1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə31/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   27   28   29   30   31   32   33   34   ...   98

 

    


150

 

 



Yüz namərdin çörəyin, 

Doğrasan kasa dolmaz. 

Və yaxud:  

Bu dağı aşmaq olmaz, 

Narıncı başmaq olmaz, 

Başa gələn gələcək, 

Qəzadan qaçmaq olmaz. 

 

Atalar  sözlərindən,  bayatılardan  bir 



qaynaq kimi istifadə edən və faydalanan xalq 

sənətkarları 

bir-birindən 

qiymətli 

aşıq 

ustadnamələri yaratmışlar.  



Misal gətirilən nümunələrdən göründüyü 

kimi,  bu  tipli  bayatılar  da,  öz  növbəsində, 

nəsihətamiz, 

yaddaqalan 

ustadnamələrin 

yaranması üçün başlanğıc rolu oynamışdır.  

Dərdli adam yuxu yatmaz, 

Şirin layla çalasan da.  

Cavanlığın ələ gəlməz, 

Altun verib alasan da. 

 

Bu  bir  həqiqətdir  ki,  milli  heca  vəzni 



özünü  qoşma  şeir  formasında  daha  aydın 

təzahür  etdirmişdir.  Heca  vəzninin  şah  əsəri 

olan  qoşma  telli  sazın  bəhrəsidir.  Daha 



 

    


151

 

 



doğrusu, 

“qoşma 


sazın 

təbiətindən 

doğmuşdur”.

35

 



Bir  yaradıcılıq  prosesi  olaraq  sazla  ekiz 

doğulmuş qoşma rəngarəng, şeir formalarının 

yaranması  üçün  də  bir  başlanğıc  olmuşdur. 

Cinaslarda  qoşmaları  bəzəyən  sənətkarlar 

təcnisin  yeni-yeni  forma  və  şəkillərini 

yaradırlar.

36

 

Mənzum 



atalar 

sözləri, 

mənzum 

tapmacalar,  xalq  düzgüləri  və  yanıltymaclar 



zəminində  təşəkkül  tapan  heca  vəznli  şeir 

bayatıların,  bayatı  bağlamaların,  cinaslı 

bayatıların  timsalında  böyük  təkamül  yolu 

keçmişdir.  

Onu  da  xüsusi  qeyd  etmək  lazımdır  ki, 

düzgülər  və  yanıltmaclar  xalq  şeirinə  xüsusi 

deyim  tərzi,  ahəng,  musiqililik  gətirmişdir. 

Bir  sözlə,  heca  vəzninin  formalaşmasında  və 

təkmilləşməsində  xalq  poeziyası  nümunələri 

küll halında iştirak etmişdir. 

Bunların  məcmuundan  doğan,  nəhayət, 

saza qovuşan xalq şeirinin tacı olan qoşma öz 

üstünlüyünü, yetkinliyini təsdiq etmişdir. 

                                                           

35

 Sədnik Paşayev. Azərbaycan xalq ədəbiyyatının inkişafı, Bakı, 



Bilik, 1981, səh.30. 

36

 Sədnik Paşayev. Aşıq yaradıcılığında təcnisin öyrədilməsinə 



dair, Azərbaycan dili və ədəbiyyatı məcmuəsi, №4, 1974. 


 

    


152

 

 



Xalq 

poeziyasında 

yetkin,  bitkin, 

biçimlənmiş,  dilimizin  ahəng  qanuna  uyğun 

sazın  bir  möcüzə  kimi  yaratdığı  qoşmanı 

görən,  sevən,  seçən  savadlı  şairlərimiz  ondan 

çeşni  götürmüş,  aşıq  şeiri  tərzində    qoşmalar 

yazmışlar  ki,  bunlar da,  öz növbəsində  yazılı 

ədəbiyyata 

keçid 


üçün 

bir 


zəmin 

hazırlamışdır. 

Uzun  əsrlərdir  ki,  ana  qoşma  şifahi  və 

yazılı  ədəbiyyatda  böyük  təkamül  yolu  keçə-

keçə  öz  ömrünü  yaşayır,  qol-budaq  atır, 

pöhrələnir,  özünün  böyüklüyünü,  əzəmətini 

getdikcə daha güclü bir şəkildə hiss etdirir. 

37

 



Budur, heca vəzninin möcüzəsi. 

Heca  vəznindən  bəhs  edən  dilçi-alim 

prof.  Ağamusa  Axundov  yazır:  “Azərbaycan 

poeziyası  rişələri  el  ədəbiyyatının    ən  dərin 

qatlarına  işləmiş  heca  vəzni  üzərində 

yüksəlir.

38

 

Heca  vəzni-canlı  danışıq dili və  bu  dilin 



daxili  qanunları  (vurğu  və  intonasiya) 

zəminində 

inkişaf 

edən 


şeirlərimizin 

                                                           

37

 Sədnik Paşayev. Azərbaycan folkloru və aşıq yaradıcılığı, 



Bakı, 1989. Həmin əsərdə şifahi və yazılı ədəbiyyatda aşıq 

şeirinin inkişaf mərhələləri izlənilmişdir. 

38

 Ağamusa Axundov. Şeir sənəti və dil, Yazıçı, Bakı, 1980, səh. 



16. 


 

    


153

 

 



rəngarəng  mənzərəsini  yaratmışdır.  Heca 

vəzni milli şeirimizin canıdır, qanıdır, özüdür. 

Varlığı canlı danışıq dilindən, obrazlı və 

aforistik  ifadələrdən  ibarət  olan  atalar 

sözünün  xalq  poeziyasındakı  mövqeyi,  heca 

vəznli şeirin formalaşmasındakı rolu müəyyən 

qədər  aydınlaşdırıldı.  O  da  müəyyən  oldu  ki, 

atalar sözünün özündə də şeiriyyət güclüdür. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 


 

    


154

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

    


155

 

 



Mənzum atalar sözlərindən 

mənzum tapmacalara doğru 

İnsan  təfəkkürünün  formalaşmasında  və 

təşəkkülündə  tapmacalar  çox  mühüm  rol 

oynayır.  Təbiət  qarşısında  çoxlu  açılmamış 

sirlərlə sehrlənmiş insan daim özünə cürbəcür 

suallar  verir  və  onlara  cavab  tapmağa  çalışır. 

Bu cavablar isə beynin aldığı informasiyalara, 

insanın  təfəkkürünə,  bilik  dairəsinə,  ağlına 

uyğun olur.  

İnsan  təbiət  hadisələri  qarşısında  bəzən 

öz  acizliyini  hiss  etdikdə  onda  qarşılaşdığı 

çətinlikləri  üstələmək  arzusu  oyanır  və  bu 

arzu  onu  sehrli  aləmlərə  aparır,  şüurunda 

kökü  reallıqla  bağlı  olan  müxtəlif  əfsanəvi 

şeylər  doğurur  ki,  bunlar  da  ağızdan-ağıza 

keçərək 


yaşayan  folklor  nümunələrinə-

nağıllara, dastanlara, tapmacala çevrilir.  

Bu  nümunələr  içərisində  xalq  arasında 

ən  çox  seviləni  tapmacalardır.  Tapmacalar 

ulularımızı  uzun  qış  gecələrində  ocaq  başına 

toplar,  ağıl,  fərasət,  hazırcavablılıq  nümayiş 

etdirənlərin  yarışına  çevrilərdi.  Tapmaca  hər 

hansı  predmet  və  ya  hadisə  haqqında 

eyhamla,  üstüörtülü  danışılan,  cavabı  tələb 

olunan sualdır.  




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə