1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə176/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   173   174   175   176   177   178   179   180   181

H Ü M A Y İ - Ə R Ş

    473

zamanında quduz dalamış bir adamı bu zata gətirmişlər. Gələn xəstə 20 

gündən artıq imiş ki, bir quduz köpək tərəfindən fəna bir surətdə yara-

lanmış imiş. 

Həzrəti Seyid bu xəstənin sahiblərini bir az danladıqdan sonra 

xəs  təni ağır bir surətdə çeynəyib. Son dərəcə ağır bir vəziyyətə düşən 

xəstənin ağzından, burnundan qan fışqırmış. Bu arada mədəsindən çox 

fəna bir şəkildə parça-parça qan laxtaları tökülmüş. Sonra öz qanından 

çörək vermiş, xəstə də sağalmış. Bu vaqeəni şəxsən görən adamın oğ-

lundan dinlədim. Fəqət bu, yalnız Mir Mustafaya xas bir müalicə üsulu 

imiş. 

Onun üçün Mir Mustafa Baba adı ilə yad olunan bu zatın övlad və 



nəvələri Qarabağda ən nəcib və ən şərəfli olaraq tanınmaqdadırlar. 

Bu beş üstün xüsusiyyət Qarabağın Zəngəzur bölgəsindən Qars, 

İrəvan, Təbriz, Naxçıvan, Bakı, Şəki, Dağıstana qədər bütün şəhərli, 

kənd li, avam, möhtərəm hər din və məzhəb əhlinin təsdiq və etirafı altın-

dadır. Mir Nigari həzrətlərinin Türkiyəyə hicrətindən sonra bu üstün 

xüsusiyyətləri bu zatın uğradığı Ərzurum, Sivas, Amasiya ərazilərindəki 

əhali tərəfindən də təsdiq edilmişdir. Yarım əsrdən bəri də bu ailədən 

sevib müraciət edənlərə qan verilmiş, Allaha həmd olsun heç bir mənfi 

aqibət baş verməmişdir. Fənnin təkamülünü və hadisələrin nəticələrini 

tam mənası ilə idrak və təqdir edən, hər xüsusu maddi olaraq düşünən 

və mühakiməsini maddi ehkama tətbiq ilə məsələni həllə çalışan zatlardan 

olub bu hadisənin bir çox nümunəsinə şahid olan, heç bir müalicə üsuluna 

tabe olmadan yalnız qan almaqla quduz illətindən həyat tapdığını öz gözü 

ilə görən yüzlərcə kimsələrə bu məsələni bir qərarnamə şəklində təsdiq 

etdirən ailənin qanvermə üsulu tam mənası ilə tarixi olmasıdır. Bunların 

bu üsulu əcdadlarından miras aldıqlarına şübhə yoxdur. Bunun belə 

olduğunu “Kümeyt bin Zeyd”in bir şeirində anlatmış və qeyd etmişdim. Bu 

məsələni yazacağım sırada heç cür tapa bilmədim. Tam on gün araşdırdım. 

Çox məyus oldum. Sonra məmləkətimizin məşhur fazillərindən (təəssüf 

ki, Nafia katibi

250

) möhtərəm ədib Əhməd Əmri əfəndidən bunu nəql 



etməsini rica etdim.

Hər bir arzumu ifada indiyə qədər çox səy göstərən bu zat, ertəsi günü 

yazıb gətirdi, verdi. 

Bu gün (hicri 1355-ci ilin zilhiccə ayının 4, 1352 şubatının (fevral) 3, 

16 əfrənci şubat 1937 (2)-ci ilin çərşənbə axşamı) aşağıda yazılacaq yuxunu 

nəql etdi. 

Dəlil olaraq yazacağım o şeiri sevgili, vəfakar dostumun yazısını dəyiş-

dirmədən eynən aşağıya dərc etdim. 

ﺔﻴﻓﺎﺷ ﻞﻬﺠﻟﺍ ﻡﺎﻘﺴﻟ ﻢﻜﻣﻼﺣﺍ

 

ﺐﻠﻜﻟﺍ ﻦﻣ ﻲﻔﺸﺗ ﻢﻛﺅﺎﻣﺩ ﺎﻤﻛ



Üftadə əfəndinin mübarək nitqindən sonra bununla əlaqədar olaraq 

digər beytlər yazılmışdır. 

250

 Nafia-İnşaat işləri (MR).




474     

H Ü M A Y İ - Ə R Ş

Bu beyt öz şahid olduğu bir hadisənin xülasəsidir. Əhli-beyt (Allah on-

lar dan razı olsun) haqqında söylənilmişdir. Müəllifi Kümeyt bin Zeyddir. 

Beytin mənası:

Ey Əhli-beyt, siz kamil ağıl və fəzilətli elm sahibi olduğunuz üçün cəhalət 

xəstəliyi aradan qalxır. Odur ki, əşraf və rəislər olduğunuz üçün qanlarınız 

quduzluq xəstəliyinə şəfa verməkdədir. Bunun şahidi təfri olmasıdır Beytin 

müəllifi Kümeyt ibn Zeyd əl-Əsədidir ki, Muaz şairlərindən bir şairdir. 

Əməvilər dövləti zamanında idi. Abbasi əsrinə yetişməmişdir.

(“Qövlü-ceyyid”dən, səhifə 434-dən).

Beytin məzmunu “Qövlü-ceyyid”də təhlil edilmişdir:

 ﻰﻠﻋ ﺍﻭﺪﺸﻧﺃ ﻭ ﻪﺘﻋﺎﺳ ﻦﻣ ﺊﻳﺮﺑ ﻒﻳﺮﺷ ﻥﺎﺴﻧﺍ ﻡﺩ ﻦﻣ ﺏﺮﺷ ﺍﺫﺍ ﺏﻮﻠﻜﻤﻟﺍ ﻥﺍ ﻡﻮﻗ ﻝﺎﻗ ﻭ

:

ﺮﻋﺎﺸﻟﺍ ﻝﻮﻗ ﻚﻟﺫ



ﺔﻴﻓﺎﺷ ﻞﻬﺠﻟﺍ ﻡﺎﻘﺴﻟ ﻢﻜﻣﻼﺣﺍ

 ﺐﻠﻜﻟﺍ ﻦﻣ ﻲﻔﺸﺗ ﻢﻛﺅﺎﻣﺩ ﺎﻤﻛ

7 mart 1937 bazar günü

ﻢﻠَﻛ ﺓﺎﺳﺃ ﻭ ﻡﺭﺎﻜَﻣ ﺓﺎﻨُﺑ

ٍءﺎﻔﺸﻟﺍ ِﺐَﻠَﻜﻟﺍ ﻦﻣ ﻢﻫﺅﺎﻣﺩ

Bu beyt bəhri-vafirdən və mutavvəl şəvahiddəndir. Cəsur kəlimələrdir. 

Həmasə divanının əlavə qismində dərc edilmiş şeirlərdəndir. Qaili Əbu 

Əbrəc əl-Qıssım bin Hənbəldir. 

(

ﻡﺭﺎﻜَﻣ ﺓﺎﻨُﺑ



)=Məkarim (gözəl əxlaq) baniləridir mənasında həzf olunmuş 

mübtədaya xəbərdir. (

ﻡﺭﺎﻜَﻣ ﺓﺎﻨُﺑ ﻢﻫ

) nəzərdə tutulmuşdur. 

(

ﺓﺎﻨﺑ


) - kəlməsi (

ﻲﻧﺎﺑ


)-nin cəmidir. Ona ithaf edilmiş (

ﺓﺎــﺳﺍ


)– da 

ﺡﺍﺮﺟ


 

“cərrah” mənasınadır.

(

ﻰﺻﺎﻋ


) vəznində (

ﻲﺳﺁ


) “asi” sözünün cəmidir. 

(

ﻢﻠﻛ



) yara mənasındadır. 

Beytin mənası: “Onlar gözəl əxlaq baniləri və yara təbibləridir. Qanları 

kələbə=quduzluq xəstəliyinə tutulmuşlara şəfadır” deməkdir. 

Kələb (


ﺐﻠﻛ

) quduz it dişləməsindən insanda görünən dəlilik bənzəri 

haldır. Beytləri şərh edən Mustafa Üsamüddin əfəndidir ki, Əhli-beytin 

düşmənlərinə və qanlarını içməyə qəsd edənlərə ərz olunur. Çünki Əhli-

beyt düşmənləri qudurmuş itlər sırasındandır. Onların qanları ilə şəfa ta-

parlar. Çünki dünya istəklərinə dalmışlar və bunlar haqqında peyğəmbər 

kəlamı vardır.

ﺏﻼﻛ ﺎﻬﺒﻟﺎﻁ ﻭ ﺔﻔﻴﺟ ﺎﻴﻧﺪﻟﺍ

ﻪﻣﺮﻛﺃ ﻭ ﻩﺎﻨﻤﻠﻋ ﺖﻴﺑ ﺮﻴﺧ ﻦﻣ

 ﺐَﻠَﻜﻟﺍ ﻦﻣ ﻲﻔﺸَﺗ ﻢﻫﺅﺎﻣﺩ ﺖﻧﺎﻛ

“Bizə elm elə xeyirli və kərəmli insanlardan təlim olundu ki, onların 

qanları quduzluq xəstəliyinə şəfadır.” (Müəllifi Abdullah ibn əz-Zübeyr əl-

Əsədidir). (“Hayətul-heyvan”, c. 1, s. 47).

Amasiya müftisinin katibi Hafiz Mehmed əfəndinin notlarından iqtibas. 

 “Okyanus”un (kələb-

ﺐﻠﻛ


) maddəsinə baxılsın. 

Əhməd Əmri əfəndinin yazısı burada bitdi. 




Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə