1. Bakteroloji silahlar


Radiasiya daldalanacaqlarının mühəndis-texniki avadanlığı



Yüklə 103,72 Kb.
səhifə41/52
tarix22.05.2023
ölçüsü103,72 Kb.
#112003
1   ...   37   38   39   40   41   42   43   44   ...   52
Mulki Mudafi Final docx

60. Radiasiya daldalanacaqlarının mühəndis-texniki avadanlığı
RD-nin mühəndis-texniki avadanlıqlarına bu sistemlər daxildir:
ventilyasiya;
• isitmə;
• su təchizatı;
• kanalizasiya;
• elektrik təchizatı və rabitə.
RD-də təbii və ya mexaniki ventilyasiya tətbiq edilə bilər. Mexaniki ventilyasiya zirzəmilərdə yerləşdirilən tutumu 50 nəfərdən artıq olan daldalanacaqlarda, eləcə də birinci və kürsü mərtəbələrdə yerləşdirilən həmin tutumlu daldalanacaqlarda təbii ventilyasiya kifayət etmədikdə düzəldilir. Sənayedə hazırlanan süzücü –ventilyasiya qurğuları olmadıqda əlaltında olan materiallardan düzəldilən ən sadə hava təchizatı vasitələrindən geniş istifadə edilə bilər. RD-nın otaqları binanın lazimı hallarda açılan ümumi isitmə sistemindən qızdırılır. Su təzhizatı daxili və xarici kəmərlərdən nəzərdə tutulur, belə su kəmərləri olmayan hallarda hər adam üçün sutkada 2 l hesbı ilə səyyar su qabları qoyulması nəzərdə tutulmalıdır. 156 Kanalizasiya olan binalarda çirkab suları xarici şəbəkəyə axıtmaqla, yuyulan ayaqyolu düzəldilməlidir. Xarici kanalizasiya xətti tutularkən binanı çirkab sulardan qorumaq üçün hökmən bağlayıcı tərtibat qoyulmalıdır. Lazımi hallarda kanalizasiya sistemində vurucu stansiya düzəldilməsi nəzərdə tutulur. RD xarici elektrik şəbəkəsindən, ya da səyyar elektrik fənərləri vasitəsilə elektrik enerjisi ilə təchiz edilir. Səhiyyə idarələrinin cərrahiyyə profili xəstəxanalarında və doğum evlərində yerləşdirilən RD-dən biri digərindən asılı olmayan iki müstəqil elektrik mənbəyindən elektrik enerjisi ilə təchiz edilməlidir. Evin zirzəmisini RD kimi istifadə etmək üçün onun üst örtüyünün lazımi hallarda əlavə aşırım tirləri və dirəklərlə möhkəmləndirmək artıq pəncərə oyuqlarını və digər boşluqları qum kisələri, kərpiclə hörmək və ya torpaq töküb bağlamaq lazımdır. Örtüyün üstünə hesablanmış qalınlıqla əlavə torpaq (qum, şlak) qatı tökür, xarici divarların dibini üst örtük səviyyəsinədək torpaqla örtürlər. Zirzəminin girişində hermetik qapılı tambur (dəhliz), otaqlarda isə oturmaq və uzanmaq üçün kürsü, ya da taxtlar düzəldilməlidir. Zirzəmilərdə həmçinin hava sorucu qutular formasında təbii ventilyasiyaya tərtibatı düzəldilir. Bunları taxta, asbest-sement, saxsı və ya metal borulardan düzəldirlər. Qutunun aşağı ağzı kip siyirmə qapaqla (dönən qapaq) bağlanır. Qutunun digər ağzı (ucu) 150-200 sm hündürlükdə çölə çıxarılmalıdır. Mənzil (evi) radioaktiv maddələrlə çirklənmədən mühafizə etmək üçün qapı və pəncərə çərçivələrindəki bütün boşluqları, bacaları bərkitmək (suvamaq, tıxaclamaq, yapışdırmaq), qapı-pəncərə yerlərinə qalın pərdələr asmaq, tüstü bacalarını bağlamaq, ərzaq mallarını və suyu radioaktiv maddələrlə, təhlükəli aerozollarla, habelə bakterial vasitələrlə çirk



Yüklə 103,72 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə