1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə57/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   53   54   55   56   57   58   59   60   ...   159
beyn-lxalq-h-quq (1)

Beynəlxalq müqavilələrin təsnifatı.Beynəlxalq müqavilələri aşağıda göstərilmiş əsaslara görə ayrı-ayrı növlərə bölmək olar:
  1. – iştirakçıların dairəsinə görə:


  1. ikitərəfli müqavilələr (iki dövlətin iştirak etdiyi müqavilələr);

  2. çoxtərəfli müqavilələr (ikidən artıq dövlətin iştirakçısı olduğu beynəlxalq müqavilələr). Çoxtərəfli müqavilələr arasında dünya dövlətlərinin ümumi mənafeyini əks etdirən, ümumi məsələlərin həllinə yönəlmiş universal müqavilələr xüsusi yer tutur.
    1. – dövlətlərin həmin beynəlxalq müqavilələrdə iştirak etmək imkanına görə:


  1. açıq müqavilələr (istənilən dövlət bu müqavilələrə heç bir hüquqi maneə olmadan

tərəf ola bilər):

  1. qapalı müqavilələr (bu müqavilələrin anlayışı yuxarıda vermişdik).
    1. – məzmununa görə:


  1. siyasi müqavilələr. Bu müqavilələrə, əsasən aşağıdakılar aiddir:

müttəfiqlik haqqında müqavilələr – bu cür müqavilələrin iştirakçısı olan dövlətlər
özlərinin müəyyən mənafelərini qorumaq məqsədilə birgə fəaliyyət göstərməyı öhdəsinə götürürlər;
qarşılıqlı yardım haqqında müqavilələr – iştirakçı dövlətlər bir-birinə bu və ya digər sahədə yardım göstərmyi öz üzərlərinə öhdəlik kimi götürürlər;
neytirallıq haqqında müqavilələr – bu müqavilələr vasitəsilə iştirakçı dövlətlər öz
üzərlərinə öhdəlik götürürlər ki, hər hansı hərbi əməliyyatlarda iştirak etməsinlər və müəyyən əraziləri hərbi bazaya çevirməsinlər;
ç) sülh müqavilələri – bu müqavilələr müharibə vəziyyətini hüquqi baxımdan başa çatdırır və müharibədən sonrakı siyasi və digər münasibətləri müəyyən edir.

  1. iqtisadi müqavilələr. Buraya daxildir:

    1. ticarət müqavilələri;

    2. əmtəə göndərilməsi və əmtəə dövriyyəsi haqqında sazişlər;

    3. texniki yardım haqqında və ya elmi-texniki əməkdaşlıq haqqında sazişlər; ç) beynəlxalq hesablaşmalar haqqında sazişlər;

    4. gömrük məsələləri və s. üzrə sazişlər:

  2. xüsusi məsələlər üzrə sazişlər. Bu qrupa aşağıdakı sahələrdə bağlanmış müqavilələri daxil etmək olar:

  1. nəqliyyat sahəsində;

  2. rabitə sahəsində;

  3. kənd təsərrufatı sahəsində;

ç) elmi əməkdaşlıq məsələləri üzrə;

  1. hüquqi məsələlər üzrə;

  2. ətraf mühitin mühafizəsi sahəsində; ə) mədəniyyət sahəsində və s.


  1. Yüklə 391,8 Kb.

    Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə