1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə63/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   59   60   61   62   63   64   65   66   ...   159
beyn-lxalq-h-quq (1)

Beynəlxalq müqavilənin təvsiri.Müqavilənin təvsiri onun müddəalarınin mənasının aydınlaşdırılması və ya izah edilməsi deməkdir.

Beynəlxalq müqavilənin təvsiri bir sıra prinsiplərə söykənir. Müqavilə hər şeydən əvvəl, vicdanla təvsir edilməlidir. Müqavilədə istifadə olunan terminlər adi mənasında və habelə müqaviləninobyekti və məqsədləri kontekstində başa düşülməlidir. Hər hansı terminə yalnız o zaman xüsusi məna verilə bilər ki, müqavilənin tərəflərinin məhz belə niyyəti olsun. Müqavilə, onun preambulası, əlavələri və ona aid olan istənilən sazişlə birgə, həmin müqavilənin tətbiqi praktikası nəzərə alınmaqla,təfsir edilməlidir. Əgər müqavilə hər biri autenik olan iki və ya daha artıq dildə tərtib olunmuşsa, bu halda hər bir dildəki mətn bərabər qüvvəyə malik olur. Lakin onların müqayisəsi zamanı müxtəliflik ortaya çıxırsa, onda bu mətnləri daha çox uzlaşdıran mənaya üstünlük verir.
Təfsirin subyektlərinə görə üç növü vardır:

  1. müqavilənin ayrı-ayrı iştirakçıları tərəfindən edilən təfsir. Bu, birtərəfli aktdır və təbii ki, müqavilənin digər iştirakçıları üçün məcburi xarakter daşımır.

  2. autentik təfsir – müqavilənin iştirakçıları tərəfindən razilaşdırılmış təfsir. Nota mübadiləsi, protokol və s. formada həyata keçirilən bu təfsir məcburi xarakter daşıyır.

  3. beynəlxalq təfsir – beynəlxalq orqanlar tərəfindən həyata keçirilən təfsir. Bəzi müqavilələrdə (məsələn, Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 1948-ci il Konvensiyası), onların təfsiri ilə bağlı mübahisələrolarkən, tərəflərin BMT-nin Beynəlxalq Məhkəməsinə və ya digər müvafiq orqana müraciət etməli olması nəzərdə tutulmuşdur. Bu orqanların verdikləri təfsirmübahisənin tərəfləri üçün məcburi xarakter daşıyır.

Təfsirin bir neçə üsulu vardır:

  1. qrammatik təfsir;

  2. məntiqi təfsir;

  3. sistematik təfsir;

  4. tarixi təfsir;

  5. teleoloji təfsir;

  6. dinamik və ya evolyutiv təfsir.


  1. Yüklə 391,8 Kb.

    Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə