1. Bakteroloji silahlar



Yüklə 103,72 Kb.
səhifə42/52
tarix22.05.2023
ölçüsü103,72 Kb.
#112003
1   ...   38   39   40   41   42   43   44   45   ...   52
Mulki Mudafi Final docx

61. İşıq şüalanması
İşıq şüalanması nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı gözə görünən ultrabənövşəyi və infraqırmızı güclü şüalanma selidir. Təsir müddəti nüvə yükünün gücündən asılı olaraq 10-20 saniyə olur. İşıq şüalanmasının zədələyici təsiri işıq impulsundan, yəni işıq şüalarına nisbətən şaquli yerləşmiş səthin hər bir kvadrat santimetrinə bütün şüalanma ərzində düşən işıq enerjisinin miqdarından asılı olur. İşıq impulsunun ölçü vahidi olaraq kal/m2 qəbul edilmişdir. Müxtəlif sahələrdə yaranmış işıq impulsunun kəmiyyəti nüvə partlayışının gücündən, növündən, məsafədən və hava şəraitindən asılı olur. Təsirin qısa müddətinə baxmayaraq, işıq şüalanması xeyli məsafələrdə bədənin yanıqlarına, gözlərin müvəqqəti və ya daimi korluğuna, müxtəlif materialların alovlanmasına, kömürləşməsi və əriməsinə, yaşayış məntəqələrində, meşələrdə, mədənlərdə yanğına səbəb ola bilər. Məsələn havada gücü 1mln. tonluq nüvə partlayışı zamanı 19 km məsafədə 4kal/sm2, 15 km məsafədə 10 kal/sm2, 10 km məsafədə 16 kal/sm2 işıq impulsu mövcud olur ki, nəticədə müvafiq surətdə bədənin açıq hissələrində yüngül, orta və ağır yanıqlar baş verə bilər. İşıq şüalanması qeyrişəffaf materiallardan (divar, taxta, bina və s.) keçə bilmir. İşıq şüalanması yaşayış məntəqələrində, meşələrdə, tarlalarda güclü yanğınlar törədə bilir.
İşıq şüalanmasının təsiri meteoroloji şəraitdən çox asılı olur. Qatı duman, yağış və qar onun təsirinin 10-20 dəfə azaldır. Sığınacaq və daldalanacaqlar işıq şüalanmasının təsirindən qorunmaq üçün ən etibarlı yerlərdir.


62. X


63. FV-də dağılma ocaqlarında görülən xilasetmə işləri
Fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə xilasetmə işlərinə bilavasitə rəhbərlik aşağıdakı orqanlar tərəfindən həyata keçirilir: -nəticəsi ancaq bir istehsalat binasını əhatə edən qismən fövqəladə hallar zamanıobyekt fövqəladə hallar komissiyası; -nəticəsi ancaq bir obyektin ərazisini əhatə edən obyekt miqyaslı fövqəladə hallar zamanı lazımi hallarda rayon(şəhər) və sahə fövqəladə komissiyalarının operativ qrupları da iştirak etməklə, obyekt fövqəladə hallar komissiyası; -nəticəsi rayonun (şəhərin) ərazisini əhatə edən yerli FH zamanı- Respublika Fövqəladə Hallar Nazirliyi; Fövqəladə halların nəticələrinin aradan qaldırılması işləri adətən aşağıdakı ardıcıllıqla təşkil edilir: -istehsalatdakı işçilərin və təhlükə yaranan sahələrdə əhalinin xəbərdarlıq edilməsi və mühafizə olunması; bu işi obyektdə yaradılmış məhdud xəbərdarlıq sistemindən istifadə etməklə növbətçi-dispetçer müəyyən olunmuş qaydada yerinə yetirilir. -qəzanın məhdudlaşdırılması və ən təcili xilasetmə işlərinin görülməsi; -fəlakətin miqyasını, onun törətdiyi təhlükənin xarakterini və s. təyin etmək üçün kəşfiyyatın təşkili; -xilasetmə işlərinə cəlb ediləcək qüvvə və vasitələrin müəyyənləşdirilməsi, onların hazır vəziyyətə gətirilməsi; -xilasetmə işləri aparmaq üçün qərar qəbul edilməsi və işlərin təşkili; -obyektin istehsalat fəaliyyətinin (əhalinin normal həyat fəaliyyətinin) bərpa olması. Istehsalat qəzaları və təbii fəlakətlərin nəticələrini aradan qaldırarkən xilasetmə işlərinin aparılması qaydaları digər müvafiq hallarda olduğu kimidir.



Yüklə 103,72 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə