1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə177/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   173   174   175   176   177   178   179   180   181

H Ü M A Y İ - Ə R Ş

    475

“Həyatul-heyvan”dan nəql etdiyi ərəbcə ibarənin türkcəsi “quduz 

itin dişlədiyi bir insan, şərif (seyid) olan bir zatın qanından içdiyi anda 

o xəstəliyə mübtəla olmaqdan qurtular, deyə bir rəvayət söyləməkdə və 

id dia sını da şairin “sizin həyatbəxş edən ağlınız, cəhalət dərdinə şəfadır. 

Necə ki, qanlarınız quduzluğu aradan qaldırmağa çarədir” mənasını əhatə 

edən sözü ilə möhkəmləndirməkdədir) deməkdir.

Bu hal da göstərir ki, bu ailə 1355 illik ailə qanını pozulmadan və 

dəyişmədən tamamən və qüsursuz olaraq mühafizə etmişdir. 

Kümeytə aid qısa bir tərcümeyi-hal və Əhli-beytin murdarlıqdan pak 

olduğuna dair şeyxül-əkbər, Mühyiddin bin Ərəbi (q.s) həzrətlərinin bir 

mülahizəsi bu mövzuya aid olduğu üçün ayrıca əlavə edilmişdir.

Yuxu

Bu tarixdən beş-altı gün əvvəl görülmüşdür. Mən bu zatın evinə get-



mişəm, Həzrəti Pirin yanına getdiyimi, onun da mənimlə bərabər getməsini 

rica etmişəm. Fəqət bu sırada o, üzrlü və dəstəmazsız imiş. Xətrimə dəymək 

istəmədiyindən mənə yoldaş olmağı qəbul etmiş. Özlüyündə bu surətlə 

getməsində bir məsələ görməmiş. Yalnız zikr, təsbeh, xətmi-xacə kimi bir 

ayin icra ediləcək olursa iştirak etməməsini düşünmüş və Həzrəti Pirin 

olduğu yerə bərabər getmişik. İçəri girdiyimizdə Həzrəti Pir hələ təşrif 

etməmiş imiş. Otaqda bir adam varmış. Samovarı qalamış, o da Həzrəti 

Pirin gəlişini gözləyirmiş. On beş dəqiqə sonra Həzrət təşrif etmiş. Təbii ki, 

hər üçümüz ayağa qalxmışıq. Həzrəti Pir yerinə oturduqdan sonra “Divan 

varmı?” deyə soruşmuş. Hücrədəki zat divanı vermiş. 

Həzrəti Pir divanı açıb bir az oxuduqdan sonra mənimlə ayağa qalxa-

raq bərabər dövrə vurub rəqs etmişik. Bir müddət rəqsdən sonra yenə 

oturmuşuq. Bu sırada hücrədəki zat, Əhməd Əmri əfəndiyə qənddandan 

iki qənd vermiş və hərarətin yaxud xatırlaya bilmədiyi bir dərdin aradan 

qaldırılmasına səbəb olur demişdir. Bundan bir az sonra Həzrəti Pir gö-

zünün ucu ilə Əhməd əfəndiyə baxaraq qənddandan iki qənd alıb otaqdakı 

zata vermiş. Bunu da Əhməd əfəndiyə ver, demiş. O zat o qəndləri də 

Əhməd əfəndiyə vermiş və Əhməd əfəndi qəndləri yemiş. Bundan sonra 

Həzrəti Pirin ayağa qalxaraq evinə getmək üzrə olduğu anlaşılınca mən 

dərhal çarıqları gətirib önünə qoymuşam. Çölə çıxdıqda Həzrəti Pirin 

mənə “Qırx beş” deyə bir şeylər söylədiyini Əhməd əfəndi eşitmiş, bu 

ara da bir çox sözlər də söyləməkdə imişsə də heç cür anlaya bilməmiş. 

Əhməd əfəndi də getmək istəmiş, amma mən ona xitabən “Mən Həzrəti 

Piri evə aparım, gələrəm bərabər gedərik. Mən gələnə qədər burada otur, 

demişəm. Əhməd xoca da otaqda qalmış. Lakin qayıdış və görüş səhnəsini 

görməyə fürsət qalmadan yuxudan oyanmış.

Cənabı-Xaliqi-ləmyəzəl hər ikimizi bu əzizin müqəddəs pirlik ruhaniy-

yətindən və irfanından feyzləndirsin. Peyğəmbərlərin seyidinin hörmətinə 

amin! 

Kümeytin qısa bir tərcümeyi-halı  

Kümeyt ərəbcədə “təsğir” (əzizləmə və kiçiltmə) şəkli ilə Kufəli Əsəd 

qəbiləsinə mənsub Zeydin oğludur. Xətib, fəqih, gözəl yazı yazan bir xəttat, 



476     

H Ü M A Y İ - Ə R Ş

nəsəb elminə vaqif, insanpərvər, şair, nişançı, cəsur, comərd, olduqca 

dindar bir adamdı. Əgər Bəni-Əsəd qəbiləsinə şərəf verəcək fazillər olmasa 

dəxi Kümeytin o qəbiləyə mənsubiyyəti onlar üçün şərəf və iftixara kifayət 

edərdi.. 

Kiçik yaşında ikən şeir deməyə müqtədir idi. Bu zəkasına Fərəzdəq 

vaqif oldu və bir gün “Ay uşaq, mən sənin atan olsaydım, çox məmnun 

olar dın, deyilmi?” deyə soruşdu. Cavabında: 

“Mən atamla heç bir fərdin bir dərəcədə olmasına razı olmaram. Fəqət 

sən mənim anam olsaydın sevinərdim” demiş və Fərəzdəqi çox xəcalətli 

vəziyyətə salmışdır. 

Fərəzdəq, “ömrümdə bunun kimi məni çətin vəziyyətə salan bir kim-

səyə təsadüf etmədim” demişdir. Hicri 120-ci ildə vəfat etmişdir. 

(Mavərdinin “Ədəbüd-dünya vəd-din“ şərhindən tərcümə, s.339).

Xəmseyi-ali-əbanın 

adları (Muhəmməd 

əleyhissəlam, 

Əli, Fatimə, Həsən, 

Hüseyn rıdvanullahi 

əleyhim əcməin) 



H Ü M A Y İ - Ə R Ş     477


478     H Ü M A Y İ - Ə R Ş

Şirvanlılar məscidinin 

və türbənin 2014-cü ildə 

restavrasiyadan sonrakı 

görünüşü.  (Türbə Mir Həmzə 

əfəndinin müridi Çərəli kənd 

sakini Səfər bəyin nəslindən 

olan Nərminə xanım və oğlu 

Murad bəyin dəstəyi ilə bərpa 

edilmişdir.) 


H Ü M A Y İ - Ə R Ş     479

Şadırvan

Məscidin minbər və mehrabı


480     

H Ü M A Y İ - Ə R Ş

ƏHLİ-BEYT HAQQINDA 

BƏZİ MÜLAHİZƏLƏR

 Əhli-beyt haqqında Mühyiddin 

Ərəbi həzrətlərinin mülahizəsi 



(Fütuhatı-Məkkiyyə, cild 1, 196-197-ci səhifələrdən eynən tərcümə)

K

ainatın sərvəri (s.ə.v) əfəndimiz xalis qul olduğu üçün Vacibi-taala 



(Əzzə şənuhu) həzrətləri onu və Əhli-beytini xəbis hallar və qəbih 

əməllərdən və şərəflərini ləkələyəcək işlərdən pak və münəzzəh 

etdi. Çünki (rics - 

ﺲﺟﺭ


) ərəb dilində murdar mənasına gələn (qazr-

ﺭﺬﻗ


müqabilində istifadə edilməkdədir. Dilçilərdən (Fərra) da belə hekayə 

etmişdir. 

Cənabı-Haqq-taala Qurani-Kərimində: 

َﻞْﻫَﺃ  َﺲ ْﺟﱢﺮﻟﺍ ُﻢُﻜﻨَﻋ  َﺐِﻫْﺬُﻴِﻟ ُ ﱠﷲ ُﺪﻳِﺮُﻳ ﺎَﻤﱠﻧِﺇ 

ﺍًﺮﻴِﻬْﻄَﺗ ْﻢُﻛَﺮﱢﻬَﻄُﻳَﻭ

 

ِﺖْﻴَﺒْﻟﺍ



 [Ey Əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və 

sizi tərtəmiz (pak) etmək istər] (

Əhzab: 33

)  deyə buyurmuşdur. Bunun üçün 

bunları şərəfləndirəcək bu vəsflərdən başqa bir sifət qoşula bilməz. Ancaq 

“mütəhhər” (pak) sifəti nisbət edilə bilər. Bu da zəruridir və lazımdır. 

Bu, Həzrəti fəxri-aləmin Səlmanı-Farisi (r.a) həzrətləri haqqındakı 

“təharət və ismətlə Allahın hifzi altında” olmasına dair şəhadətilə sabitdir. 

Bundan dolayıdır ki, Həzrəti sərvəri-kainat bu mübarək zat haqqında 

“Səlman bizdən, Əhli-beytimizdəndir” dedi.  

Bu surətlə Əhli-beytin Allahın mühafizəsi altında olduğuna, pak oldu-

ğuna və murdar sifətlərdən azad tutulduğuna, yəni murdarlığın bunlardan 

arındırılmış olduğuna şəhadət etdi. Madam ki, Cənabı-Haqq belə bir şə ha-

dət etmişdir, bunlara da ancaq pak, müqəddəs sifətlər aid edilə bilər.    

Bu kimi qurani vəsfləndirmə və bu qəbil sifətləri mücərrəd hesab 

edənlərə izafət səbəbilə ilahinin lütfünə nailiyyət imkanı hasil olur. Sən 

Əhli-beyti nə zənn edirsən? Onlar pakdırlar. Bəlkə, təharətin özüdürlər. 

Bu ayə də dəlalət edər ki, aləmlərin uca yaradıcısı Əhli-beyti bu ayənin 

mü barək məzmununda gizli olan əsrarda Həzrəti fəxri-aləmə ortaq etdi. 

O mübarək ayə budur: 

َﺮﱠﺧَﺄَﺗ ﺎَﻣَﻭ َﻚِﺒﻧَﺫ ﻦِﻣ َﻡﱠﺪَﻘَﺗ ﺎَﻣ ُ ﱠﷲ َﻚَﻟ َﺮِﻔْﻐَﻴِﻟ

 [Allah (bununla) sənin əvvəlki və sonrakı 

günahlarını bağışlayacaq] (Fəth: 2) günah işləməkdən daha ziyadə insanın 

üzünü qaraldan və murdarlıq artıran görəsən nə kimi şey vardır? Vacibi-

taala həzrətləri peyğəmbərini əfv etməklə bu cür töhmətlərdən arındırdı, 

pak və münəzzəh qıldı. Bir şey ki, bizə nisbətlə günahdır. Aləmin fəxri 

əfəndimizdən belə bir hal baş verərsə, o surətdə günah ola bilər, fəqət mə-

nada qətiyyən günah deyildir. Çünki Cənabı-Allahdan bu günahı səbəbilə 

ona məzəmmət gəlməz, şərən bizə də gəlməz. Əgər həqiqətdə bu günah 

aləmlərin fəxri üçün mənada da günah olsaydı, o zaman günahın zəruri 

etdirdiyi hökm səbəbilə məzəmmətin olması doğru olardı. O zaman Vacibi-

taala həzrətlərinin 

ﺍًﺮﻴِﻬْﻄَﺗ ْﻢُﻛَﺮﱢﻬَﻄُﻳَﻭ ِﺖْﻴَﺒْﻟﺍ َﻞْﻫَﺃ  َﺲْﺟﱢﺮﻟﺍ ُﻢُﻜﻨَﻋ  َﺐِﻫْﺬُﻴِﻟ ُ ﱠﷲ ُﺪﻳِﺮُﻳ ﺎَﻤﱠﻧِﺇ

 [Allah 



sadəcə sizdən günahları arındırmaq və sizi tərtəmiz təmizləmək istəyir]

 

(Əhzab: 33)



 

müqəddəs ayəsinin məzmunu doğru olmazdı. 




Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə