1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə32/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   28   29   30   31   32   33   34   35   ...   98

 

    


156

 

 



Təfəkkürün, 

ağlın 


xüsusən 

kiçik 


yaşlardan formalaşmasındatapmacalar əvəzsiz 

rol  oynayır.  Bir  şərtlə  ki,  azyaşlılar  arasında 

tapmaca 

yarışı 


keçirilərkən 

onların 


böyüdükləri mühit (kənd, şəhər), bilik dairəsi, 

dünyagörüşü  nəzərə  alınsın.  Uşaqların  və 

böyüklərin  sevdiyi  bu  tapmacalar  vaxtaşırı 

müxtəlif  tədqiqatçılar  tərəfindən  kitablara 

toplanır.  

Tapmacalar    xalq  təfəkkürünün  məhsulu 

kimi  çox  qədim  dövrlərdən  başlayaraq 

insanların həyat və məişət tərzindən, dünyaya 

baxışından  yaranmışdır.  Sonrakı  inkişaf 

mərhələrində 

zəngin 

həyat 


təcrübəsi 

tapmacaları  bəsitlikdən  kamilliyə,  məhdud 

mövzu  çərçivəsindən  həyat  və  cəmiyyəti 

əhatə 


edən 

çox 


müxtəlid 

sahələrə 

yönəltmişdir;  burada  insanların  təbiət  və 

cəmiyyət  haqqında  təsəvvürləri,  müşahidələri 

poetik dillə ifadə olunur.  

Tapmaca  bu  və  və  ya  digər  əşya,  hadisə 

və məfhum haqqında yaranır. Həmin əşya  və 

hadisənin  bir  əlaməti,  bir  keyfiyyəti  dolayı 

yolla  söylənilir,  başqa  cəhətləri  isə  gizli 

saxlanılır. Məsələn: 

  Bostanda var bir arvad

  Paltar geyib qatbaqat. 

   

 

 



(kələm) 


 

    


157

 

 



Tapmacada iki tərəf olur. Janrın özü, bir 

də  onun  cavabı.  Beləliklə,  tapmacalar  iki  və 

daha  artıq  şəxs  arasında  mükalimə  şəklində 

meydana  çıxır.  Ona  görə  də  Hənəfi  Zeynallı 

göstərir  ki,  tapmaca  atalar  sözünə,  bayatıya, 

mahnıya  nisbətən  daha  çox  kollektivlik 

xüsusiyyətinə malikdir. Çünki, əgər bir mahnı 

və  atalar  sözünün  ifasında  əsasən  bir  nəfər 

iştirak  edirsə,  tapmacalarda  ən  azı  iki  nəfər 

iştirak  edir.  Müəllifə  görə,  tapmacalar 

məclislərdə,  şənliklərdə,  tapmaca  gecələrində 

kollektiv  tərəfindən  yaradılmışdır.  Bütün 

bunlardan  sonra  tapmacaya  belə  tərif  vermək 

olar: 


tapmaca 

insanların 

düşüncəsini 

yoxlamaq  məqsədi  ilə  düzəldilən  bu  və  ya 

digər hadisə və əşyanın poetik təsviridir. 

Tapmacalar  xalqın  ən  qədim  dövrdə 

müəmmalı,  məcazi  danışıqları  ilə  əlaqədar 

meydana  gəlib.  Əvvəlcə  bədii  əsər    deyil, 

sadəcə  adi  məişət  prosesindəki  danışıqdan 

ibarət 


olub. 

Xalqın 


dilində 

ibarələr, 

müqayisələr,  istiarələr,  bənzətmələr  çox 

işlədilmişdir.  Qədim  insanlar  öz  danışıq 

dilində bu və ya digər cisim, əşya və hadisəni 

dolayı yolla, obrazlı, metaforik ifadə ilə  başa 

salmağa, anlatmağa can atırdılar. Onları buna 

sövq edən mühüm ictimai, maddi səbəblər var 

idi.  Təbiət  hadisələri,  vəhşi  heyvanlar  və  s. 



 

    


158

 

 



qarşısındakı 

acizliyi 

məhz 

insanların 



müəmmalı 

danışığına 

təsir 

göstərirdi. 



Qorxduqları  üçün  bəzən  bir  sıra  əşya,  hadisə 

və  heyvan  adlarını  olduğu  kimi  deyil,  oxşar 

rəmzi adlarla söyləyirdilər.  

Xüsusi  məcazi  danışığa  səy  göstərən 

ibtidai  insan  belə  bir  əqidədə  idi  ki, 

ovlayacağı  vəhşi  heyvanların  və  yaxud  ov 

ləvazimatının  adını  çəkməmək,  öz  hazırlığını 

gizlətməklə guya ki, ov və ya vəhşi heyvanın 

qorxunu  hiss  etməsinə  imkan  verməz, 

beləliklə  də,  müvəffəqiyyətli  ov  təmin  edə 

bilər

39



Türklər  tapmacaya  bilməcə,  kərküklər 

isə,  həm  tapmaca,  həm  də  bilməcə  deyirlər. 

Lakin  Azərbaycan  folklorunda  tapmaca  ilə 

bilməcə  eyni  funksiyanı  daşımır.  Azərbaycan 

folklorunda  tapmacanın  öz  yeri,  bilməcənin 

öz  yeri,  minarələrin    də  öz  yeri  vardır.  

Mahiyyət  etibarilə  müəyyən  oxşar  və  yaxın 

cəhətləri  olsa  da,  onların  özlərinə  məxsus 

fərqli 

xüsusiyyətləri 



də 

mövcuddur. 

Kərküklərin  tapmacaya  aid  müraciətləri 

belədir: 

 

                                                           



39

 Anikin V.P. “Russkie narodnie posloviyi, poqovorki, zaqadki i 

detskiy folklor”  Moskva-1957. Səh. 56  

 



 

    


159

 

 



-

 

Tap nədi, 



Tapış nədi? 

Azərabaycan tapmacalarında isə: 

Tap tapmaca, 

Gülyapmaca-deyə, müraciət olunur. 

 

Bir çox elmi ədəbiyyatda, araşdırmalarda 



qeyd 

olunur 


ki, 

tapmacalardan, 

hətta 

dövlətlərarası  münasibətdə,  diplomatiyada 



istifadə  olunmuşdur.  Görəsən,  doğrudan  da 

“tap  tapmaca,  gülyapmaca”  və  ya  “tap  nədi, 

tapış  nədi?”  ilə  hər  hansı  bir  şaha,  padşaha, 

dövlət  başçısına  müraciət  etmək  olarmı? 

Əlbəttə, yox. 

Böyük  fəxrlə  deyə  bilərik  ki,  dahi 

şairimiz  Nizami  Gəncəvi  folklorumuzun 

müdrik  bilicisi,  onun  “Xəmsə”si  isə  qədim 

folklor  örnəklərimizin  qoruyucusu,  daşıyıcısı 

və  yaşadıcısıdır.  Tapmacanın,  bilməcənin  nə 

olduğunu, 

mahiyyətini, 

məzmununu 

“Xəmsə”nin  köməyi  ilə  aydın  bir  şəkildə 

öyrənə bilirik. 

Gəlin,  Nizaminin  “Xosrov  və  Şirin” 

poemasındakı  sırf  tapmaca  ifadələrinə,  onun 

deyim  tərzinə,  düzülüşünə  xüsusi  diqqət 

yetirək: 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə