) mühasibat uçotu əsasında təsərrüfat əməliyyatlarının və balans maddələrinin qiymətləndirilməsinin sonuncu maliyyə nəticəsi kimi özündə müəssisənin əsas vəsaitlərinin və başqa əmlaklarının, məhsullarının (işlərinin, xidmətlərinin) satışından olan mənfəəti (zərəri), həmçinin qeyri-satış əməliyyatlarından gələn gəlirləri (bu əməliyyatlar üzrə xərc məbləğləri çıxılmaqla) cəmləşdirir.
Məhsulların (iş və xidmətlərin) və malların satışından mənfəət (zərər) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş vergilər
və digər məcburi ödənişlər nəzərə alınmadan qüvvədə olan qiymətlərlə məhsulların (iş və xidmətlərin) satışından gələn gəlirlə onların istehsalına
və satışına çəkilən xərclər arasındakı fərq kimi müəyyən edilir.
Hesabat ilində aşkar edilmiş, lakin keçmiş illərin əməliyyatlarına aid olan mənfəət, yaxud zərər hesabat ilinin təsərrüfat əməliyyatının nəticələrinə
daxil edilir. Hesabat dövründə alınmış, lakin gələcək hesabat dövrünə aid olan gəlirlər uçotda ayrı maddə üzrə gələcək dövrlərin gəlirləri kimi əks etdirilir. Bu gəlirlər onların aid olduğu hesabat dövrü gələn zaman həmin dövrün təsərrüfat fəaliyyətinin nəticələrinə daxil edilir.
Son maliyyə nəticəsi (mənfəət və ya zərər) məhsul (iş, xidmət), digər maddi sərvətlərin satışından əldə edilən maliyyə nəticəsindən və qeyri-satış əməliyyatları üzrə xərc məbləğləri çıxılmaqla bu əməliyyatlardan əldə olunan gəlirlərdən ibarətdir. 80 №-li «Mənfəət və zərər» hesabının debetində müəssisənin zərərləri (itkiləri), kreditində isə mənfəətləri (gəlirləri) əks etdirilir. Həmin hesabın debet və kredit dövriyyələrinin üzləşdirilməsi hesabat dövrünün son maliyyə nəticəsini göstərir.



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə