1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə55/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   51   52   53   54   55   56   57   58   ...   159
beyn-lxalq-h-quq (1)

Beynəlxalq müqavilənin anlayışı. Beynəlxalq müqavilənin tərifini beynəlxalq hüququn mənbələrini şərh edərkən vermişdik. Lakin yuxarıda göstərilmiş konvensiyalar müqaviləyə bir qədər başqa cür tərif verir; yəni beynəlxalq müqavilələr hüququ ilə bağlı aşağıda nəzərdən keçirəcəyimiz bütün normalar

yalnız bu tərifə uyğun gələn beynəlxalq müqavilələrə şamil olunur. Hər iki Konvensiyanın 2-ci maddəsinə görə:
beynəlxalq müqavilə- dövlətlər beynəlxalq təşkilatlar tərəfindən yazılı formada bağlanılan beynəlxalq hüquqla nizama salınan beynəlxalq razılaşmadır; bu razılaşmanın bir və ya iki. Yaxud daha çox bir-biri ilə bağlı aktlarda ehtiva olunması cür adlandırılması əhəmiyyət kəsb etmir.
Beləliklə, şifahi sazişlərə (“centlmen sazişləri”) və habelə dövlətdaxili hüquql nizama salınan müqavilələrə ( məsələn, kommersiya razılaşmalarına ) göstərdiyimiz Konvensiyaların müddəaları bilavasitə tətbiq olunmur. Bundan əlavə, daha bir mühüm şərt vardir ki, o da tərəflərin həmin razılaşma vasitəsi ilə hüquqi münasibətlər, daha doğrusu, özləri üçün məcburi öhdəliklər yaratmaq niyyətinin olmasıdır. Belə bir niyyət olmamışsa, razılaşmanın özü və onun bağlanması prossesi bütün müvafiq tələblərə cavab versə belə, beynəlxalq müqavilədən danışmaq olmaz. Məsələn. 1975-ci il Helsinki Yekun akti müqavilə sayılmır.
Hər bir beynəlxalq müqavilənin müəyyən obyekti və məqsədi olur. Müqavilənin obyekti dedikdə, həmin müqavilənin yönəldiyi maddi və ya qeyri-maddi nemət, hərəkət və ya müəyyən hərəkətdən çəkinmə başa düşülür. Bir qayda olaraq, müqavilənin obyekti onun adında öz əksini tapır. Müqavilənin məqsədi isə müqaviləni qəbul edən dövlətlərin ( və ya beynəlxalq təşkilatların ) nəyi həyata keçirmək və ya nəyə nail olmaq istədiklərini göstərir. Müqavilənin məqsədi və ya məqsədləri, bir qayda olaraq, müqavilənin preambulasında və yaxud ilk maddələrdə ifadə olunur. Məsələn, BMT Nizamnaməsinin 1-ci maddəsində Nizamnamənin qəbul olunmasına məqsədləri bəyan olunmuşdur.


  1. Yüklə 391,8 Kb.

    Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə