1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə56/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   52   53   54   55   56   57   58   59   ...   159
beyn-lxalq-h-quq (1)

Beynəlxalq müqavilədə tərəflər.1969-cu il və 1986-cı il Konvensiyalarına görə, müvafiq olaraq dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq müqavilənin tərəfi ola bilər.

1969-cu il Konvensiyasına görə, “ hər bir dövlət müqavilələr bağlamaq hüquq qabiliyyətinə malikdir” (6-cı maddə). Dövlətlərin hüquq qabiliyyəti, artıq qeyd edildiyi kimi, universal xarakter daşıyır. Dövlət istənilən sahədə müqavilə bağlaya
bilər və istənilən digər müqaviləyə qoşula bilər. Düzdür, ikinci halda bu, müqavilə qapalı olmadığı halda mümkündür; belə ki, bəzi beynəlxalq sazişlərə yalnız müəyyən regionda yerləşən dövlətlər (məsələn, bu, Avropa Şurasının Nizamnaməsində nəzərdə tutulmuşdur) və ya sazişin bütün iştirakçılarının razılığı ilə hər hansı dövlət tərəf ola bilər(məsələn, Avropa İqtisadi Birliyinin yaradılması haqqında 1957-ci il Roma müqaviləsi). Beynəlxalq təşkilatlara gəldikdə isə, onlar həm dövlətlərlə, həm də digər beynəlxalq təşkilatlarla müqavilələr bağlaya bilər. 1986-cı il Konvensiyasında deyilir: “beynəlxalq təşkilatların müqavilələr bağlamaq hüquq qabiliyyəti bu təşkilatın qaydaları ilə tənzimlənir” (6-ci maddə). Göründüyü kimi, beynəlxalq təşkilatın hansı müqaviləyə tərəf ola bilməsi, əsas etibarilə, həmin təşkilatın təsis aktından asılıdır.
Beynəlxalq hüququn digər subyektləri də bu və ya digər dərəcədə beynəlxalq müqavilə bağlaya bilərlər. Məsələn, xarici işğaldan və ya müstəmləkəçilikdən azad olmaq uğrunda mübarizə aparan xalqı rəsmi təmsil edən qurumlar beynəlxalq sazişlərdə iştirak edə bilərlər. Fələstin azadlıq Təşkilatının bir sıra beynəlxalq sazişə tərəf olması bizə yaxşı məlumdur.
1986-cı ildə bağlanmış Nüvə qəzası barəsində operativ xəbırvermə haqqında Konvensiyada nəzərdə tutulur ki, bu Konvensiya bütün dövlətlər, regional təşkilatlar da daxil olmaqla, beynəlxalq təşkilatlar və Namibiya (1990-cı ildə müstəqilliyi elan olunmuş Namibiyanı nəmin Konvensiya ilə danışıqlarda Namibiya üzrə BMT Şurası təmsil edirdi) tərəfindən imzalanmaq üçün açıqdır.

“Müqavilənin tərəfi” anlayşından danışarkən, sözü gedən Vyana Konvensiyalarında


işlədilmiş digər uyğun terminləri də bilmək lazımdır. Bu terminlər aşağıdaklardır: “danışıqlarda iştirak edən dövlət” (və ya beynəlxalq təşkilat) – yəni müqavilənin mətninin hazırlanmasında və qəbul edilməsində iştirak etmiş dövlət (və ya beynəlxalq təşkilat); “razılaşan dövlət” yəni müqavilənin qüvvəyə minib- minməməsindən asılı olmayarq, müqavilənin məcburiliyinə öz razılığını vermiş dövlət; “iştirakçı dövlət” –yəni müqavilənin məcburiliyinə öz razılığını vermiş və
müqavilənin onun üçün qüvvəyə mindiyi dövlət; “üçüncü dövlət” yəni müqavilənin tərəfi olmayan dövlət.


  1. Yüklə 391,8 Kb.

    Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə