11
dadır. Əvvəllər “mədəni” anlayışı şəhərdən uzaqda yaşayan,
hərəkəti, davranışı, eləcə də danışığı, nitq qabiliyyəti hələ istə-
nilən qədər formalaşmayıb müəyyən ölçüyə, əndazəyə uyğun
olmayan insanlara qarşı, şəhərdə yaşayanların danışığı bədəvi-
lərin, ucqarlarda yaşayanların nitqinə qarşı qoyulurdu. Deməli,
uzun əsrlərdən bəri birgə yaşayış nəticəsində şəhərdə yaşayan-
ların - şəhər adamlarının hərəkəti, davranışı, danışığı həyat şə-
raitinə uyğun olaraq sürətlə formalaşıb ucqarlarda yaşayankıla-
ra nisbətən daha mədəni hesab olunmuşdur.
İndi mədəniyyət mədəniyyətsizliyə qarşı deyil, həm şəhər-
də, həm də kənddə yaşayan bütün mədəni adamlara, ictimai və
mənəvi həyatda, birgə yaşayışda özünü nümunəvi göstərənlərin
hamısına aiddir. Ona görə də, “mədəni” sözü indi: a) “mədə-
niyyətcə çox inkiçaf etmiş, mədəniyyətin yüksək pilləsində
olan”; b) “cəmiyyətdə özünü aparma üsullarına, ədəb qaydala-
rına yaxşı bələd olan”; tərbiyəli; c) “mədəniyyətlə bağlı olan” –
mənalarında işlənir. “Mədəniyyət” sözü isə: 1) “insan cəmiyyə-
tinin istehsal sahəsində, ictimai və mənəvi həyatda əldə etdiyi
nailiyyətlərin məcmusu”; 2) “hər hansı xalqın müəyyən dövrdə
əldə etdiyi belə nailiyyətlərin səviyyəsi”; 3) “savadlılıq”, “el-
mililik”, “biliklilik”, “cəmiyyətdə özünü apara bilmə”; “tərbi-
yəlilik”; “mədəni adamın tələbatına uyğun olan həyat şəraitinin
məcmusu” (8. səh. 282-283) kimi mənaları əhatə edir.
İndi təhsilin, elmin, mədəniyyətin inkişafı, mətbuatın, ra-
dio və televiziyanın respublikamızın aranlı, dağlı bütün kənd,
qəsəbə, rayon mərkəzi və şəhərlərində xalqımızın gündəlik hə-
yatına, məişətinə daxil olması nəticəsində nəinki ədəbi dilimiz,
eləcə də xalqımızın danışıq dili kütləviləşir, hamının eyni dərə-
cə tam başa düşdüyü, anladığı rəvan və səlis dilə çevrilir.
Nitq mədəniyyəti terminini, ümumiyyətlə, mədəniyyət sö-
zü ilə də qarışdırmaq olmaz. İnsanlar mədəniyyət dedikdə əsa-
sən, təlim-tədris ocaqlarını – məktəbləri, klub, kitabxana, kino-
teatrları, tamaşa salonlarını, tarix-ölkəşünaslıq muzeylərini,
mədəni sözünü isə təhsilli, tərbiyəli anlamında başa düşürlər.
12
Nitq mədəniyyəti cəmiyyətin müəyyən dövründə danışıq qay-
dalarını öyrənən və insanlar arasında əsas ünsiyyət vasitəsi
kimi fikri formalaşdırma və ifadə etmə qaydalarının elmi əsas-
larını müəyyənləşdirən dilçilik sahəsidir (Adilov M.İ., Verdiye-
va Z.N., Ağayeva F.M.. İzahlı dilçilik terminləri, Bakı, 1989,
səh. 102). Deməli, nitq mədəniyyəti həm nitqin kommunikativ
keyfiyyətlərinin məcmusu və sistemi, həm də bu sistemi
öyrənən dilçilik elminin bir sahəsidir.
Müəllim mədəniyyəti, həkim mədəniyyəti, tələbə mədəniy-
yəti, səhnə mədəniyyəti, oxu mədəniyyəti, qulaqasma, dinləmə
mədəniyyəti və s. Şəhər mədəniyyəti, kənd mədəniyyəti daha
geniş mənada götürülərək konkret yerin – ölkə və ya qitənin
adı ilə – Avropa mədəniyyəti, Amerika mədəniyyəti, Şərq mə-
dəniyyəti, Çin mədəniyyəti və s. deyilir; Millətlə bağlı olaraq
alman mədəniyyəti, fransız mədəniyyəti, türk mədəniyyəti,
.......anlayışları da mövcuddur.
Deməli, mədəniyyət sözü həyatımıza dərindən sirayət et-
miş, insanın həyat və fəaliyyətinin bütün sahələrini əhatə edən
çox işlək anlayış olmuşdur: Mənəvi və estetik ideyalar, davra-
nış qaydaları, dillər, dialektlər, ləhcələr, milli və etnik mədə-
niyyət və incəsənət əsərləri, tarix və mədəniyyət əhəmiyyəti
olan binalar, tikililər və əşyalar mədəniyyət sərvətləri hesab
olunur. Bura: 1) təsviri sənət əsərləri, o cümlədən şəkillər,
rəsmlər, heykəltaraşlıq əsərləri; 2) kino, televiziya, radio, vi-
deomateriallar, fotoəsərlər və fotomateriallar; 3) əlyazmalar;
4) şifahi xalq yaradıcılığı nümunələri; 5) arxeoloji kompleks-
lər; numizmatik xarakterli əşyalar; 6) memarlıq abidələri daxil-
dir (Azərbaycan Respublikasının Konstitusiyası, Dərslik. Bakı,
2014, səh. 49).
Bu deyilənlər arasında
danıĢıq mədəniyyəti xüsusi yer tu-
tur. Danışıq mədəniyyəti bilavasitə insanla bağlı olduğu üçün
yuxarıda sadalanan müəllim mədəniyyəti, şagird, tələbə, sürü-
cü, satıcı və başqa peşə-sənət sahələri ilə əlaqəli insanların
ədəb-ərkan, qanacaq, əxlaq normaları daxil olmaqla danışığı
13
nəzərdə tutulur, çünki hər bir insan kiçik yaşlarında başlamış
ömrünün sonuna qədər danışır, yazır, nitq söyləyir, çıxış edir.
O, illər keçdikcə danışıq tərzini təkmilləşdirir, arzu edilən qə-
dər öz sözünü deyir, nitqini həyatdan, cəmiyyətdən gələn yeni-
yeni sözlər hesabına zənginləşdirir, başqalarından daha yaxşı,
müdrikcəsinə danışmağa , nitqini gözəl, ifadəli, rəvan çatdır-
mağa çalışır. İnsan danışıq vərdişi formalaşıb təkmilləşdikcə,
söz ehtiyyatı, dilinin lüğət tərkibi artdıqca, müxtəlif yaş və peşə
sahibləri ilə ünsiyyət saxladıqca özü üçün daha rəvan, səlis,
düzgün danışılanları nümunə kimi qəbul edərək, qəzetlərdən,
jurnallardan, kitablardan oxuduğu, televiziya aparıcılarından,
çıxış edən şair, yazıçı və alimlərdən eşitdiyi nitq nümunələri ilə
tanış olduqca dilimizin qayda-qanunlarına, qrammatik qurulu-
şuna, onun incəliklərinə bələdləşdikcə öz fikirlərini daha gözəl,
məntiqi qurmağa nail olur. Deməli, insan mədəniyyətinin ayrıl-
maz tərkib hissəsi olan nitq mədəniyyəti dil normalarının məc-
musu kimi təzahür edir. Hər bir şəxs elə danışmalı, nitqini elə
qurmalıdır ki, dinləyicilər onu aydın başa düşsün, həm də onun
nitqinə həvəslə qulaq assın, danışıqdan xüsusi həzz alsınlar. O,
bu hallar vərdişə çevriləndən, danışığının arzu olunduğunu bi-
ləndən sonra nitqinin mənalı və məzmunlu olmasına daha ciddi
hazırlaşacaqdır. Doğrudur, bu heç də asan başa gəlmir, hamıda
yaxşı alınmır, bunun üçün böyüklə böyük, kiçiklə kiçik dilində
danışmaq, nə barədə, nə məqsədlə, harada, hansı şəraitdə, ki-
minlə və ya kimlərlə danışdığını bilmək və bunları mütləq nə-
zərə almaq lazımdır. Bu, nitq mədəniyyətinin əsas şərtidir. De-
məli, nitq mədəniyyəti qrammatik cəhətdən düzgün cümlələr
qurmaq, fikri aydın, dəqiq, məntiqi ardıcıllıqla çatdırmaq, ədə-
bi dilin tələffüz, intonasiya, vurğu, fasilə kimi tələblərinə prak-
tik əməl etmək bacarığıdır.
Nitq mədəniyyəti fənninin məqsədi ədəbi dil normalarını
müasir Azərbaycan dilinə tətbiq etmək, dil normaları haqqında
sistemli məlumat vermək, nitq üslubları haqqında geniş təsəv-
vür yaratmaq, mədəni nitqi adi danışıqdan fərqləndirmək, şifa-
Dostları ilə paylaş: |