1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu



Yüklə 10,11 Mb.
səhifə38/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   ...   33   34   35   36   37   38   39   40   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

Svetoforlar
Dəmiryol nəqliyyatında svetoforlar təyinatına görə giriş, çıxış, keçid, marşrut, çəpərləmə işarələrinə bölünür. Giriş və çıxış svetaforlarının normal vəziyyəti bağlı şəkildə olmalıdır. Bu svetaforlar stansiya növbətçisi tərəfindən açıla və bağlana bilər. Giriş svetoforları stansiyaya icazə və yaxud qadağanedici göstəriş verir, çıxış svetoforları qatara stansiyadan yola düşməyə icazə verir bvə ya hərəkəti qadağan edir. Keçid svetoforu mənzildə bir blok sahədən digərinə keçməyə qatara icazə verir və yavud qadağan edir. Marşrut svetoforu qatarlara stansiyanın bir rayonundan digərinə keçməyə icazə verir və ya qadağan edir. Çəpərləyici svetofor iki dəmir yolunun kəsişməsində, tramvay yolu, trolleybus xətti, açılan körpü və keçidlərdə hərəkəti tənzimləyir. Bundan əlavə xəbərdaredici, manevr, təpə təkraredici və lokomotiv svetoforları da olur.
Dəmiryol nəqliyyatında svetoforların rəngi əsasən qırmızı, sarı, yaşıl olur. Qırmızı rəng dayanma əmri verir, sarı rəng hərəkətə icazə verir və eyni zamanda sürəti azaltmağı tələb edir, yaşıl rəng təyin olunmuş sürətlə hərəkətə icazə verir. Qeyd olunan rənglərdən başqa göy, ağ ay işığı, şəffaf ağ və süd rənglərindən istifadə olunur. Göy rəng manevr svetaforlarında hərəkəti qadağan edir. Ağ ay işığı manevrə icazə verir, giriş svetoforlarında çıxış və manevr svetoforlarında dəvətedici göstərici verir. Şəffaf ağ rəng əl fənərlərində qatar işarələrində, süd-ağ rəng isə yol çəpərləməsində və yol dəyişdiricisinin göstəricisində istifadə olunur.

92.Çəpərləmə işarələri (İVT)
Çəpərləyici svetofor iki dəmir yolunun kəsişməsində, tramvay yolu, trolleybus xətti, açılan körpü və keçidlərdə hərəkəti tənzimləyir. Bundan əlavə xəbərdaredici, manevr, təpə təkraredici və lokomotiv svetoforları da olur.

93.Əl işarələri. İşarə göstəriciləri və nişanları (İVT)
Əl işarəsi bildirmək üçün qırmızı və sarı bayraqcıqdan, qırmızı, sarı, yaşıl, şəffaf ağ rəngli işığı olan əl fənərindən, bir tərəfi ağ, o biri tərəfi qırmızı rəngli diskdən istifadə edirlər. Əl işarələrindən manevr işlərində, əyləci yoxladıqda qatarın qəbulu, buraxılması və yola salınmasında, yol körpü və tunel göstəriciləri qatarı ötürməsində istifadə edirlər. Əl işarələrinin köməkliyi ilə lokomotiv maşinistlərinə qatarı saxlamaq, yola düşmək, təyin olunmuş sürətlə hərəkəti davam etdirmək və yaxud sürəti azaltmaq, tormozu yoxlamaq və ya buraxmaq işarəsi bildirilir.


Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə