1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə181/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   173   174   175   176   177   178   179   180   181

488     

H Ü M A Y İ - Ə R Ş

12 mart 1937 tarixində gələn məktubdan:

Həsrətilə tərk edüb getdi bizi,

Ey əzizim, əl-firaq, ah əl-firaq.

İftiraqın narın yaxdı bizi, 

Ey əzizim, əl-firaq, ah əl-firaq.

Dəvətullaha etdin imtisal,

Əl-hökmü lillahil-kəbiril-mütəal.

Neyləyim, biz zəif və bi-məcal,

Ey əzizim, əl-firaq, ah əl-firaq.

Aşiqə pərdeyi-hicab imiş cihan,

Sirri-təsərrüfatıdır kövnü məkan.

Cənnətül-məvayı qıldın aşiyan,

Ey əzizim, əl-firaq, ah əl-firaq.

Əmri-Haqq irdi ona yoxdur səbil,

“Küllü şeyin halikun” dedi cəlil.

Əmri-Bariyə gərək səbri-cəmil,

Ey əzizim, əl-firaq, ah əl-firaq.

Köçdü şeyxim Şeyx Həmzə vəli,

Arif mücrimi yetim etdi vəli.

Tiği-həsrət çak edüb canü dili,

Ey əzizim, əl-firaq, ah əl-firaq. 

ﺪﻨﻨﮑﻴﻣ ﺪﺠﺴﻣ ﻢﻴﻈﻌﺗ ﻥﺎﻬﻠﺑﺍ

ﺪﻨﻨﮑﻴﻣ ﺪﺟ ﻝﺩ ﻞﻫﺍ ﺏﺍﺮﺧ ﺭﺩ

ﻥﺍﺮﺧ یﺍ ﺖﻘﻴﻘﺣ ﻦﻳﺍ ﺖﺳﺍ ﺯﺎﺠﻣ ﻥﺁ

ﻥﺍﺭﻭﺮﺳ ﻥﻭﺭﺩ ﺰﺟ ﺪﺠﺴﻣ ﺖﺴﻴﻧ

ﺖﺳﺎﻴﻟﻭﺍ ﻥﻭﺭﺪﻧﺍ ﻥﺎﮐ یﺪﺠﺴﻣ

ﺖﺳﺍﺪﺧ ﺎﺠﻧﺁ ﺖﺳﺍ ﻪﻠﻤﺟ ﺎﻫﺎﮔﺪﺠﺳ

[Axmaqlar məscidi ucaldar və ona təzim edər, amma 

Könül əhli xarabatda səy edər

Halbuki, o məcazidir, ay ulaqlar, bu həqiqət. 

Sərvərlərin könüllərindən başqa məscid yoxdur.

Övliyaların könülləri olan məscid



H Ü M A Y İ - Ə R Ş

    489

Hamının səcdəgahıdır, Xuda da oradadır.

Mövlanə Cəlaləddin Rumi, Məsnəvi ]

ﺖﺳﺎﻔﺻ ﻝﺩﺭﺪﻧﺍ ﻪﻈﺤﻟ ﺮﻫ ﻡﺭﺪﻴﺣ ﺮﻬﻣ ﺯﺍ ﻦﻣ

ﺖﺳﺎﻤﻨﻫﺍﺭ ﻡﺎﻣﺍ ﺍﺭﺎﻣ ﻦﺴﺣ ﺭﺪﻴﺣ ﯽﭘ ﺯﺍ

 [Mən Heydərə aşiqəm, qəlbim həmişə səfadadır,

Heydərdən sonra mənim rəhnümam (yolgöstərənim) Həsəndir.

ﻦﺴﺤﻟﺍ ﻮﺑ ﻥﺎﺘﺳﺁ ﺮﺑ ﻡﺍ ﻩﺩﺎﺘﻓﺍ ﺐﻠﮐﻮﺠﻤﻫ

ﺐﺳﺎﻴﺗﻮﺗ ﻢﺸﺟ ﻭﺩ ﺮﻫ ﺮﺑ ﻦﻴﺴﺣ ﻦﻴﻠﻌﻧ کﺎﺧ

Əbül-Həsənin qapısında hər zaman köpək olaram,

Hüseynin ayağının tozu hər iki gözümə mərhəmdir.

ﻢﻨﺷﻭﺭ ﻢﺸﺟ ﻭﺩ ﺮﻗﺎﺑ ﻭ ﺮﺳ ﺝﺎﺗ ﻦﻳﺪﺑﺁ

ﺖﺳﺍﻭﺭ ﯽﺳﻮﻣ ﺐﻫﺰﻣ ﻭ ﺖﺴﻘﺣ ﺮﺑ ﺮﻔﻌﺟ ﻦﻳﺩ

Abidin başım tacı, Baqir gözlərim nurudur,

Cəfərin dini haqdır, Musanın yolu doğrudur.

ﻮﻨﺷ ﺍﺭ ﻥﺎﺳﺍﺮﺧ ﻥﺎﻄﻠﺳ ﻒﺻﻭ ﯽﻟﺍﻮﻣ یﺍ

ﺍﻭﺩ ﺍﺭ ﻥﺍﺪﻨﻣﺩﺭﺩ ﺵﺮﺒﻗ کﺎﺧ ﺯﺍ ی ﻩﺭﺫ

Ey dost, Xorasan sultanının vəsfini dinlə,

Qəbrindən bir zərrə belə dərdlilərə dəvadır.

ﯽﻘﺗ ﻥﺎﻧﺎﻤﻠﺴﻣ یﺍ ﺖﺳﺍ ﻥﺎﻨﻣﺆﻣ یﺍﻮﺸﭘ

ﺖﺳﺍﻭﺭ ﺐﻫﺰﻣ ﻪﻤﻫ ﺮﺑ یﺭﺍﺩ ﺖﺳﻭﺩ ﺍﺭ ﯽﻘﻧ ﺮﮔ

Təqidir, ey müsəlmanlar, möminlərin rəhbəri, 

Nəqini sevsən, bil ki, hər məzhəb rəvadır.

ﺖﺴﻣﺩﺁ ﻭ ﺖﺳﺍ ﻢﻟﺎﻋ ﻢﺸﺟ ﻭﺩ ﺭﻮﻧ یﺮﮑﺴﻋ

ﺖﺳﺎﺠﮐ ﻢﻟﺎﻋ ﺭﺩ ﺎﻬﭙﺳ یﺪﻬﻣ ﮏﻳ ﻮﺠﻤﻫ

Aləmin də, Adəmin də iki gözüdür Əsgər,

Mehdi dünyaya gəlsə, görən aləm hara gedər.

ﺏﺮﻋ ﻩﺎﺸﻨﻫﺎﺷ ﻥﺁ ﻪﺘﻓﺮﮔ ﺮﺒﻴﺧ ی ﻪﻌﻠﻗ

ﺖﺳﺎﺘﻓ ﻻﺍ ی ﻪﻣﺎﻧ ﺭﺪﻴﺣ ی ﻭﺯﺎﺑ ﺭﺩ ﻪﮐ ﻥﺁ ﺯ

Xeybər qalasını aldı ol şahənşahi-ərəb,

Çünki Heydərin gücündə İllafəta naməsi vardır.

ﺪﻧﺍ ﻪﺘﻔﮔ ﺎﻬﻨﺨﺳ ﺭﺯ ﻭ ﻢﻴﺳ ﺮﺤﺑ ﺯﺍ ﻥﺍﺮﻋﺎﺷ

ﺖﺳﺎﻴﻟﻭﺍ ﻩﺎﺷ ﺹﺎﺧ ﻡﻼﻏ ﻊﻣﺎﺟ ﺪﻤﺣﺍ

Şairlər gümüş və qızıl dənizindən kəlimələr söylər,

Əhməd Cami Şahi-Övliyanın xas quludur]

Bir həqiqət Misrinin Yusifi-Kənanını,

Rişteyi-əqval edüb sirri-hikmət söylədim.

Nəxli-eşqi etmək şöləyi-pünhanını,

Xariqə əfşan edüp sirri-vəhdət söylədim.



490     

H Ü M A Y İ - Ə R Ş

Lən tərani rəmzinin nüktəyi-fürqanını,

Cilveyi-Tura baxıb sirri-rüyət söylədim.

Rəhnəvərd zülmətə çağırır irfanını,

Göstərib bəhrində bin sirri-qürbət söylədim.

Gülfəşani-rəhmətin buyi-üveysanını,

Zülfi-Əhməddən alub səri-nisbət söylədim,



Baği-arami-Rəhman alıb sirri-nisbət söylədim.

Həp kitabı-əqdəsin məğzi-heyrət şanını,

Topladım bir nöqtədə sirri-heyrət söylədim.

Bir simayı-ənvərin mehri-dirəxşanını,

Taqi-ərşdən parladub sirri-qüdrət söylədim.

Razı-aləm aşina, piri-hikmət dananı,

Fəxri, göstərdim bütün sirri-himmət söylədim.



H Ü M A Y İ - Ə R Ş

    491

 Tənqidlərdən qaynaqlanan yekun 

nəticəni zəruri edən son mülahizə

254


Bu kitabı yazdıqdan sonra Həzrəti Pirin xüsusi və ümumi həyatına daha 

yaxşı bələd olan alimlərdən Amasiya müftisü kamil hafiz və təsəvvüfdən 

tam bəhrələnmiş olması və mükəmməl vüqufu ilə seçilən Xoca Bəhaəddin 

əfəndi həzrətlərinə, həmçinin Həzrəti Piri görüb-eşidən və haqlarında 

özlərinə görə məlumatı olan ona yaxın zatlara verdim. Və bunu yaxşıca 

mütaliə edərək lazım gələn tənqidlərin edilməsini rica etdim. Təəssüf ki, 

heç bir kimsə istər kəlmə və məna, istərsə sair xüsusa aid müsbət, mənfi bir 

tənqid etmədi. Ancaq rəvayətlərin bəzilərində vaqe nöqsan və bəzilərinin 

yanlış qismləri Xoca Bəhaəddin əfəndi həzrətləri tərəfindən göstərildi. 

İftixarla - o göstərilən xətaların- həqiqətə uyğun olduğu üçün- ayrıca əlavə 

edilməsinə və bir xüsusi mövzu olaraq dərcinə -minnətdarlıqla- səy etdim. 

Bu həzrət tərəfindən göstərilən xətaları, ifadəsinin əsasını dəyişdirməməyə 

etina etmək şərtilə, eynən yazdım. Səhifə və sətir nömrələrini də -aid ol-

du ğu cəhətlər asanlıqla tapılsın deyə- göstərdim. Bununla belə, bu şərait 

dairəsində tamamlamağa müvəffəq olduğum bu kitabın bu surətlə hər 

cür ləkədən qorunması “mənim üçün” iftixar və şükranla qeydə layiqdir. 

Bunun üçün Cənab əhkamül-hakiminə minlərcə təşəkkür edər, dünya 

durduqca istifadə edib feyz alanların çoxluğunu, əlaqəli olaraq da əhli-

kamal və vicdanın xeyirli dualarına məzhər olmağımı İlahinin dərgahından 

dua və niyaz edərəm.  



Tənqid edilən məqamlar:         

(səhifə 31, sətir 13)  Şeyx İsmayıl Şirvaniyə əlaqədarlıq” ünvanı altında 

yazılan səhifədə İsmayıl Şirvani həzrətləri həyatda ikən Gümüşlüdə məşhur 

hücrələrin birində süluk edib Rusiyaya [Qarabağa] getmişdir. Həzrəti 

Mövlanənin vəfatından sonra Rusiyadan [Qarabağdan] təkrar geri qayıdıb 

Saraçxanə mədrəsəsində iqamətlə Saraçxanə camesində xətmi-xacəgan 

oxutduqları və inabət-dərvişlik təlim eylədikləri səhih rəvayətlərdəndir. 



(səhifə 186, sətir 4) Lütfiyə xanımla izdivac və zifaf Hacı İsa əfəndinin 

evində vaqe olmuşdur. 



(səhifə 84, sətir 9) Ərzurumdan qayıdışda Amasiyanın məşhur alim lə-

rindən Kazzazzadə Hacı Əhməd əfəndi həzrətləri də bərabərdir. 



(səhifə 93, sətir 5) Amasiyaya qayıtdığı zaman Taşabadi Mustafa əfəndi 

həzrətləri Ərzurumda qalmış və sonradan ona xilafət göndərilmişdir. 



(səhifə 93, sətir 15) Hacı Əli paşanın malikanəsində bir neçə il iqa-

mətlə hicri min iki yüz səksən yedinci ildə Merzifona havasını dəyişmək 

məqsədilə səfər etmişdir. Altı ay iqamətdən sonra yenə qayıdaraq adı çə-

ki lən evdə iqamət etmişdir. Rüşdü paşa həzrətləri bu evə təşrif etmiş və 

o ilin baharında Merzifona gedilməyib Çakallı bağlarında Sübyəci Xəlil 

əfəndinin köşkünü icarə etmişlər və Rüşdü paşa həzrətləri bu köşkə təşrif 

etmişdir. 

254


 Kitabın tərtibinə görə bu hissənin bura alınması münasib gürüldü.(MR)


492     

H Ü M A Y İ - Ə R Ş



(səhifə 100, sətir 16) Xədicə xanımla izdivac Əli paşanın mülkündə 

baş vermişdir. 



(səhifə 173, sətir 20) Təyyar Bəy Rüşdü paşa həzrətləri Amasiyada 

ikən, İstanbulda imiş. Rüşdü paşa həzrətlərinin sədrəzəm olmasından 

sonra Siğirt sancağına mütəsərrif olaraq göndərilmiş. İstanbuldan gəlişində 

Həzrəti Pir Barsamın evində imiş. Bir neçə gün müsafir qalmışdır. Təyyar 

bəy, Rüşdü paşanın İstanbuldan Amasiyaya sürgünü zamanı deyil, Hələb 

və Hicaz məmurluqlarında İstanbuldan uzaqlaşdırıldıqdan sonra Siğirt 

mütəsərrifliyindən uzaqlaşdırılmışdır. Belə fısıltı kimi hallar –yəni Rüşdü 

paşa həzrətlərilə Həzrəti Pir arasında- baş verməmişdir. 



(səhifə 198, sətir 13) Mor Əli Babanın ziyarəti Həzrəti Pir Əli paşanın 

evində iqamət etdiyi zaman vaqe olmuşdur. 



(səhifə 199, sətir 16) Qazi və Mustafa əfəndilər həzrətlərini danlama 

Həzrəti Pirin Uzunyolda Şərif Hafizin evində iqamət etdiyi zaman vaqe 

olmuşdur. 

(səhifə 204, sətir 16) Qazi Məhəmməd paşa həzrətləri Həzrəti Pirin 

Hacı Nəcibə xanımın mülkündə iqamət etdiyi zaman gəlmiş və bu evdə 

müsafir qalmışdır. 

(səhifə 315, sətir 1) Kavakda bir gecə yatılmışdır. 

(səhifə 317, sətir 8) Xoca Mustafa əfəndi -xəlifə- həzrətləri də ayrıca 

beş lirə öz yanından vermişdir. 



(səhifə 319, sətir 4) Bir dəfə Şam valisi İzzət paşa həzrətləri də ziyarətə 

gəlmişdir. Fəqət bu zatın haralı və kimlərdən olduğu məlum deyildir. 



(səhifə 346, sətir 16) İstanbulda xəlifeyi-kiramdan Poslu Xoca da həbs 

edimişdir. 



(səhifə 361, sətir 1) Amasiyadan o gün Cəlada qədər gedilməmiş. 

Əzinəpazar nahiyəsinə yaxın Rusiya [Azərbaycan] mühacirlərinin yaşadığı 

və Kömürcü Məhəmmədin olduğu kənddə Məhəmmədin evində qonaq 

qalınmış və ertəsi səhər hərəkətlə Cəlada qədər getmişlər. 



(səhifə 361, sətir 10) Xarputa bərabər gedənlər arasında Dəhnəli 

Cəlal əfəndi, Lənbəranlı Molla Məhəmməd, Həsənqalalı Şalvarıböyük 

oğullarından İbrahim ağa oğlu Mustafa da varmış. 

(səhifə 364, sətir 13) Alacaxan, Həsən Çələbidən əvvəl yazılacaqdır. 

(səhifə 370, sətir 18) Bu Ramazanda Poslu Mahmud əfəndi həzrətləri 

“Məsnəviyi-Şərif ”dən vəz etmiş və Qubalı Dəli Hafiz camedə müqabilə 

oxumuşdur. 

(səhifə 375, sətir 17) Sufi Xoca Kırşəhrinə sürgün edilmiş və Kırşəhrinə 

gedib sərbəst buraxıldıqdan sonra özbaşına Xarputa getmişdir. 



(səhifə 392, sətir 15) Gözəl qoxunu rəvayət edən erməninin adı 

bıçaqçılıq edən Bıçaqçı Qaraqdır. 

Müta liə əsnasında bu işarətlərə təsadüf edildiyində açılıb baxılması 

möh  tə rəm oxuyuculardan xahiş edilir. 

102-ci səhifədə Rüşdü paşa həzrətlərinin səhifəsinə əlavə ediləcək 

qeyd lərdən 




H Ü M A Y İ - Ə R Ş

    493

Ravi – Razi bəyin oğlu. 

Rəvayət etdiyi yer - Ankara otelində 10 nömrəli otaqda. 

Rəvayət etdiyi tarix - 15/19/946 

Razi bəyə rəvayət edən zat – Ziya paşanın tərci və tərkib-bəndinə nə-

zirə yapmış olan şair, hafiz, alim, arif, Antakya müftisü ikən 1313-cü ildə 

vəfat edən Hacı Yəhya əfəndi həzrətlərinin oğlu, atasından nəqlən, Hacı 

Mehmed Adalı əfəndi Hacı Yəhya əfəndi həzrətləri demişlər ki: “Bu zat 

Rüşdü paşa həzrətlərinin Hicaz valiliyində bərabər olmuşdur”.

Hicazda Rüşdü paşa ilə birlikdə hədis oxumuş. Hacı Yəhya əfəndi 

mərhumun şəxsən müşahidəsinə və anlatdığına görə:

“Rüşdü paşa mərhum kimi xeyli dindar və üsuli-dinə riayət və 

təzim də lazımi şəkildə əlaqədar bir zat yox imiş. Hətta, o dərəcədə ki, 

hədisi-şərif oxuyarkən iki saata yaxın davam edən tədris əsnasında diz-

lərini qətiyyən açmaz və bu surətlə təzim ədəbinə ifrat dərəcədə diqqət 

göstərirmiş. Bir dəfə ustadının nəzərini çəkən bu hal üzərinə: (dərsi bir 

az buraxaraq)

- Bir az rahat oturunuz, demiş. Cavabında:

- Əfəndim, oxuduğumuz dərsin heysiyyəti-mənəviyyəsi, başqa cür 

vəziyyət və tövrlə hüzurda oturmağıma mane təşkil etməkdədir. 



 25 aprel 1928-ci il, 1345 bazar gecəsi.  

Şeyx Fəzlullah əl-Qadiri əl-Mücəddidi əs-Sivasi adı ilə məşhurlaşmaq 

istəyən əleyhdara qarşı yazdığım cavabnaməni aşağıdakı şəkildə dərc edi-

rəm. Nizamsız isə də bununla sükut yolunu seçməyə məcbur qalan Həzrəti 

Pirin əleyhdarlarının elmi-irfani bəhrələrini göstərmək üçün yaxşı bir 

sənəddir. 

Buna əsasən, əsrlər tarixə qarışdıqca hər əsrin doğuracağı bir həqiqətə 

səbəb olar ümidilə eynən yazmağı münasib hesab etdim. Ədəbi qiyməti 

olmadığını çox yaxşı anlamışlardanam. Elmisi də o nisbətdədir. Yalnız uşaq-

lığım zamanına təsadüf edən bir əsərim –bir şey hökmündə olmasa da- bir 

arada olmasını hər kəs kimi mən də arzu etdim. Bununla belə, Həzrəti 

Pirin fikirləri ilə əlaqədar və bu dedi-qodu o zatın şəxsi münasibətilə mey-

dana gəlmiş olduğundan ayrıca səbəb təşkil etdi. Mən də ayrıca bu kitaba 

əlavə etdim. Nəfəs sahibi olan möhtərəm zatların dualarını rica edirəm. 

Sevdiklərinin hörmətinə bu himməti bu günahkardan və çox sevdiyi və 

ayrıldığı Sənihasından əsirgəməsinlər. Çünki bu kitab qismən qızımın 

yoxluğu ilə məni məşğul etmiş, daha doğrusu, bu əsər əbədi övladım 

olmuşdur. Bu sətirlərlə həqiqi bacısından sonra dünyaya gəlmiş bu yeni 

doğulmuş körpə hər zaman onu yad etdirəcəkdir. Xüsusi qismində yaz-

mış olduğum vəchlə bu qırıq-dökük mənzumə məcmuəsinin adını “Əl-

fikrul-istiqlal li-mən yühibbul-al” (Əhli-beyti sevənlər üçün istiqlal fikri) 

qoymuşdum. Kitabın üst tərəfinə “Biz xaki-payi-Heydəri-Kərrarlarız; Yəni 

ki, laini-ibni-cigər-xorlarız” deyə yazmışdım. İçərisi eynən aşağıda yazıldığı 

kimidir. 




494     

H Ü M A Y İ - Ə R Ş

 Bismilləhir-rahmənir-rahim

  



Tənqid edirmiş bizləri bir qaç naqis, 

Müqəyyəd olmadıq zira: in təhmil aleyhi yəlhəs.

Eylədik ziri-bəğal seyfi-qələmi gərçi,

Susmadı ol məsduq əv tətrukhu yəlhəs.

Mümkünmü edə xilqəti-əvvəldə ki əksin 

Qul küllün diyor Allah, bu deyil, əlbəttə, əbəs.

Biz-zərur gərdişi-əyyama baxıb tirimizi 

Çəkəlim, ta görə şiri -Xudazədəyi, əxbəs.

Biziz, ol zadəyi-məzhəri-ləvlakə, ləvlak, 

Sizsiniz, ol məzhəri-lənəti-sübhan bəs.

Gördümü dövr olalı şanı-Aliyi tarix,

Dinə etdimi xidmət ondan əla bir kəs.

Görmüşmü cahan ta xəlq olalı aləmdə 

Şiri-Yəzdan kimi ali ruhu-müqəddəs.

Edərək bəhsi dönəlim şəriət sözünə, 

Anlasın xalq bütün qalmaya məstur bir səs.

Əmri-peyğəmbərimi eyləyəlim məbdə bəhsə, 

Vəhyi-münzildənmi edəlim ta ola ənfəs.

Yoxsa adatına əshabın olalım peyrəv, 

Ağılla istəsən əgər oluruz onda da əbhas.

Baytarlıq müdiri Vəhbi Ərdər bəyin məktubudur

Möhtərəm Mustafa bəy qardaşıma,

Kitabınızı başdan-aşağı oxudum. Mən də özümə görə müstəfiz (feyz 

almış) oldum, həzlə bitirdim, təşəkkür edirəm. Səyinizə, səylərinizə tə şək-

kür olsun. Bu və bənzəri vadidə himmətə müvəffəqiyyətlərinizi, nəşə və 

afiyətlərinizi diləyirəm, əziz qardaşım.

Baytarlıq müdiri

İmza

30/6/1961 



Kitab və tətimmatı bərabərdir, əfəndim.

Bilmərəm, bu kitabı nə vaxt çap və nəşrə müvəffəq olacaqsınız. Tez 

müvəffəq olmanızı və ancaq bir daha həddeyi-tədqiqimdən keçirərək daha 

müntəzəm bir şəkildə tədvinən sahəyi-intişara çıxarmanızı ürəkdən, aci-

zanə şəkildə diləyirəm, əfəndim.

A.Tə



H Ü M A Y İ - Ə R Ş

    495

Amasiyanın Cərcürüm qışlalarında kain 56-cı alayda ehtiyat zabiti 

olaraq əsgərliyik keçən və anası Mosul vilayətinə tabe Ərbil qəzasından 

Doğramaçızadələr namıyla məşhur ailədən olan gənc dostum bu kitabı 

oxu maq üzrə almışdı. Kitabı geri qaytaranda arasına bu hilyəyi-şərifəni 

qoydu. Mən də təbərrükən açıq olan bu səhifəyə yapışdırdım. Cənabı-

Haqq bu hilyəyi-şərifədə namı-namiyi-rəhmət nisariləri olan şəfii-ruzi-cəza 

əfən dilərimizin xidmətinə bizləri rəhmət və atifəti-sübhaniyyəyə məzhər 

buyursun.

Çərşəmbə 8 məhərrəmül-haram il 1368   

12 teşrini-əvvəl 1364 

3 teşrini-sani 1948   

Əlyazmanın 574-601 səhifələrinin burada şəkilləri dərc edildi.   

12 imamın mübarək 

adlarının yazılı 

 olduğu lövhə



496     

H Ü M A Y İ - Ə R Ş

XATİMƏ DUASI

ﺮﻣﻷﺍ ﻥﺎﻛ ﺍﺫﺇ ﺐﺟﺍﻮﻟﺍ ﻱﺩﺆﻳ ﻥﺃ ﻖﺣﻷﺎﻓ ﻲﻓﻼﺳﻷ ﻭ ﻲﺴﻔﻨﻟ ءﺎﻋﺪﻟﺎﺑ ﻢﺘﺘﺧﺃ ﻥﺃ ﻲﻟ ﺐﺟﺍﻮﻟﺎﻓ 

ﺎﻳ ﺎﻨﺑﺭ ﺎﻤﻬﻠﻟﺍ ﷲ ءﺎﻴﻟﻭﺃ ﺱﺎﻔﻧﺄﺑ ﺍﺪﻨﺘﺴﻣ ﻭ ﷲ ﻝﻮﺳﺭ ﺔﻴﻧﺎﺣﻭﺭ ﻦﻣ ﺍﺪﻤﺘﺴﻣ ﻭ  ﺎﺑ ﺎﻨﻴﻌﺘﺴﻣ ﻝﻮﻗﺄﻓ ﻚﻟﺍﺬﻛ 

ﺎﻨﺑﺭ ﻰﻟﺇ ﺬﺨﺗﺍ ءﺎﺷ ﻦﻤﻓ ﺓﺮﻛﺬﺗ ﻪﻧﻷ ﻙﺪﻨﻋ ﻦﻣ ﺔﻤﺣﺭ ﻭ ﻼﻴﻤﺟ ﺍﺮﺟﺃ ﺓﺮﻛﺬﺘﻟﺍ ﻩﺬﻫ ﻢﺘﺧ ﻲﻨﻣ ﻞﺒﻘﺗ ﺎﻨﺑﺭ 

ﺔﻤﺣﺮﻟﺍ ﻝﺰﻨﺗ ﻦﻴﺤﻟﺎﺼﻟﺍ ﺮﻛﺫ ﺪﻨﻋ ﻞﻴﻗ ﺎﻤﻛ ﻚﺘﻤﺣﺭ ّﻲﻟﺍ ﻝﺰﻧﺍ ﻭ ﻚﺋﺎﻴﻟﻭﺃ ﺭﺎﺒﺧﺇ ﻲﻨﻣ ﻦﺴﺣﺍ ﻭ ﻼﻴﺒﺳ 

ﻲﺗﻻﺎﺧ ﻭ ﻲﻟﺍﻮﺧﺃ ﻭ ﻲﺗﺎﻤﻋ ﻭ ﻲﻣﺎﻤﻋﺃ ﻭ ﻲﺗﺍﺪﺟ ﻭ ﻱﺩﺍﺪﺟﺃ ﻭ ﻲﺗﺎﻬﻣﺃ ﻭ ﻲﺋﺎﺑﺁ ﻆﻔﺣﺍ ﻭ ﻲﻧﺬﻋﺍ ﻢﻬﻠﻟﺍ 

ﻭ ﺮﺒﻘﻟﺍ ﺏﺍﺬﻋ ﻭ ﻥﺎﻤﻳﻻﺍ ﻒﻌﺿ ﻭ ﻥﺎﻄﻴﺸﻟﺍ ﺮﻜﻣ ﻦﻣ ﻱﺩﻻﻭﺃ ﻭ ﻲﺟﺍﻭﺯﺃ ﻭ ﻲﺋﺎﻗﺪﺻﺃ ﻭ ﻲﺋﺎﺑﺮﻗﺃ ﻭ 

ﷲ ﻰﻠﺻ ﻰﺒﺘﺠﻤﻟﺍ ﺎﻨﻟﻮﺳﺭ ﻭ ﺎﻨﻴﺒﻧ ﺔﻣﺮﺤﺑﻭ ﻥﺍﺰﻴﻤﻟﺍ ﻲﻓ ﻥﺎﻴﺼﻌﻟﺍ ﺔﺒﻠﻏ ﻭ ﺮﺸﺤﻟﺍ ءﻼﻴﺘﺳﺍ ﻭ ﻥﺍﺮﻴﻨﻟﺍ 

ﺔﻣﺮﺤﺑ ﻭ ﻦﻴﻌﻤﺟﺃ ﻢﻬﻴﻠﻋ ﷲ ﺕﺍﻮﻠﺻ ﻦﻴﻠﺳﺮﻤﻟﺍ ﻭ ﺔﻜﺋﻼﻤﻟﺍ ﻭ ءﺎﻴﺒﻧﻷﺍ ﺔﻣﺮﺤﺑ ﻭ ﻢﻠﺳ ﻭ ﻪﻴﻠﻋ ﻰﻟﺎﻌﺗ 

ﻦﻴﻌﻤﺟﺃ ﻢﻬﻴﻠﻋ ﻰﻟﺎﻌﺗ ﷲ ﻥﺍﻮﺿﺭ ﻦﻴﻳﺪﻬﻤﻟﺍ ﺔﻤﺋﻷﺍ ﻭ ﻦﻳﺪﺷﺍﺮﻟﺍ ءﺎﻔﻠﺨﻟﺍ ﻭ ءﺄﻴﻟﻭﻻﺍ

Özüm və məndən sonra gələnlər üçün dua ilə bitirməliyəm. Doğrusu 

budur ki, belə olan təqdirdə vacib olanı yerinə yetirəsən. Allahdan yardım 

istəyərək, rəsulullahın ruhaniyyətindən mədəd umaraq, övliyaların nəfəs-

lərindən yardım diləyərək deyirəm:

 Allahım, ey Rəbbimiz, bu təzkirənin xitamını məndən qəbul et və gö-

zəl əcr və rəhmətinə müvəffəq et, çünki bu təzkirə ilə kim istəsə Allaha 

ya xınlaşa bilər. Məni övliyalar haqqında gözəl danışmağa müvəffəq et, 

rəhmətini endir, saleh kimsələri zikr edərkən rəhmət endiyi deyildiyi kimi. 

Allahım, məni, ata-anamı, babalarımı, nənələrimi, əmilərimi, bibilərimi, 

dayılarımı, xalalarımı, qohumlarımı, dostlarımı, zövcələrimi, övladlarımı 

şey tanın məkrindən, iman zəifliyindən, qəbir və cəhənnəm əzabından, həşr 

vahiməsindən, tərəzidə üsyanımızın üstünlüyündən, çoxluğundan qoru. 

Peyğəmbərimiz, rəsulumuz (s.ə.v) hörmətinə; bütün peyğəmbərlər, mələk-

lər və göndərilmiş peyğəmbərlər (s.ə.v) hörmətinə; övliyalar, raşidi xəlifələr, 

yolgöstərən imamlar (Allah onların hamısından razı olsun) hörmətinə. 

            



Əhli-beytin fəziləti ilə 

əlaqəli beytlərin yazılı 

olduğu xətt


ƏLYAZMADAN SƏHİFƏLƏR












Йыьылмаьа верилмишдир: 11.03.2015

Чапа имзаланмышдыр: 02.05.2015

Няшрин юлчцсц: 57х82 1/8

Физики чап вяряги: 63,5 

Сифариш: 075/15. Сайы: 500 ядяд.

Бакы, Az1122, Зярдаби пр. 78  /  Тел: 4977021

Faks: 4971295 / Е-почту: office@nurprint.com

НЯШРИЙЙАТ-ПОЛИГРАФИЙА МЯРКЯЗИ

Суьра ОСМАНОВА

Рауф КЯРИМЛИ

Фяхри ВЯЛИЙЕВ

Фярящ МЯММЯДОВА

Nяшриййат рedaktorу:

Техники редактор: 

Бядии редактор:

Дизайнер: 

Hümayi-  rş

Qarabağlı Şeyx Mir Həmzə Nigarinin Mənaqibnaməsi



MİRZADƏ MUSTAFA FƏXRƏDDİN AĞABALİ

e



Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə