23
matik, məhkəmə, hərbi) üslublarında öz sözünü deyə bilmirdi
və ya buna icazə verilmirdi.
VII-XVIII əsrlər arasında yazılmış bütün elmi əsərlər ərəb-
fars dillərində idi, bu dillər eyni zamanda dövlət dili və təlim-
tədris dili idi. XIX-XX əsrlərdə isə bu missiyanı artıq rus dili
oynayırdı. 1920-1991-ci illərdə rus dilinin SSRİ-də rəsmi döv-
lət dili kimi qəbul edilməsi nəticəsində rus dili aparıcı, əsas dil,
milli dillər isə ikinci dərəcəli, yardımçı dil kimi fəaliyyət göstə-
rirdi. Deməli, Azərbaycanda da Azərbaycan dili mətbuat və
məişət dilində də rus dili ilə paralel işlədilirdi.
Azərbaycan dilinin inkişafında və ona dövlət qayğısı gös-
tərilməsində müxtəlif vaxtlarda öz dövrü üçün və əsrlərin arxa-
sından da öz böyüklüyü ilə seçilən siyasi xadimlər olmuşdur.
Belə şəxslərdən biri, bəlkə də birincisi XVI yüzillikdə yaşamış
qüdrətli hökmdar Şah İsmayıl Xətaidir (1487-1524). O, 1499-
cu ildə, cəmi on iki yaşı olarkən ətrafına tərəfdarlarını toplaya-
raq yürüşə çıxmış, azərbaycanlılar yaşayan, az qala, bütün əra-
ziləri tutmuş və 1502-ci ildə özünü şah elan etmişdi. Ş.İ.Xə-
tainin rəhbərlik etdiyi dövrdə Səfəvilər dövləti sürətlə inkişaf
edərək qısa bir zaman kəsiyində Şərqin ən qüdrətli dövlətlərin-
dən birinə çevrilmişdi. Dərbənddən İraqa və Hindistana qədər
uzanmış böyük bir ərazidə Azərbaycan dövlətini yaratmaq yal-
nız fatehlərə məxsus bir iş idi. Məhz Səfəvilər dövründə Azər-
baycanda mədəniyyətin, ana dilli ədəbiyyatın, xüsusən də
Azərbaycan dilinin inkşafında, onun rəsmi dövlət dili statusun-
da işlədilməsində Xətainin misilsiz xidmətləri danılmazdır. O,
Azərbaycan dilinin saflığı, zənginliyi, inkişafı və yayılması
üçün mübarizə aparmış, dövlət dili səviyyəsinə qaldıraraq onun
rəsmi və dövlətlərarası yazışmalarda işlədilməsinin əsasını
qoymuşdur. Səfəvilər hakimiyyəti dövründə Azərbaycan dili
bütün ölkədə, başlıcası isə sarayda-yəni ali hakimiyyət orqan-
larında və orduda hakim mövqe tuturdu. Bir tədqiqatçının yaz-
dığına görə cəmi 37 il yaşamış şair-hökmdar ömrünün sonunda
“Dilimizi və vətənimizi əbədi yaşatmaq üçün əlimdən gələni
24
etdim”-demişdi. Təbii ki, Azərbaycan müstəqil bir dövlət oldu-
ğu kimi onun dili də rəsmi dövlət statusunda idi.
Azərbaycan dilinin dövlət dili kimi işlənmə tarixindən da-
nışılarkən kommunist ideologiyasının daşıyıcıları və sovet
dönəmində yazılmış tarix kitabları bizi inandırmağa çalışırdı ki,
guya uzun əsrlər boyu öz əlifbası olmayan Azərbaycan dili
yalnız Sovet hakimiyyəti qurulandan sonra dövlət dili statusu
almış, bütün xalqın ünsiyyət vasitəsinə çevrilmişdi. Əsl hə-
qiqətdə isə Azərbaycan dili hələ Səfəvilər hakimiyyəti dövrün-
də dövlət dili kimi işlənmişdi.
Azərbaycan dili ikinci dəfə rəsmi dövlət dili səviyyəsində
1918-ci ildə qurulmuş milli hökumətimiz – Azərbaycan Xalq
Cümhuriyyəti dövründə işlənməyə başlamış, rəsmən dövlət dili
elan edilmişdi. Azərbaycan Demokratik Respublikasının başçı-
sı Məmməd Əmin Rəsulzadə hələ 1915-ci ildə “Açıq söz” qə-
zetində çap etdirdiyi “Tutduğumuz yol” məqaləsində yazırdı ki,
hər bir millət azad yaşayıb tərəqqi edə bilmək üçün üç əsasa-
dilə, dinə və zəmanəyə istinad etməlidir. Xalqın bir dövlətdə
azad yaşayıb inkişaf edə bilməsi üçün XX əsrin birinci yarısın-
da dil birliyini böyük maarifpərvər Firudin bəy Köçərli də irəli
sürürdü. O bu fikirdə idi ki, dili olmayan xalq yoxdur. Dilini
itirən xalq artıq xalq olmur, böyük xalqın (xalqların) içərisində
əriyib itir, yaxud hardasa etnik qrupa çevrilir. F.Köçərli böyük
rus pedaqoqu K.D.Uşinskidən belə bir sitat gətirmişdi: “Bir
millətin malını, dövlətini və hətta vətənini əlindən alsan ölüb
itməz, amma dilini alsan fot olar və ondan bir nişan qalmaz.
Ana dili millətin mənəvi diriliyidir. Vay o gündən ki, xalq öz
dilinə etinasızlıq göstərə! O gündən dilin ölümü və dillə birlik-
də xalqın ölümü başlanır”.
AXC 1920-ci il aprelin 28-də Sovet Rusiyası tərəfindən
süquta yetirildikdən sonra Azərbaycan dili yenə də türk dili adı
ilə dövlət dili elan olunmasına baxmayaraq hakim mövqe tut-
murdu, tuta bilmirdi, çünki dövlət başçısı da daxil olmaqla
dövlət orqanları məmurlarının mütləq əksəriyyəti qeyri-azər-
25
baycanlı olurdu, hətta rayon və kəndlərdə də icra başçıları qey-
ri-millətin nümayəndələrindən seçilirdi, istisna hallarda rus di-
lində oxumuş Azərbaycan türkləri vəzifəyə irəli çəkilirdilər ki,
bu da onların guya daha savadlı, bilikli, dövlət yönümlü olması
mənasında yozulurdu. Bütün bunlar öz növbəsində Azərbaycan
dilinin rəsmi yığıncıqlarda işlədilməməsinə gətirib çıxarırdı.
Adamlar övladlarını gələcək karyerası naminə rus dilində təhsil
almağa məcbur edirdilər. 1937-ci ildə respublikaya rəhbərlik
M.C.Bağırova tapşırılsa da, o vaxtdan 1992-ci ilə qədər respub-
likanın 2-ci rəhbəri rus millətinin nümayəndəsi, daha doğrusu,
Moskvanın öz adamı olurdu. Bu ikinci şəxs Azərbaycan dilində
bir kəlmə də bilmədiyi halda ölkəyə rəhbərlik edirdi, Azərbay-
canlı olan birinci şəxs də Moskvanın nəzarətində idi. Həmin 70
ildə milli kadrlar rus dilini bilmirdisə doğma elində, obasında
hər hansı bir sahəyə rəhbərlik edə bilməzdilər. Şəhərlərdə
səhiyyə, təhsil (maarif) şöbələrinin müdirləri, hətta məktəb di-
rektorları da ancaq rus dilini mükəmməl bilən, siyasi cəhətdən
savadlı (rus yönümlü) şəxslər olurdu. Elə buna görə də Azər-
baycan Respublikasının rəsmi dövlət dili 1937-ci il Konstitusi-
yasına yazılmamışdı, yazılması “yaddan çıxmışdı”.
Konstitusiyaya düzəliş bundan 20 il sonra baş tutmuşdu.
Bu yalnız 1956-cı ildə bir sıra dövlət və hökumət vəzifələrində
(Azərbaycan Respublikası Nazirlər Sovetinin sədr müavini,
Azərbaycan Respublikasının Maarif naziri və s.) çalışan xalq
yazıçısı Mirzə İbrahimovun Azərbaycan SSR Ali Soveti Rəya-
sət Heyətinin sədri işləyərkən (1954-1958-ci illər) mümkün ol-
muşdu. Həmin vaxtlar ümumittifaq səviyyəsində yaxşı tanın-
mış, böyük nüfuza malik Səməd Vurğun, Süleyman Rüstəm,
Mehdi Hüseyn, Süleyman Rəhimov və başqa görkəmli sənət və
elm xadimlərinin fədakarlığı nəticəsində Azərbaycan SSR Ali
Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına Azərbaycan di-
linin dövlət dili olması maddəsi əlavə edildi. Azərbaycan dili-
nin dövlət səviyyəsində tanınmasına bu Konstitusiya aktının və
M.İbrahimovun “Azərbaycan dili” kitabının nəşri (1957) böyük
Dostları ilə paylaş: |