3
ÖN SÖZ
Xalqımız öz dövlət müstəqilliyinə qovuşduqdan sonra res-
publikamız siyasi, iqtisadi və ictimai həyatında olduğu kimi
mədəniyyət, elm və təhsil sahələrində də dünya standartlarına
inteqrasiya etməyə başlamışdır. Dövlətimiz təhsilin inkişafı üz-
rə öz strategiyası üçün müasir dövrün tələblərinə uyğun yeni is-
tiqamətlər müəyyənləşdirmişdir. Dünya birliyinin iqtisadi ma-
raq mərkəzinə çevrilməkdə olan ölkəmiz inkişaf cəhətdən lider
kimi özünün təhsil problemlərini uğurla yeniləşdirməkdədir.
Təhsildə yeniləşmə kompüterlə, internet, elektron maşınlar və
müasir informasiya-kommunikasiya texnologiyalarından isti-
fadə etməklə Boloniya təhsil sisteminə, tədrisin kredit üsuluna
keçməsini sürətləndirmişdir.
Respublikamızda böyük müvəffəqiyyətlə həyata keçirilən
təhsil islahatı ali məktəblərin qarşısında geniş perspektivlər aç-
mışdır və müəllimlərdən tədris proqramlarına, dərsliklərə, dərs
vəsaitlərinə, tədris olunan fənlərin bilik istiqaməti və xarakterinə
yenidən baxmağı tələb edir. Bu tələb eyni dərəcədə tədris olunan
“Azərbaycan dili və nitq mədəniyyəti” fənninə də aiddir. Xatır-
ladaq ki, bu fənn “Nitq mədəniyyətinin əsasları” adı ilə 1986-cı
ildən bəzi ali məktəblərimizdə tədris planına salınmışdı. Respub-
likamız müstəqillik qazanandan sonra, xüsusən 1995-ci ildə
ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Respub-
likası Konstitusiyası Azərbaycan dilini rəsmi dövlət dili kimi qə-
bul etdikdən, ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci
ildə “Azərbaycan Respublikasının Dövlət dili haqqında Azər-
baycan Respublikasının qanunu” haqqında fərmanından sonra
milli qürur mənbəyimiz və dövlət atributlarından olan dilimizin,
onunla birlikdə nitq mədəniyyətinin tədrisinə də qayğı diqqət
mərkəzində öz yerini möhkəmləndirdi. Azərbaycan Respublika-
sının prezidenti İlham Əliyevin 23 may 2012-ci ildə “Azərbay-
can dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun
4
istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” sərəncamı, 9 av-
qust 2013-cü ildə “Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət proqramı”nı imzalaması fənnin tədrisində yeni
mərhələ oldu. Bu proqramda ilk dəfə olaraq nitq mədəniyyətinə
xüsusi yer ayrılmış, “Nitq mədəniyyəti” fənninin tədrisi məsələsi
ölkə prezidenti tərəfindən tövsiyə edilmişdi. H.Əliyev və İ.Əli-
yev tərəfindən imzalanmış fərman və sərəncamlara uyğun olaraq
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2014-cü il tarixli
913 saylı əmri ilə təsdiq olunmuş ali təhsil pilləsində dövlət
standartının bakalavriat səviyyəsinin ixtisas üzrə təhsil proqra-
mına uyğun olaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İd-
man Akademiyasında tədris planına “Azərbaycan dili və nitq
mədəniyyəti” fənni daxil edildi. Bu ali məktəbdə “Nitq mədəniy-
yəti” fənni 2005-ci ildən tədris olunur və onun tədrisinə o vaxt
34 saat, 2008/2009-cu ildən isə 45 saat ayrılırdı. Nitq mədəniy-
yətinin Azərbaycan dilçiliyində hələ lazımınca öyrənilmədiyini
nəzərə alsaq, verilən saatlar tədrisə qatılacaq bütün məsələləri
əhatə etmək imkanını azaldırdı. İndi fənnin adı tədris planında
haqlı olaraq dəyişdirilmiş, “Azərbaycan dili və nitq mədəniyyə-
ti” adlandırılmaqla tədrisinə də 60 saat verilir. Fənnin “Azərbay-
can dili və nitq mədəniyyəti” adlandırılması müəllimin qarşısın-
da daha geniş perspektivlər açır, istər fənn proqramına, istərsə də
dərsliyə, onun istiqamət və xarakterinə yenidən baxmağı zəruri
edir. Tələbələrimiz orta məktəb illərində Azərbaycan dilinin
fonetikasını, leksikologiya, frazeologiya və qrammatikasını öy-
rənməklə, ana dilimiz haqqında elmi bilik almış, dilçilik materia-
lını “Azərbaycan dili” dərslikləri ilə yanaşı rus və digər xarici dil
fənlərində təkrar-təkrar möhkəmləndirmişlər. Buna görə də ali
məktəbdə yenidən Azərbaycan dilinin fonetika, leksikologiya,
morfologiya və sintaksisini – yəni Azərbaycan dilçiliyini öyrət-
mək yox, gündəlik həyatda dil qaydalarına uyğun danışmaq və
yazmaq, müxtəlif situasiyalarda informasiya vermək, sorğunu
çevik, aydın, doğru və düzgün cavablandırmaq, izahın bütün for-
ma və elementlərindən istifadə etmək bacarığı formalaşdırmaq-
dır. İkincisi, fənn indi Azərbaycan dili ilə nitq mədəniyyətinin