117
95.
Tonqal elə bilər küldü,
Bayquş elə bilər bülbüldü.
96.
Qurd getdi yazıya,
Meydan qaldı tazıya.
97.
Qabaqda gedirəm-bic deyirlər,
Dalda qalıram-gic deyirlər.
98.
Qız qızıl alma,
Qızı gözdən salma.
99.
Qaq, qaq, qaq,
Bir oğlum olub ağappaq.
100.
Qız anası irişər,
Oğul anası bürüşər.
101.
Qarğışın qara başına,
Tökülsün daş, qaya başına.
102.
Qız anası baş üstə,
Oğul anası daş üstə.
103.
Qızım qızıla dönüb,
Xəbəri yox oğlanların,
Başına kül oğlanların.
104.
Qara kişmiş bəylər cibində,
Ağ ayran çəkil dibində.
118
105.
Qızıl ağacın közü,
Dul arvadın sözü.
106.
Qız uçduğu yerdən götürməz,
Düşdüyü yerdən götürər.
107.
Qızı bələkdə,
Gəlini gərdəkdə.
108.
Qadından paşa olmaz,
Ağacda maşa olmaz.
109.
Qardaş qardaşın başını yeməz,
Aşını yeyər.
110.
Qoyun hürküşdü,
Axsaq qabağa düşdü.
111. Düz danışan utanmaz,
Yalan danışan ucalmaz.
112. Daz dazınan yatdığı,
Daz da qaxalax atdığı.
113. Düz söz sədaqət yaradar,
Əyri söz ədavət yaradar.
114. Dərd çoxdu,
İnam yoxdu.
119
115.Dərzinin iynəsi itdi,
Dövləti getdi.
116.Daşda bitər kəkotu,
Ağzının ipin yığ otu.
117.Dəyirmanda dənin olsun,
Məclisdə yarın olsun.
118. Davalı söz baş yarar,
Doğru söz daş yarar.
119. Dovğa doqqaza,
Südlü aş,
Dağ aşar.
120.Doymadın qurutdan,
Qarnını doyur tutnan.
121.Daşdan qaşlıq umma,
Xəsisdən başlıq umma.
122.Dağ başı qarsız olmaz,
İgid başı darsız olmaz.
123.Elə güllər bitibdi,
Reyhan arada itibdi.
124.Ev qalıb əyriyə,
Həm yeyə, həm səyriyə.
120
125.Evin böyüyü gic olar,
Kiçiyi bic olar.
126.Evin kiçiyi,
Həyətin küçüyü.
127.Əbəsdi,
Bəsdi.
128.Əfətli ötdümü,
Əyilmədi getdümü?
129.Əlimin içindən gəlir,
Xəccə
23
biçindən gəlir.
130.Əlisi dəli, Vəlisi dəli,
Qırılmışın hamısı dəli.
131.Əllisini amanlıqda görüb,
Qırxını samanlıqda görüb.
132.Əli tutan ocaq başına,
Əli tutmayan bulaq başına.
133.Əyrüm-üyrüm yol yaxşıdı,
Səni döysə də ər yaxşıdı.
23
Xədicə mənasındadır.
121
134.Əsil ilə daş daşı,
Bədəsillə yemə aşı.
135.İt ölüsü,
Köpək sürüsü.
136.İt bitdi,
Xətir bitdi.
137.İş ki, qaldı səbirə,
Üzünü çöndər qəbirə.
138.İş ki, düşdü səbirə,
Ayağın salla qəbirə.
139.İt əppəyə,
Uşaq məhəbbətə.
140.İt ətə,
Uşaq məhəbbətə.
141.İki unluğa,
Bir dənliyə.
142.İşin iş olsun,
İşin uçar quş olsun.
143.İnsan özünü hələk də edər,
Fələk də edər.
122
144.İşin iş olsun,
İşim göydə quş olsun.
145.İsinmədik istisinə,
Kor olduq tüstüsünə.
146.İş canın cövhəridir,
İçki canın zəhəridir.
147.İt hürdü, çərki gəldi,
Elə bildim, elçi gəldi.
148.Yaz var, qış var,
Nə tələsik iş var?
149.Yaşına-yaşına,
Çıxdı ocaq başına.
150.
Yaxşı yoldaş insanı bay eylər,
Pis yoldaş zay eylər.
151.Yeyən qanıxar,
Yeməyən karıxar.
152.Yuxa- yolda tıxa,
Yuxa- yolda yıxa.
Fətir-kəndə yetir,
Lavaş- dağ aş.
Dostları ilə paylaş: |