1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə69/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   65   66   67   68   69   70   71   72   ...   181

H Ü M A Y İ - Ə R Ş

    187

və Həzrəti Pirin mübarək qədəmlərinə yıxılmışdır. Həzrəti Pirin “Nə o, 

Mustafa əfəndi, nə edirsən?” sualına “Əfəndim, aşiqlərin Kəbəsi belə təvaf 

edilir.”- deyə cavab vermişdir (Nə böyük bir sözdür). 



Təəssüf doğuran bir hadisə üzərinə izahat

Hər necə oldusa fələklə uzlaşa bilmədim. Gələcək həyatımı haqqıyla anlaya 

bilmiş və vəziyyəti idrak etdiyim zamandan bəri hər cür münaqişə, mübahisə, ixtilaf 

və buna bənzər əhval və hərəkətləri tərk etmiş, səyimi halala münhəsir eyləməyimə, 

halalı məişətimə əsas seçməyimə baxmayaraq fələyin həmlə və hücumlarına məruz 

qalmaqdan qoruna bilmədim. Bunlardan biri də səhərlər vəzifə zamanı işə, işdən də 

evə gəldiyimdə bu kitabı yalan yanlış tamamlamaq üçün üzünü ağartmağa çalışıb hər 

cür dedi-qodudan uzaqlaşdığım bir zaman idi ki, bunu da fələk çox gördü. Zəhərli 

dişlərini ciyərimə deyil, ruhumun cövhərinə batırdı. Üç yaşında –mən Çanaqqalada 

əsgər ikən- anasından ayrılmış, kimsəsiz qalmış yeganə övladım Səniha Ceyda adlı 

qızım on beşinci baharında Allahın dərgahına üz tutdu. O uşaq ki, zəmanəmizin 

hər cür incəliklərinə baxmayaraq ruhi əsalətini mühafizə, atalıq haqqını layiqilə 

icra etmiş və etməyə çalışmışdı. Tərbiyəsi əsalətinin, əsaləti Yaradanın bəxş etdiyi bir 

seçilmiş istedad idi. “Övlad ki dedin qəziyyə məlum”. Həzrəti Yaqubu gözdən etmiş, 

Həzrəti Nuhu ilahi tənbehlərə məzhər qılmış, həzrəti fəxri-aləmin ruhunu yüksəklərə 

hicrətə məcbur qoymuşdu. Təbii ki, vicdanımın yeganə yadigarı olan bu qızcığaz hər 

cür proqramımı yerlə bir etdi. Yazacağımı düşünəməz, düşündüyümü ifadə edəməz 

bir hala gətirdi. Bu gecə ki, 8 iyul 1929-cu il tarixinə təsadüf etmiş bazarertəsi 

gecəsidir. Övladımın adını yaşatmaq ümidilə vicdanımı təsəlli etmək üçün yenə bu 

kitabı yazmağa başladım. Əsasən dünyada mənə bundan başqa da övlad olacaq bir 

şeyim qalmadı. Övladım haqqında nə desəm, əlbəttə, yersiz olmaz, çünki bu kitab 

yaşadıqca övladım yaşayacaq, övladım yaşadıqca əbədi dünyada ruhum şad ola caq-

dır. Bir fəqirə bundan artıq xoşbəxtlik düşə bilməz. 1330-cu ilin məhsulu olan bu 

ciyərparəm, anasını ispan qripi adlanan o məlun xəstəliyin istilası, I Dünya müha-

ri bəsinin ən böhranlı səfalət dolu zamanlarında itirmiş idi. Çanaqqalanın ələmli 

hicranı ilə İstanbula gəldiyimdə aldığım ilk xəbər altı aylıq həyat rəfiqəmi dörd il 

sonra itirmiş olduğum ilk məktub oldu. Kimə nə deyim? Fələklə kiçik yaşlarımdan 

bəri dostluğum vardır. Min müşküllə tərxis vəsiqəsini alar-almaz hərəkət etdim. 

Uşağı məsum bir halda tapdım. O səbəbdən, ata-bala on bir ildir məhrumiyyətlər 

içərisində yaşamaqda idik. Sıxıntılı deyil, rahat bir nəcib vəziyyəti mühafizə edən 

övladım 12 aprel 1929-cu ilin şənbə günü kiçik bir xəstəliklə yatağa düşdü. Öv-

lad şəfqəti hər işdən üstün olduğundan müalicəsi üçün hər şeyə müraciət etdim. 

Həkim lərin göstərdiyi diqqət və yardımlarını şükranla qeyd edirəm. Ən böyük əlaqə 

və yardımı göstərdilər. Buna baxmayaraq zəhmət haqlarını belə çox vaxt almadılar. 

Gündə iki dəfə gəldikləri çox oldu. Amasiyamızın nəcib xalqının əksərisi maddi, 

mənəvi hər cür yardıma qoşdular. 

Səhiyyə məmuru Əli əfəndi adlı pak yaradılışlı o əsil uşaq bir qulun Mövlasına 

edə biləcəyi bir xidmət qədər yararlıq göstərdi. Həmşəhərlilərimizin əsilzadələrindən 

Miralayzadə Həmdi bəy bir ata, baba şəfqəti göstərdi. Ta əvvəldən bütün işlərimdə 

lazımi dəstəkdən geri qalmayan Dəvəçili Hacı Mustafazadə Səhiyyə baş katibi Hacı Əli 

əfəndi hər xidmətini uşağa yönəltdi. Səhiyyənin möhtərəm müdiri Mühərrəm Nüzhət 

bəylə xəstəxananın Daxili xəstəliklər şöbəsinin mütəxəssisi Raqıb bəyin səyləri və 


188     

H Ü M A Y İ - Ə R Ş



dəstəyi, həqiqətən, təşəkkürə layiq bir dərəcədə idi. Əmioğlularından Taha Əfəndizadə 

Yümni və həmşəhərlilərimdən Hacı Vəli Əfəndizadə Mustafa əfəndilərin ən mühüm 

xüsuslarda çox təcili xidmətləri, əlbəttə, minnətdarlığa səbəb olurdu. Övladım üçün 

böyük bir vicdani minnətdarlıq altına girməyə məcbur qaldım. Həqiqətən, sevənlərimin 

və dostlarımın sayını balamın fəlakətilə anladım. Həmd olsun, düşmənim yox imiş. 

Hamısı dostum imiş. Fəqət fələk həzrətləri təbii şərtini icra etməkdən əl çəkmədi. 

Qohumların və yaxınların göstərdiyi diqqəti qeyd etməyə ehtiyac yoxdur. Bunları say-

maqda məqsədim bu qədər diqqət və cəhd bir yıxılmış könlü bərpa etməyə səbəb olmadı. 

21 zilqadə 1347-ci il, 1 may 1345 – 1929-cu il çərşənbə günü atasının evini yıxaraq 

dünyadan köçdü. Ah yavrucuq

92



Kürəkən Dağıstani Əli Əfəndizadə Məhəmməd əfəndi cənazə məsrəfini öh də-

sinə aldı. Mələkxislət ustadım Xoca Bəhaəddin əfəndi həzrətləri namazını qıldırdı. 

“İffətli xanımların baş tacı, kainatın sevinci olan şəhidə məsumə Sənihanı necə 

bilirsiniz” deyə etdiyi təzkiyəsi hər daşqəlblini ağladacaq bir mahiyyətdə idi. Məzarına 

xidmət edən yenə alicənab dostlar olmaqla bərabər Oltu əşrafından Mədəd Ağazadə 

Əhməd əfəndi də aralarında idi. Təlqin ustadı-kamil tərəfindən icra edilərək vic-

danımın nurunu torpaqlarla örtmək bədbəxtliyi də mənə düşdü. Ah ölüm. Övlad 

acısı ciyər dağlayar.

Övladımın xəstəliyindən on gün əvvəl özünün əl yazısı ilə –can tilsimi kimi 

saxlayıb özümlə məzara aparacağım- yazdığı bir vəsiyyətnaməsi əlimə keçdi. Nənəsinə 

xitabən yazır: Nigarın qızı Səniha. Nənə Sənihanı incitməyə qoyma, inşallah yaxında 

92

  ﻦﺟﺪﻟﺍ ﻦﻣ ﺱﻮﺒﻋ ﻻﺇ ﻲﻧﺩﺎﺟ ﻼﻓ * * * ﻥﺰﻤﻟﺍ ﻚﺣﺎﺿ ﻰﻠﻋ ﻰﺘﺣ ﺎﺿﺮﻟﺍ ﺖﻤﻘﻧ



ﻦﺳ ﻼﺑ ﻰﻣﺪﺗ ءﻼﺠﻨﻟﺍ ﺔﻨﻌﻄﻟﺍ ﻢﻓ * * * ﻲﻤﺴﺒﺗ ﻲﻨﺳ ﻡﺎﺷ ﺫﺇ ﻲﻤﻓ ﺖﻴﻠﻓ

ﻦﻌَﻄﻟﺍ ﻰﻠﻋ ﺕﺍﺭﺩﺎﻗ ﺎﻳﺎﻨﻤﻟﺍ ﺡﺎﻣﺭ * * * ﻝﺰﺗ ﻢﻟﻭ ﻲﻟﺎﻴﻠﻟﺍ ﻪﻴﻓ ﺖﻤﻜﺣ ﻲﺑﺃ

ﻥﺩﺮﻟﺍﻭ ﻞﻳﺬﻟﺍﻭ ﺐﻴﺠﻟﺍﻭ ﻰﻨﻤﻟﺍ ﺪﻬﺳﻭ * * * ﻯﺮﻜﻟﺍﻭ ﺲﻔﻨﻟﺍﻭ ﻥﺎﻤﺜﺠﻟﺍ ﺮﻫﺎﻅ ﻰﻀﻣ

ﻦﺸﺨﻟﺍ ﻚﻟﺩﺎﻨﺟ ﻦﻣ ﻩﺁﻭ ﻪﻴﻠﻋ * * * ًﺎﻨﻴﻟ ﻚﺑﺍﺮﺗ ﻦﻣ ﻩﺍﻭ ﺮﺒﻗ ﺎﻴﻓ

ﻥﺰﺨﻟﺎﺑ ﺔﻘﻴﻘﺤﻟﺍ ﺪﺠﻤﻟﺍ ﺓﺆﻟﺆﻠﺑ * * * ﻆﻔﺘﺣﺎﻓ ﺓﺭﺎﺤﻤﻟﺍ ﻕﺎﺒﻁﺇ ﺖﻘﺒﻁﻷ

ّﻦﻘﻟﺍ ﻙﺪﺒﻋ ﻞﺑ ﻉﻮﺠﻔﻤﻟﺍ ﻚﻨﺑﺍ ءﺍﺪﻧ * * * ﻊﻣﺎﺳ ﻚﺴﻣﺭ  ُﺖﻳﺩﺎﻧ ﻥﺇ ﺖﻧﺃ ﻞﻬﻓ

ﻲﻨﻋﺃ ﻱﺬﻟﺍ ﺪﺿ ﻪﻴﻨﻌﻳ ﺎﻣ ﻥﺎﻛ ﻥﺇﻭ * * * ﺔﺠﻬﺑ ءﺎﻗﺭﻭ ﻦﺑﺍ ﻰﱠﻨﻏ ﺍﺫﺇ ﻲﻜﺑﺄﺳ

ﻦﺤﻠﻟﺍ ﻦﻣ ءﻱﺮﺒﻟﺍ ﻦﺤﻠﻟﺎﺑ ﺩﺮﻐﺗ * * * ﺔﻨﻴﻗ ﻞﻛ ﻲﻌﻤﺴﻣ ﻲﻓ ٌﺔﺑﺩﺎﻧﻭ



ﻥﺰﺤﻟﺍ ﻰﻟﺇ ًﺎﻘﻳﺮﻁ ﻚﻠﺳﺃ ﻢﻟ ﻚﻘﻟﺃﻭ * * * ﺖﻣﺃ ﻥﺈﻓ ًﺎﻴﺣ ﻥﺰﺤﻟﺍ ﻚﻴﻓ ﻞﻤﺣﺃﻭ

[Əbül-Əla Əl-Məərrinin qəsidəsidir.

Yağışın yağması belə qəlbimi şad edib, məni güldürmür,

Mənə yalnız qaşqabaq və kədər verir.

Kaş ki ağzım dişlərimdən təbəssüm umacağına 

Tənəli ağzım dişsiz də qan tökəydi.

Qədər atama hökm etdi, o, istədiyi kimi yaşamadı,

Ölümün oxları hələ də yaralayıcıdır.

Vücudu, nəfsi, röyası tahir idi,

Özündən sonra bizə yalnız xeyir qoydu getdi.

Ah, ey qəbir, ona (atama) qarşı yumuşaq ol,

Vah qəbrin üstündəki sərt daşlar.

Ey qəbir, sənin istridyə kimi qaplayıb

Hüznlə qoruduğun həqiqi, şanlı bir incidir.

Ey ata, qəbirdə mənim səsimi eşidirsənmi?

Kədərli oğlunun, bu kölənin nidasını?

(Şair) İbn Varqa sevinclə tərənnüm etsə, oxusa da,

Onun demək istədiyi mənim anladığımdan fərqli olduğu üçün

Nəzərimdə ağıçı qadının bərbad səsi ilə eyni təsirə malik olur.

Həyatda ikən sənin hüznünü daşıyıram,

Yalnız öldükdən sonra qovuşduğumuzda hüznüm yox olacaq]. 


Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə