1. Disfunksional uşaqlıq qanaxması rast gəlinir: a yuvenil dövrdə b südəmər dövrdə


D) izolə olunmuş vaxtından əvvəl pubarxe



Yüklə 297,9 Kb.
Pdf görüntüsü
səhifə11/14
tarix14.06.2018
ölçüsü297,9 Kb.
#48563
1   ...   6   7   8   9   10   11   12   13   14

38

D) izolə olunmuş vaxtından əvvəl pubarxe

E) sümüklərdə böyümə zonasının tez bağlanması

209. Amenoreya nədir?

A) reproduktiv yaşda olan qadında 6 aydan artıq müddətdə aybaşının olmamasıdır

B) 2 ay müddətində aybaşıların olmamasıdır

C) 4 ay müddətində aybaşıların olmamasıdır

D) aybaşı zamanы qan itkisinin artmasıdır

E) aybaşılararası qan itkisinin artmasıdır

210. Fizioloji amenoreya müşahidə olunmur:

A) reproduktiv dövrdə

B) cinsi yetişkənliyə qədərki dövrdə

C) laktasiya dövründə

D) hamiləlik zamanı

E) postmenopauza dövründə

211. Prolaktin harada sintez olunur?

A) hipotalamusda 

B) qalxanabənzər vəzidə

C) yumurtalıqlarda

D) böyrəküstü vəzidə

E) hipofizin laktotrof hüceyrələrində

212. Orqanizmdə prolaktinin sintezini əsasən tənzimləyir:

A) dofamin

B) adrenalin

C) progesteron

D) qlükokortikosteroidlər

E) qonadotrop hormon

213. Kiçik çanaq boşluğunda bitişmə prosesinin ağır forması müşahidə olunur:

A) süzənək və xlamidiozda

B) qardnerellyozda

C) ureaplazmozda

D) genital herpesdə

E) kandidozda

214. Daxili cinsiyyət orqanlarının iltihabi xəstəlikləri nə üçün çox vaxt qadın sonsuzluğunun 

yaranmasına səbəb olur?


39

A) uşaqlıq borularının keçiriciliyini pozmaqla kiçik çanaqda və qarın boşluğunda bitişmə prosesinin 

yaranmasına səbəb olur

B) eyakulyata qarsı sensibilizasiya formalaşdırır

C) uşaqlıq boynunda eroziya yaradır

D) yumurtalıqların funksiyasının pozulmasına səbəb olur

E) endokrin sistem xəstəliklərinin yaranmasına səbəb olur

215. Genital xlamidioz ən çox hansı orqanı zədələyir?

A) uşaqlıq boruları və uşaqlıq boynunu

B) uşaqlıq yolunu

C) miometriumu

D) endometriumu

E) yumurtalıqları

216. Xroniki endometrit:

A) residivli gedişata malikdir

B) hiperandrogeniya ilə müşahidə olunur

C) xroniki intoksikasiya verir

D) hiperprolaktinemiya verir

E) kiçik çanaqda bitişmələr yaradır

217. Uşaqlıq yolu trixomonadı aiddir:

A) ibtidailərə

B) bakteriyalara

C) viruslara

D) parazitlərə

E) göbələklərə

218. Uşaqlıq cisminin daxili endometriozu üçün xarakterik deyil:

A) nəzərə çarpacaq dərəcədə irinli ifrazatın olması

B) aybaşından əvvəl uşaqlıq yolundan qatı, tünd rəngli qanlı ifrazat

C) aybaşı zamanı ağrılar

D) menorragiya

E) aybaşıdan sonra uşaqlıq yolundan qatı, tünd rəngli qanlı ifrazat

219. Xarici genital endometriozun diaqnostikasında ən informativ üsuldur:

A) laparoskopiya

B) ultrasəs müayinə

C) histeroskopiya

D) histerosalpinqoqrafiya


40

E) kolposkopiya

220. Leykoplagiya yerləşmir:

A) endometriumda

B) uşaqlıq boynunda

C) uşaqlıq yolu divarında

D) vulvanın dərisində

E) vulvanın selikli qişasında

221. Uşaqlığın miomasının ağırlaşması deyil:

A) ritmik təkrarlanan aybaşıların olması 

B) miomatoz düyünün burulması

C) uşaqlığın çevrilməsi

D) miomatoz düyünün nekrozu

E) qonşu orqanların sıxılması

222. Submukoz miomada ən çox rast gəlinir:

A) aybaşıların hiperpolimenoreya tipli pozulmaları

B) aybaşı funksiyasının opsomenoreya tipli pozulması

C) qonşu orqanların sıxılması

D) ağrı sindromu

E) amenoreya

223. Normal aybaşı siklinin davamiyyəti:

A) 21-35 gündür

B) 28-40 gündür

C) 3-7 gündür

D) 28-29 gündür

E) 14-28 gündür

224. Normal aybaşının davamiyyəti:

A) 3-7 gündür

B) 1-3 gündür

C) 3-5 gündür

D) 5 gündür

E) 2-10 gündür

225. İkifazalı aybaşı siklinin əsas göstəricisidir:

A) ovulyasiya

B) ilkaybaşınınyaranmavaxtı

C) cinsi yetişkənlik dövründə aybaşı funksiyasının formalaşması


41

D) aybaşınındüzgünritmi

E) aybaşı zamanı itirilən qanın miqdarı

226. Menorragiya:

A) siklik uşaqlıq qanaxmalarıdır

B) asiklik uşaqlıq qanaxmalarıdır

C) aybaşıların ağrılı olmasıdır

D) pre- və postmenopauzal qanaxmadır

E) aybaşı siklinin davamiyyətinin azalmasıdır

227. Metrorragiya:

A) asiklik uşaqlıq qanaxmalarıdır

B) aybaşı vaxtı qanitirmənin çoxalmasıdır

C) aybaşının davamiyyətinin uzanmasıdır

D) aybaşı ritminin dəyişməsidir

E) aybaşının azalmasıdır

228. Alqodismenoreyaya səbəb olmur:

A) uşaqlıq boynunun displaziyası

B) cinsiyyət orqanlarının inkişaf anomaliyaları

C) genital infantilizm

D) genital endometrioz

E) uşaqlığın retrodeviasiyası

229. Pubertat dövr üçün xarakterik deyil:

A) sümük kütləsinin azalması

B) ilk aybaşının olması

C) qasıq və qoltuqaltı tüklənmənin olması

D) süd vəzilərinin böyüməsi

E) boyatmanın sürətlənməsi

230. Kontrasepsiya məqsədilə estrogen-hestagen preparatlar necə təyin edilir?

A) aybaşının 1-ci günündən başlayaraq

B) aybaşı ərəfəsində

C) ovulyasiya vaxtı

D) aybaşı siklinin günündən asılı olmayaraq

E) aybaşının 14-cü günündən başlayaraq

231. Yalançı amenoreya müşahidə olunur:

A) uşaqlıq boynu kanalının atreziyasında

B) uşaqlıq cisminin aplaziyasında


Yüklə 297,9 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə