1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti



Yüklə 1,48 Mb.
səhifə15/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   11   12   13   14   15   16   17   18   ...   68
Audit suallar-Ayten

25-ci standart: Ekspertin işindən istifadə.
Audit standartının məqsədi auditor sübutu kimi ekspertin işindən istifadə edilməsinə dair tövsiyələrin verilməsi və standartın müəyyən edilməsindən ibarətdir.
26-cı standart: Maliyyə hesabatları haqqında auditor rəyi.
Audit standartının məqsədi təsərrüfat subyektlərinin maliyyə hesabatlarının müstəqil auditor tərəfindən aparılan auditor yoxlamasının rəyinin forma və məzmununa dair tövsiyələrin verilməsi və standartın müəyyən edilməsindən ibarətdir.
27-ci standart: Müqayisə.
Audit standartının məqsədi müqayisələrin aparılması zamanı auditorun vəzifələrinə dair tövsiyələrin verilməsi və standartın müəyyən edilməsindən ibarətdir.
28-ci standart: Yoxlanılmış maliyyə hesabatlarının sənədlərində digər məlumatlar.
Audit standartının məqsədi yoxlanılan maliyyə hesabatlarına daxil edilən sənədlərdə əks etdirilən və bu barədə auditor rəyi tərtib olunması məcburi tələb edilməyən digər məlumatlara auditor tərəfindən baxılmasına dair tövsiyələrin verilməsi və standartın müəyyən edilməsindən ibarətdir.
29-cu standart: Xüsusi auditor tapşırığı auditorun hesabatı.
Audit standartının məqsədi xüsusi auditor tapşırıqları ilə əlaqədar tövsiyələrin verilməsi və standartın müəyyən edilməsindən ibarətdir.
30-cu standart: Gələcək maliyyə məlumatlarının yoxlanması.


10. Azərbaycanda Beynəlxalq Audit Standartlarının tətbiqi.
Auditin Beynəlхаlq Standartları – Standartların qlobal sistemlərinin beynəlxalq tələblərinə cavab verən əsas ünsürüdür.
Beynəlхаlq Audit Standartları(BAS) ilə Maliyyə Hesabatlarının Beynəlхаlq Standartları(MHBS) arasındakı əlaqə belə təmin edilir: MHBS auditorlar tərəfindən yoxlanılan hesabatların müvafiq tələblərə uyğunluğu meyarını yoxlamaq üçün istifadə edilir.
Beynəlхаlq Audit Standartları ingilis dilində dərc olunduğu və tarixin göstərildiyi andan qüvvəyə minir.
Hаzırlаnmış 50 beynəlxalq audit standartı məzmununa, təyinatına və fəaliyyət pred­me­tı­­­­­­­­­nə gö­rə 10 istıqa­mə­tdə təsnifləşdirilir: ümumi müddəaları və məsuliyyəti özündə əks et­dırən audit stan­­­­­­­­­­­­dart­ları; öhdəlikləri əks et­dirən audit stan­­­­­­­­­­­­dart­ları; аuditin prоqnоzlаrını özündə əks et­dirən audit stan­­­­­­­­­­­­dart­ları; təsərrüfat dахili nəzаrəti tənzimləyən audit stan­­­­­­­­­­­­dart­ları; auditоr dəlil və sübutlarını özü­­n­­­­­­­­­də əks etdırən аudit standartları; mütəxəs­sis və digər şəxslərin rəy və nəticələrindən istıfadə qaydalarını özündə əks etdirən audit stan­­­dartları; xüsusi sаhələri əks etdırən аudit standartları; köməkçi хidmət аudit stаndаrtlаrı; beynəlхаlq аuditоr təcrübəsini özündə əks etdirən audit stan­­­dartları risklərin qiymətləndirilməsi və qiymətləndirilmiş risk­lər­lə bağlı audit standartları; auditin nə­­­­­­­­­­­­ticə və hesabatlarını qay­da­ya salan audit stan­dart­ları.
Beynəlxalq Audit Standartlarının tələblərinə uyğun olaraq, auditorun işçi sənədlərinin əsas təyinatı – auditorun fikrini təsdiq edən sübutun formalaşması nöqteyi-nəzərindən məlumatlandırılmış sənədlərlə rəsmiyyətə salınmasının vacibliyidir.
Beynəlxalq Audit Standartlarının tələblərinə uyğun olaraq, razılaşdırılmış prosedurlar dedikdə, auditor, müştəri və istənilən 3-cü şəxs arasında razılaşdırılmış prosedurlar başa düşülür. Razılaşdırılmış prosedurların nəticələrinə görə auditor hesabatının ünvanları – həmin prosedurların yoxlanılması haqqında razılığa gələn tərəflərdir.
Audit standartının məqsədi daha yaxşı qiymətləndirmə və fərziyyəyə əsaslanan yoxlama prosedurları də daxil olmaqla, gələcək maliyyə məlumatları haqqında hesabatın tərtib edilməsi və yoxlanması ilə əlaqədar olan tapşırıqlara dair tövsiyələrin verilməsi və standartın müəyyən edilməsindən ibarətdir.
Beynəlxalq Audit Standartlarına uyğun olaraq, özünə inam səviyyəsi anlayışı belə müəyyənləşdirilir: bir tərəfin təqdim etdiyi və digər tərəfin istifadəsi üçün nəzərdə tutulan qərarın etibarlılığına münasibətdə fikrini bildirməsi.
Beynəlxalq auditor praktikasında “aşkarlanmamaq riski” dedikdə, auditor yoxlaması vasitəsi ilə saxtalaşdırmanın aşkarlanmasına imkan verməyən risklər başa düşülür. Bu risklər həm ayrılıqda, həm də məcmu formada əhəmiyyətli sayıla bilər.
Beynəlxalq auditor praktikası üzrə qaydalar – standartlara əməl olunmasında auditorlara praktiki kömək göstərmək məqsədilə tövsiyə xarakteri daşıyır.
Beynəlxalq Audit Standartlarının konseptual əsasları auditor praktikasında göstərilən bütün xidmətlərə tətbiq edilir.
Beynəlxalq Audit Standartlarına uyğun olaraq:

  • auditor – auditor prosedurlarının xarakterinin müddətinin və həcminin müəyyənləşdirildiyı zaman əhəmiyyətliliyə qiymət verə bilər;

  • auditor sübutunun miqdar ölçüsü –kifayətlilikdir;

  • dələduzluq” termini adı altında maliyyə hesabatlarının səhv təqdim olunmasına gətirib çıxaran qəsdən hərəkət başa düşülür (başqa sözlərlə - təsərrüfat əməliyyatlarının mənasının pozulması ilə nəticələnən uçot məlumatlarının düzgün əks etdirilməməsi);

  • səhv” termini adı altında qəsdən olmayan səhvlər, mühasibat uçotunda təkrar yazılışlar başa düşülür;

  • maliyyə hesabatı dərc olunduqdan sonra yol verilən hadisələrə görə - müəssisənin maliyyə hesabatı üzrə sorğu göndərmək istiqamətində məsuliyyət daşımır;

  • seyrək yoxlama” termini – belə təyin edilir: mühasibat uçotu sistemində bir neçə təsərrüfat əməliyyatını güdən test.

Auditor fırıldqaçılıq və səhv faktlar haqqında məlumat verməyə borcludur:

  • təşkilatın rəhbərinə;

  • maliyyə hesabatı üzrə auditor qərarının istifadəçilərinə;

  • tənzimləyici orqanlara;

  • hüquq-mühafizə orqanlarına.


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə