1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə173/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   169   170   171   172   173   174   175   176   ...   181

466     

H Ü M A Y İ - Ə R Ş

içində mətanət və lətafət ilə həm nəzmən həm də nəsrən tərcümə etdi. 

Tərcümələrini mərhum Əbus-Suud görsə təqdir edərdi. Şeirləri əksəriy-

yətlə mütəsəvvifanədir. 

Yenişəhirli Avni bəy istisna edilərsə, Cevri əfəndi təsəvvüfi şeir söy-

ləyənlərin hamısına üstün ola bilər. 

Hikmətamiz və aşiqanə şeirlərində də mətanət və nəfislik müşahidə 

edilməkdədir.

Əski və yeni üsulda söyləmiş olduğu yaradıcı şeirləri bir neçə divan 

təş kil edəcək miqdardadır. Təəssüf olunur ki, bu qiymətli əsərlər, kitab 

halında çap oluna bilmədi. İtmək təhlükəsindən qurtula bilmədi. Elmi 

və fəziləti onu tanıyanlar tərəfindən qəbul edilən qardaşım Əhməd 

Tevfik bəyin ölümünün ardınca Cevri əfəndi – o zaman iqamət etdiyi- 

Yeşilköydən göndərdiyi məktublardan birində (6 haziran 1339; m: 6 iyun 

1923) deyir ki: 

“Kimin kimdən əvvəl öləcəyi bəlli deyil. Əgər mən sizdən əvvəl yolçu 

olsam, məni Sünbül əfəndiyə nəql və dəfn ediniz. Mübarək pir Merzifonlu 

olduğundan həmşəhərlimdir. Əlbəttə, yanında mənə bir yer verər. Təqva 

sahibi olan ədiblər bir qədrşinaslıq göstərib qəbrimə daş tikmək himməti 

göstərərlərsə, kitabə olaraq bu qəzəli nəqş etsinlər. 

Şeirdən başqa səfa peymanəsin nuş etmədim.

Bikri-mənzumdan başqa duxtər dər-ağuş etmədim.

Məsti-fikrim, nəşeyi-idrak ilə dəmsaz olub,

Vəqti söylətdim zəbanı-halımı xamuş etmədim.

Bi-səda ahəngi-ilhamata etdim vəqfi-guş

Sazı-ruhanı tarbdan başqa səs guş etmədim.

Nəşeyi-ulayı əsla bulmadım xalis əyyar,

Nəşeyi-üxrayı beyi-nəqd məğşuş etmədim.

Haqqı-heyvaniyi buldum bər qələndər iştiha,

Səbrə həbs etdim gər zəbərxanə bərduş etmədim.

Qılmadım dəryuzeyi-mirü vəzirü padşah,

Xirqeyi-heysiyyəti bir baba məfruş etmədim.

Əndəruni-səniyyəyi rüşdümlə təvşih eylədim,

Sədrimi tıflana zibayeşlə mənquş etmədim.

Tacü dəstarın qürurundan təmaş eylədim,

Nuru-irfan üstünə tərcihi-sərpuş etmədim.

Çox şey öyrəndim unutdum nəqşi-xatir namına,

Bir təsəlli qaldı kim haqqı fəramuş etmədim.

Yetmiş üç ildir keçirdim niku bəd ruzigar,

Bən təbaxxür eylədim, Cevri, fəqət cuş etmədim.

Yetmiş üç il qeydi təxminidir. Nəqş vaxtı vəznə xələl gəlməmək şərtilə 

bir şair tərəfindən vəfat ilimə uyğunlaşdırılsın”.

Rahatlıqla daha çox zaman yaşaması ilahinin lütfündən təmənni edilir. 

Mahmud Kamal bəyin mütaliəsinin sonu. 

Həzrəti Pirə xitabən yazılmış kiçik bir kağız parçası tapılıb istinsax 

edilən, lakin müəllifi məlum olmayan beytlər: 



H Ü M A Y İ - Ə R Ş

    467

Rəhm qıl ey şafiim və ey müşfiqim, ruhum nigar, 

Pəncü-car ali-əba və hörməti-pərvərdigar.

Pür qüsuram, əfv kun rahi-tələbdə, piri-mən, 

Ey şəfiil-müznibin, ya cəddi-paki Mir Nigar. 

20 may 1946 tarixində İstanbulda Universitet kitabxanasının 5480 

nömrəsində qeydiyyata alınmış Firudun Köçərlinin ikinci cild birinci 

hissəsinin 199-cu səhifəsindən alınan qeyddən: 

Şeyx Mir Həmzə əfəndinin əsl vətəni Qarabağ mahalında Zəngəzur 

uyezdində Cijimli adlanan kənddəndir ki, burada Cijimli seyidlərinə bağlı 

mötəbər və möhtərəm bir ocaq var ki, qudurmuş heyvan tutan xəstələrə 

və sair naxoşluqlarda ondan çarə olunur. Və bu Cijimli seyidləri dəxi çox 

nəcib və camaat arasında möhtərəm sayılan kəslərdir. Hacı Mir Həmzə 

əfəndinin seyidliyinə və Cijimlidən olmağına bu şeir dəxi şəhadət verir:

Zi gülzarı-nübüvvət dəsti-səbzə,

Cicimli ibn Paşa Mir Həmzə.

Hacı Mir Həmzə əfəndini görən şəxslərdən cənab fəzilət sahibi Hacı 

Mirzə Əbdülkərim axund ki, indi Şuşa uyezdində Ağcabədi və Xəlfəddin 

kəndlərində mollalıq edir. 

Belə rəvayət edir ki, mərhum şeyx uca boylu, xoş-sima və xoşrəftar, 

mülayim bir şəxs imiş. Hər nə qədər təbiəti etibarilə adətən təvazökar, 

həlim və biçarə görünsə də, bir o qədər də ibadət vaxtı və namaza durduğu 

əsnada halı dəyişilib başqa bir hala düşərmiş. Bu halda onun simasından 

nuranilik yağarmış və müqəddəs bir şəkildə görünərmiş. Belə ki, kənardan 

onun bu qəribə halını görənləri heyrət və əndişəyə salarmış. 

Həzrəti Pirə qəzəl

Xoca Bəhaəddin əfəndinin sənədləri arasında olub kim olduğunu 

bilmədiyim Feyzi adlı bir zat tərəfindən Həzrəti Pir haqqında söylənilən 

bir qəzəl olduğu üçün eynən dərc edilən lətif beytlər aşağıdakı şəkildədir:



Olsaydı bu zamanda Fərhadı-nik-adə,

Bir ah ilə verirdi daği-vücudi badə.

Görsəydi çeşmi-Məcnun Şahı- Qarabağımı,

Mürgi-canı uçardı, cismi qalırdı sadə.

Xəlqi-cahanda vardır gərçi kim dürlü sevda,

Amma mənəm aşüftə şirin Bərgüşadə.

Bir kəz nola görünsə qəddi-sərvi-nigarım,

Məstanə rəqs edərdim canı fəda rizadə.

Aşiqmidir o kəs kim yar eyləyə əğyarı,

Tərk qılıb könüldən yol verməyə fuadə.

Azadeyi-du aləm olmaq dilərsən, ey dil,

Bəndi-zülfü-nigar ol dünyayı-bi-bəqadə.

Gər nail olam dirsən, Feyzi, lütfü-Xudayə,


468     

H Ü M A Y İ - Ə R Ş



Bir gör cövrü lütfün olmayasın qovğadə. 

Bi

Bi

Bi

r



ö





r



ö





vr

vr

ü

ü

ü 

l





f

tf

tf

ü

ün

ün

o

o

l

lm

lm

ay

ay

as

as

ın

ın

q

q

ov

ov

ğ

ğa

ğa

d



də.

Çar Rusiyası zamanında Həmzə əfəndiyə 

verilən, se yid liyini və nəslinin öncəki  

imtiyazlarını təsdiq edən Qarabağ və Bərgüşad 

qaziləri tərəfindən imzalanmış 1289 (1872)-ci 

il tarixli sənəd  


Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə