1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


Dələduzluq və səhv faktları aşkara çıxarmaq üçün auditor auditi yüksək peşəkarlıq mövqeyindən planlaşdırmalı və həyata keçirməlidir



Yüklə 1,48 Mb.
səhifə16/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   12   13   14   15   16   17   18   19   ...   68
Audit suallar-Ayten

Dələduzluq və səhv faktları aşkara çıxarmaq üçün auditor auditi yüksək peşəkarlıq mövqeyindən planlaşdırmalı və həyata keçirməlidir.
Dələduzluq” – təsərrüfat əməliyyatlarının mənasının pozulması ilə nəticələnən uçot məlumatlarının düzgün əks etdirilməməsini təsvir edir.
Sonrakı hadisələr”ə aiddir: hesabat dövründən sonra, auditor qərarı imzalanan tarixədək və daha sonra aşkarlanan faktlar.
Müəssisənin fəaliyyətinin “fasiləsizliyi” haqda yol vermə dedikdə - müəssisənin gələcəkdə öz fəaliyyətini davam etdirməsi ehtimal olunur.
Müəssisənin fəaliyyətinin fasiləsizliyinə şübhə olmasını sübut edən maliyyə amillərinə - yeni məhsul istehsalının maliyyələşdirilməsinin olmamasıdır.
Müəssisənin fəaliyyətinin fasiləsizliyinə şübhə olmasını sübut edən sair əlamətlərə - kapitala və yaxud qanunvericilik tələblərinə əməl olunmamasıdır.
Müəssisənin fəaliyyətinin “fasiləsizliyi” haqda məsələnin təsdiqi ilə bağlı auditor – təşkilatın rəhbərindən yazılı ərizə almalıdır.


11.Firmadaxili Audit Standartları.
Əvvəllər 3 qrup standartlar var idi:

  1. Milli;

  2. Beynəlxalq;

  3. Firmadaxili.

Firmadaxili standartlar konkret auditor firmasında auditor yoxlamasına vahid yanaşmanı təmin etməklə, milli və beynəlxalq standartlara zidd olmamalıdır. Firmadaxili standartların məzmunu – məxfi informasiya olur.
Firmadaxili audit standartları firmalar, yəni auditor təşkilatları tərəfindən auditor yoxlaması aparılarkən vahid tələbat təmin etməklə aşağıdakı elementləri özündə birləşdirir:
1. Razılaşmanın məqsədinin müəyyən edilməsi.
Hər bir auditor yoxlaması düzgünlüyünü təmin etmək üçün hərtərəfli planlaşdırılmalı, peşəkarlıqla və ixtisaslaşdırılmış formada aparılmalı, sifarişçilərə yüksək keyfiyyətli xidmət göstərilməli, auditorlardan optimal surətdə iştifadə olunaraq kommersiya xeyri əldə olunmalıdır.
2. Biznesin icmalı və ya xülasəsi.
Yoxlama sifarişçilərlə tənışlıq və onların fəaliyyətinin öyərnilməsi ilə başlanır. Firmada qanunvericilikdə, peşəkarlıq standartlarında və biznesdə auditor yoxlamasında və sifarişçilərə münasibəti əks etdirən dəyişikliklər daim izlənir.
3. Mümükün riskin qiymətləndirilməsi.
Sifarişçinin biliyindən istifadə olunaraq və riskin aşkar olunmasına hərtərəfli yanaşılaraq, fırıldaqçılıq riski, adi səhvlər müəyyən edilir və onların əhəmiyyəti qiymətləndirilir.
4. Audit strategiyasının işlənib hazırlanması üçün daxili nəzarət sisteminin qiymətləndirilməsi.
Yoxlamanın ilkin mərhələsində daxili nəzarət sistemi, yəni əavvəlcə rəhbərlik tərəfindən istifadə olunan təsərrüfat fəaliyyətinə nəzarət sistemi, sonra isə mühasibat uçotu və nəzarət sistemi qiymətləndirilir. Bu mərhələdə yoxlama strategiyasının işlənib hazırlanması üçün yalnız informasiya qiymətləndirilir.
5. Auditor yoxlamasının strategiyasının müəyyən edilməsi.
Başlıca risklərin xüsusi qiymətləri ümumiləşdirilir və zəruri auditor əməliyyatları müəyyən edilir.
Maliyyə informasiyasının hazırlanması üzrə xidmətlər göstərdikdə auditor pozitiv inam səviyyəsinə təminat verir.
6. Müstəqil tədqiqat planı.
Planda hər bir müstəqil tədqiqat hallarında daha səmərəli tədqiqatlarının tədbiqi və davamlılığının mahiyyətinə baxılır. Müstəqil tədqiqat plana uyğun olaraq aparılır. Onun nəticələrinin qiymətləndirilməsindən asılı olaraq planda müvafiq düzəlişlər edilir.
7. Nəzarət sisteminin səmərəliliyinin qiymətləndirilməsi.
Auditor yoxlamasının sonunda nəzarət sisteminin ümumi qiymətləndirilməsi və yoxlama planının işlənib hazırlanması üçün daxili nəzarət sisteminin qiymətləndirilməsi geniş verilir.
8. Auditor yoxlamasının yekunlaşdırılması.
Ümumi hesabat (akt) tərtib edilir və yekun nəticələri çıxarılır. Daha əhəmiyyətli hallar sifarişçilərlə müzakirə edilir.
9. Rəyin təqdim edilməsi.
Auditor yoxlamasının nəticələrinə uyğun olaraq rəy tərtib edilir. Mühasibat (maliyyə) hesabatlarına dair rəydən əlavə, sifarişçiyə yoxlamanın nəticələri haqqında hesabat (akt) da təqdim olunur.



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə