1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə28/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   24   25   26   27   28   29   30   31   ...   98

 

                       



135

 

 



265.Yeznəsi kor, qaynı kor, 

                  Yaxşı tapıb tayını kor. 

 

266.Suyun lal axanı, 



                Adamın yerə baxanı. 

 

267.Bacarana baş qurban



                 Bacarmayana daş qurban. 

 

268.Hər sözü demək olmaz



                  Kal meyvəni yemək olmaz. 

 

269.Dağın ucalığı daş ilə, 



                 İnsanın ucalığı baş ilə. 


 

    


136

 

 



 

 

*** 



Mənzum  atalar  sözləri  içərisində  elə 

nümunələrə  rast  gəlinir  ki,  onun  bədii-estetik 

dəyəri, məzmunu hər kəsi heyran edir. 

 

Gül bitdi, 



Reyhan arada itdi. 

 

Bu  qeyri-bərabər  hecalı  atalar  sözündə 



hər  şey  eyhamla,  lirik  axarda  qarşıdakına 

çatdırılır, gül, reyhan ifadələri göz önündə xoş 

ovqatlı bir lövhə yaradır. 

Bu  tipli  mənzum  atalar  sözlərində 

həyatda  azacıq  səhvə,  yanlışlığa  yol  vermiş 

insan  öz  səhvini  nikbin  şəkildə  etiraf  edir  və 

gələcəyə də ümidlə yanaşır. 

 

Bir də gəlin ollam



Oturub durduğum billəm. 

 

Bu  mənzum  atalar  sözündə  ayrı-ayrı 



əsərlərdə, 

Bəlkə də iri həcmli əsərdə verilə biləcək 

mətləb  bir  beytdə  çox  ustalıqla,  yüksək  bədii 

deyimlə ifadə olunur: 

Qurd getdi yazıya, 

Meydan qaldı tazıya. 

 



 

    


137

 

 



Atalar  sözləri  və  məsəllər,  xüsusilə, 

mənzum  atalar  sözləri  məişətimizə  elə  daxil 

olmuşdur  ki,  hər  kəsin  dilində  əvəzsiz  bir 

hikmət  kimi,  yaddaqalan  və  böyük  təsir 

gücünə malik nəğmə kimi səslənir. 

 

Qışın çəni qar gətirər, 



Yazın çəni bar gətirər. 

 

Mənzum  atalar  sözlərinin  təkamülü  və 



inkişafı, 

nəinki, 


özək-kök 

qafiyələrin 

meydana  çıxmasına,  onun  daha  bitkin  forma 

almasına kömək edir, eyni zamanda, bu özək 

qafiyələrlə  yanaşı,  qoşma  və  gəraylılarda 

olduğu kimi ahəngdarlıq və musiqiliyi artırır, 

qafiyədən  sonra  gələn  rədiflərin  meydana 

çıxmasını, söz düzümündə, misralarda onların 

öz yerini tapmasını zəruriləşdirir. 

 

Ağlayan göz yaş gətirər



Yeyən ağız aş gətirər. 

 

Bu, mənzum atalar sözlərindəki misralar 



elə  təsir  bağışlayır  ki,  sanki  onlar  elə  bil  hər 

hansı bitkin bir gəraylıdan qopmuşdur, qopub 

qalmışdır. 

Mənzum 


atalar 

sözlərindəki 

məna 

tutumu  da  maraq  doğurur,  hər  bir  atalar 




 

    


138

 

 



sözlərində  olduğu  kimi,  bu  mənzum  bədii 

parçalardakı  dərin  mətləblər  güclü  məntiqə 

söykənir. 

 

Dəvə ölsə bir batman yükdü, 



Toyuq ölsə bir cəngə tükdü. 

 

Dəvə  bahadı,  toyuq  ucuzdur.  Toyuğu 



itirən bəlkə də, heç nə itirmir, dəvənin ölümü 

hər  kəs  üçün  baha  başa  gəlir,  az  qala  ailəni 

çökdürür.  Bu  mənzum  atalar  sözündə  daxili 

bir  istehza  da  vardır.  Lakin  aşağıdakı  atalar 

sözündə isə sevinc dolu bir həyat yaşayır. 

Ər-arvadın savaşı, 

Yaz gününün yağışı. 

Ər-arvadın  savaşı  təbiətlə,  nur  dolu  yaz 

gününün  yağışı  ilə  müqayisə  olunur,  bu  isə 

hər kəsdə sevinc duyğuları oyadır, xatirəsində 

yaz  yağışının  mənzərəsi  canlanır.  Bu 

düşmənçilik  davası  deyildir.  Bəlkə  də 

şıltaqlıqdır. 

 

Nə yoğurdu, nə yapdı, 



Hazırca kökə tapdı. 

 

Şeir  kimi  qafiyələnən  bu  mənzum  ata 



sözü, bəlkə  də  çoxlarında  şeir  yazmaq  həvəsi 

oyadır. 



 

    


139

 

 



Elə  mənzum  atalar  sözləri  var  ki,  aydın 

deyim  tərzi  olsa da, məzmununu  açmağa  çox 

zaman ehtiyac duyulur: 

Acıtmalı bozdamac, 

Əlim xəmir, qarnım ac.

25

 



 

Yazbaşı  yeni  pendir  çıxanda  çobanlar 

acıtmalı  xəmiri  hazırlayıb,  sacda  lavaşın  bir 

növü  olan  bozdamac  yayıb  bişirirlər.  Bu, 

bozdamac  Şirvan  torpağında  daha  çox 

yayılmışdır.  Çobanlar  bu  lavaşı    elə  nazik 

yayırlar ki, onu pendirə bükəndə bir tikə olur, 

isti-isti bozdamacı pendirlə nə qədər yeyirsən 

ye,  doymursan.  Bu  atalar  sözünün  ikinci 

variantı mətləbi, məzmunu bir az da dərindən 

açıqlayır. 

Acıtmalı bozdamac, 

Qırxın yedim qarnım ac. 

Tapmacalarda  olduğu  kimi,  atalar 

sözündə  də  hər  bir  mətləbə  xüsusi  bir  eyham 

vardır.  “Kitabi-Dədə  Qorqud”  əsərində 

bozdamac  ifadəsi    “bazlamac”  şəklində 

işlədilmişdir. Orada deyilir: “gəlin ol solduran 

soydur:  sabahdanca  yerindən  uru  durar,  əlin-

üzün  yumadan  doqquz  bazlamac  ilən  bir 

                                                           

25

 Bozdamac – yuxanın,fətirin, sac əppəyinin bir növüdür. 




 

    


140

 

 



güvələk yoğurd

26

 güvəzlər, doyunca tıxa-basa 



yeyər”.

27

 



 

Aşı bişirən yağdı, 

Gəlinin üzü ağdı. 

 

Bu tipli mənzum atalar sözündə qafiyələr 



yerli  yerindədi,  bitkindir,  burada  kök-özək 

qafiyələrdən istifadə olunmuşdur. 

Mənzum 

atalar 


sözlərində 

qulaq 


qafiyələrdən  də  istifadə  olunur.  Əslində 

bunlar  kök  qafiyələr  deyil,  deyilərkən  hər 

beytdəki  misralar  səsin  gücü  ilə,  öz 

ahəngdarlığına görə qafiyələnir və bitkin bədii 

şeir parçası təsiri bağışlayır. 

Bir  qoyun  yununu  daramalı,  əyirməli, 

nəsə,  toxunmalı  olan  qadın,  hey  özünə 

təskinlik  verir,  arxayınçılıq  yaradır,  hər  dəfə 

də: 

Bir yunum var



Min günüm var-deyir. 

Mənzum 


atalar 

sözlərindəki 

bu 

hikmətlər,  dərin  müşahidələrin,  təcrübənin 



məntiqi  nəticəsi  olmaqla  yanaşı, insana  həyat 

həqiqətlərini bədii bir dillə anladır: 

                                                           

26

 Yoğurd-qatıq. 



27

 “Kitabi-Dədə Qorqud”, Azərbaycan Dövlət nəşriyyatı. Bakı, 

1962, səh.14. 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə