1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu


Lokomotiv dartısının əsas qanunu



Yüklə 10,11 Mb.
səhifə19/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   ...   15   16   17   18   19   20   21   22   ...   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

5 1.Lokomotiv dartısının əsas qanunu



52.Konteynerlərin təyinatı və təsnifatı
Xırda göndərmələrin 2/3 hissəsindən çoxu konteynerlərdə daşınır. Yük konteynerə göndəricinin yükləmə məntəqəsində yüklənib alıcının təyinat məntəqəsində boşaldılır. Yüklərin konteynerlərdə daşınması, daşınma xərclərini və maya dəyərini azaldır, əmək məhsuldarlığını isə artırır. Konteynerlərdə daşınan yüklərin taralara yığılıb qablaşdırılmasına ehtiyac olmur. Bunun nəticəsində isə xeyli miqdarda meşə materialı, metal və parçaya qənaət edilir.
Təyinatından asılı olaraq konteynerlər iki əsas kateqoriyaya bölünür:

  1. Universal konteynerlər. Bu konteynerlər müxtəlif növlü yüklərin daşınması üçün təyin edilmişdir.

  2. Müəyyən yüklər üçün ixtisaslaşdırılmış xüsusi konteynerlər. Bu konteynerlərdə yalnız xüsusi şəraitlərdə daşımanı tələb edən müəyyən növlü yüklər daşınır.

Dəmir yolu şəbəkəsində brutto çəkisi 3, 5 və 10 ton olan universal konteynerlərdən yük daşımalarında istifadə edilir. Bu konteynerlər tamamilə metaldan hazırlanmışdır. Bu konteynerlərin vaqonlara yüklənib boşaldılması müxtəlif növlü maşın və mexanizmlər vasitəsilə həyata keçirilir və onlar açıq hərəkət tərkibində daşınır.
5 tonluq konteynerlərin parametrləri aşağıdakılardır: uzunluğu – 2610 mm; eni -2050 mm; hündürlüyü – 2255 mm; tara çəkisi 1000 kq; faydalı həcmi 10,4 m3.
3 tonluq konteynerlərin parametrləri aşağıdakılardır: uzunluğu – 2120 mm; eni -1325 mm; hündürlüyü – 2330 mm; tara çəkisi 600 kq; faydalı həcmi 5,2 m3.
Xüsusi konteynerlər yük göndəricilərinə və yaxud alıcılarına məxsusdur. Onlardan müxtəlif təyinatlı sənaye yüklərinin daşınmasında istifadə edilir.

53.Konteynerlərin əsas parametrləri
Konteynerlərin əsas parametrlərinə nominal və maksimal brutto kütləsi, tara kütləsi (boş konteynerin kütləsi), maksimal buraxilabilən faydalı yük (maksimal brutto kütləsi ilə taranın kütləsinin fərqinə yükgötürmə də deyilir), döşəmənin sahəsi, tara əmsalı, xarici ölçülər və iri tonnajlı konteynerlər üçün fitinq yuvalarının mərkəzləri arasındakı məsafə və s. daxildir. Konteynerin tarasının onun yükgotürməsinə olan nisbəti konteynerin tara əmsalı adlanır. Konteynerin əsas gəstəricilərindən biri də yan və ön divarlarda qapıların olmasıdır. Kütləsi 625 və 1250 kq olan konteynerlərdə qapılar yan tərəflərdə, digər konteynerlərdə isə qapılar ön divarlarda olur.
Konteynerlərin konstruksiyasınin əsasını metallik karkas təşkil edir. Metallik karkas iki yan divardan ibarət olub, aşağıdan möhkəm iki uzununa tirlə, yuxarıdan isə iki yüngül tirlə birbirinə bərkidilir.Karkası örtmək üçün qalınlığı 2 mm olan büzülmüş (qofrlanmış) polad vərəqdən istifadə olunur. Konteynerin bir yan tərəfində kilidləmə qurğusu olan iki tərəfli qapı olur. Konteynerlərin daxili səthi isə ağac və ya diğər örtük materialları ilə əhatə olunurlar. İri tonnajlı konteynerlərin metallik karkasının kənarlarında xüsusi poladdan hazırlanmış yuvalı fitinqlər qaynaq edilir. Fitinqlər konteyneri qaldırmaq və nəqliyyat vasitəsinin platformasına bərkitmək üçün nəzərdə tutulur. Az və orta tonnajlı konteynerlərin yükləmə-boşaltma əməliyyatları isə rimboltlar və yükləyicilər üçün nəzərdə tutulan pazvari boşluqlar vasitəsilə yerinə yetirilir. Pazvari boşluqlar iri tonnajlı konteynerlərdə də nəzərdə tutulur. Konteynerin tara əmsalı konteynerin tara kütləsinin maksimal buraxilabilən faydalı yükə- yükgötürməyə olan nisbətinə deyilir.
K=T /Q
Konteyner parkından səmərəli istifadə etmək üçün statiki və dinamiki yüklənmə, konteynerin dövriyyəsi və konteyner parkının tələb olunan sayı və digər göstəricilərin-dən də istifadə olunur. Konteynerin orta statiki yüklənməsi müəyyən müddət ərzində (il, ay, gün) konteynerlə daşınan yüklərin miqdarının - Q(ton) konteynerlərin (yüklənmiş) sayına olan nisbətinə ( ton/konteyner) deyilir;
Ps=Q/N
Konteynerin dinamiki yüklənməsi ümumi yük (il, kvartal, ay, gün) dövriyyəsininQL(ton·km) konteynerlərin işçi parkınının ümumi gedişlərinə (konteyner.km) olan nisbətinə deyilir (ton·km /konteyner·km);
Ps=QL/NL


Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə