|
1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı
|
səhifə | 59/159 | tarix | 29.05.2022 | ölçüsü | 391,8 Kb. | | #88318 |
| beyn-lxalq-h-quq (1)Beynəlxalq müqavilənin mətninin tərtib olunması və qəbulu aşağıdakı üç formadan biri vasitəsilə həyata keçirilir:
danışıqlar;
beynəlxalq konfranslar;
Məsələn, Beynəlxalq Cinayət Məhkəməsinin Statutu 1998-ci il iyulun 17-də Roma Beynəlxalq diplomatik konfransında qəbul olunmuşdur.
beynəlxalq təşkilatlar;
Beynəlxalq konfranslarda və beynəlxalq təşkilatlarda son zamanlar müqavilə mətnləri konsensus vasitəsilə, yəni iştirakçılardan heç birinin etirazı olmadıqda, səsvermə keçirilməməklə qəbul olunur.
Müqavilə mətninin autentikliyinin müəyyən olunması və autentifikasiyası (yunanca bu söz “həqiqilik”, “əslinə uyğunluq” deməkdir) o deməkdir ki, beynəlxalq müqavilənin mətni son və qəti variantda razılaşdırılmışdır və ona heç bir dəyişiklik edilə blməz. Bu, üç yolla həyata keçirilir:
paraflama (inisial qoyma) – müqavilə mətninin hər səifəsində vəkalətli şəxsin öz inisiallarını qoyması.
ad referendum imza atma (şərti imza atma) – bu qaydada qoyulmuş imza hələ bundan sonra müvafiq dövlət orqanı (və ya müvafiq beynəlxalq təşkilat) tərəfindən təsdiq olmalıdır. Onun inisial qoymadan ilə fərqi ondan ibarətdir ki, təsdiq olunduqdan sonra ad referendum imza atma tam və ya qəti imzalama hesab olunur; inisial qoymadan sonra isə müqavilə hələ qəti imzalanmağa verilməlidir.
imzalma. İmzalama o zaman müqavilə mətninin autentifikasiyası rolunu oynayır ki, həmin müqavilə sonradan ratifikasiya olunmalıdır. İmzalama müəyyən
hüquqi nəticələr doğurur; belə ki, bundan sonra imzalamış dövlət; 1) həmin müqaviləni təsdiq etmək hüququ əldə edir; 2) müqavilənin qüvvəyə minməsinə qədər, onun obyektini və məqsədini heçə endirə biləcək hərəkətləri etməmək vəzifəsi daşıyır (1969-cu il Konvensiyasının 18-ci maddəsi).
Vyana Konvensiyalarına görə, hansı autentifikasiya usulunun seçilməsini razılaşan tərəflər özləri müəyyən edirlər.
Dostları ilə paylaş: |
|
|