1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı


Beynəlxalq müqavilələrin etibarlılığı



Yüklə 391,8 Kb.
səhifə64/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   60   61   62   63   64   65   66   67   ...   159
beyn-lxalq-h-quq (1)

Beynəlxalq müqavilələrin etibarlılığı.Beynəlxalq müqavilələrin etibarlılığı onun məzmununun və bağlanması qaydasının beynəlxalq hüquq normalarına uyğun olması deməkdir.

Yalnız etibarlı müqavilələr hüquqi nəticələr doğurur və tərəflər üçün qanuni hüquq və öhdəliklər yaradır. Beləliklə, beynəlxalq müqavilənin formal qüvvədə olması hələ onun etibarlı olması demək deyil. Doğrudur, qüvvəyə minmiş hər bir beynəlxalq müqavilənin etibarlı olması güman edilir, yəni müqavilənin hüquqi cəhətdən etibarsız olması hər bir halda müəyyən olunmalıdır. Başqa sözlə, beynəlxalq hüquqda müqavilənin etibarlılığı prezumpsiyası mövcuddur.
Beynəlxalq müqavilənin etibarsızlığı mütləq nisbi ola bilər.
Mütləq etibarsızlıq müqavilənin, tərəflərin iradəsindən asılı olmayaraq, yəni onlar bu müqaviləni hüquqauyğun hesab edib-etməməsindən asılı olmayaraq, bağlandığı andan (ab initio) tamamilə etibarsız olması deməkdir. Müqavilə aşağıdakı əsaslarla mütləq etibarsızdır: 1) əgər müqavilə jus cogens normasına ziddirsə; 2) müqavilə güclə hədələmə və ya güc tətbiqi vasitəsilə bağlanmışsa; 3) müqavilə dövlət nümayəndəsinə qarşı məcburiyyət tətbiq etməklə bağlanmışsa.
Nisbi etibarsızlıq müqavilənin, yalnız tərəfindən birinin onun hüquqauyğunluğunu şübhə altına alması ilə ortaya çıxır. Nisbi etibarsızlığın əsasları bunlardır: 1) dövlətdaxili qanunvericiliyin, beynəlxalq müqavilə bağlamaq səlahiyyətini müəyyən edən xüsusi əhəmiyyətli normasının açıq şəkildə pozulması;
2) müqavilənin bağlaması mövcud olmuş və müqavilənin məcburiliyinə razılıq verməsinin əsasını təşkil etmiş fakt və ya situasia ilə bağlı səfin olması; 3) dövlət nümayəndəsinin qeyri-qanuni yolla ələ alınması; 4) dövlətin danışıqlarda iştirak edən digər dövlət tərəfindən aldadılması.
Etibarsız müqavilənin əsas nəticələri ondan ibarətdir ki, o, öz hüquqi qüvvəsini itirmiş olur. Bu cür müqaviləyə pacta sunt servanda prinsipi şamil olunmur və o, birtərəfli qaydada ləğv edilə bilər. Belə müqavilənin əsasında artıq hansısa hərəkətlər törədilmişsə, bu zaman hər bir tərəf, bu hərəkətlərin törədilməsindən qabaq mövcud olmuş vəziyyətin (status quo antenin) mümkün olan dərəcədə bərpa edilməsini tələb edə bilər.


  1. Yüklə 391,8 Kb.

    Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə