1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı


Beynəlxalq müqavilənin xitam olunması



Yüklə 391,8 Kb.
səhifə65/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   61   62   63   64   65   66   67   68   ...   159
beyn-lxalq-h-quq (1)

Beynəlxalq müqavilənin xitam olunması. Beynəlxalq müqavilənin xitam olunması onun tərəflər üçün öz məcburi qüvvəsini itirməsi deməkdir. Müqvilə aşağıdakı əsaslarla xitam oluna bilər:

  1. müqavilənin bağlandığı müddətin başa çatması.

Müddətli müqavilə, əgər hər hansı bir yolla prolonqasiya edilməmişsə, o, göstərilən
müddət bitdikdən sonra xitam olunmuş sayılır.

  1. müqavilə öhdəliklərinin icra olunması.

Tərəflərin müqavilədə nəzərdə tutulmuş öz öhdəliklərini tam icra etməsi ilə, əgər
müqavildə bu, xsusi olaraq göstərilibsə, həmin müqavilə xitam olunmuş sayılır.

  1. müqavilənin bütün iştirakçılarının razılığı ilə.

Betnəlxalq müqavilə onun iştirakçılarının ümumi razılığı ilə istənilən vaxt ləğv edilə bilər.
Məsələn, Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında 1955-ci il Varşava Müqaviləsinin iştirakçısı olan dövlətlər 199-ci il iyulun 1-də bu Müqavilənin xitam olunması barədə protokol imzalamışdılar.

  1. eyni məsələ üzrə eyni dövlətlər arasında yeni müqavilənin bağlanması.

Lex posteriori derogat legi priori prinsipinə görə, bu halda əvvəlki müqavilə öz hüquqi əhəmiyyətini itirmiş olacaqdır.

  1. denonsasiya.

Denonsasiya dövlətin, müqavilədə göstərilən şərtlərlə, digər iştirakçı dövlətləri qabaqcadan xəbərdar etməklə, müqavilədən imtina etməsi deməkdir. Deməli, müqavilənin özündə əgər belə imkan nəzərdə tutulmayıbsa, o, denonsasiya oluna bilməz.
Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə Konvensiyalarında belə bir müddəa nəzərdə tutulmuşdur ki, bu Konvensiyaların müharibə zamanı, sülh bağlanana qədər denonsasiyasına yol verilmir.

  1. müqavilənin birtərəfli qaydada ləğv edilməsi.

Bu halda dövlət iştirakçısı olduğu beynəlxalq müqavilədən, ciddi əsas gətirməklə,
birtərəfli qaydada imtina edir. Müqavilədən birtərəfli imtinaya, ümumiyyətlə, yol verilmir. Beynəlxalq hüquq bunu yalnız üç halda mümkün hesab edir.

  1. müqavilənin digər iştirakçı dövlət tərəfindən əsaslı pozulması. Lakin bu əsas insan hüquqları haqqında beynəlxalq müqavilələrin birtərəfli qaydada xitam olunması və bu müqavilələrin qüvvəsinin müvəqqəti dayandırılması üçün istifadə oluna bilməz.

  2. müqavilənin bağlandığı vaxt mövcud olmuş halların əsaslı surətdə dəyişməsi (rebus sic stantibus prinsipi). Lakin buna o zaman istinad etmək olar ki, belə halların mövcud olması vaxtilə müqavilənin məcburiliyinə razılıq verilməsinin əsasını təşkil etmişdi və vəziyyətin belə dəyişməsi hələ yerinə yetirilməli olan müqavilə öhdəliklərinin həcmini köklü surətdə dəyişir. Qeyd edək ki, rebus sic stantibus prinsipi dövlət sərhədini müəyyən edən müqavilələrə şamil edilmir. Bu prinsip habelə o zaman tətbiq olunur ki, vəziyyətin əsaslı surətdə dəyişməsi göstərilən prinsipə istinad edən dövlətin öz beynəlxalq öhdəliklərini pozması nəticəsində baş vermişdir.

  3. müqavilənin yerinə yetirilməsinin qeyri-mümkünlüyü.

Bu, əsasən, müqavilənin obyektinin məhv olduğu və ya yoxa çıxdığı zaman (məsələn, adanın suya batması, çayın quruması və s.) baş verir.

Yüklə 391,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə