1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə178/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   173   174   175   176   177   178   179   180   181

H Ü M A Y İ - Ə R Ş

    481

Yuxarıdan bəri izah etdiyim surətlə Əhli-beytin pak və təharətli olduğu 

anlaşılmışdır. Odur ki, bunlara kimlərin daxil olduğunu bildirmək lazım 

gəlir. Əhli-beytə Fatimənin övladından olan şəriflərin (seyidlər) hamısı və 

Əhli-beytdən sayıldığına dair peyğəmbərin şəhadət etdiyi Səlmanı-Farisi 

kimi kimsələr daxildir. 

Cənabı-Vacibül-vücud həzrətlərinin bunlara qarşı olan əzəli lütfü 

və rəbbani ixtisası şərtincə qiyamət gününə qədər bu mübarək ayədəki 

ğufran hökmü səbəbilə pakdırlar. Bunlara olan lütfü-cəlilə, məhz Cənabı-

Haqqın Həzrəti fəxri-aləmə bəxş etdiyi və ona ehsan buyurduğu lütf və 

şərəfdən irəli gəlir. Bu şərəfin hökmü ancaq axirət evində zahir olur. Çünki 

onlar ilahi əfvə məzhər olaraq həşr olunurlar. Fəqət dünyaya gəlincə, 

bunlardan şəriətə görə cəzanı zəruri edən bir günah əmələ gələrsə o cəza 

tətbiq edilir. Günah işləyib tövbə edən kimsəyə şəriətə uyğun cəza tətbiq 

edildiyi kimi. 

Qazi bunlardan birisinin (zina, oğurluq, şərab içmək kimi) günahlarına 

vaqif olduğu təqdirdə bunlar üçün məğfirət təhəqqüq etməklə bərabər 

bən zərlərinə edildiyi şəkildə şəriətə görə cəza tətbiq edilir. Lakin o kim-

sənin qınanması caiz deyildir. 

Allahın göndərdiyi ayətə iman edən mömin və müsəlmana layiq 

olan  ﺍ ًﺮﻴ

ِﻬْﻄَﺗ  ْﻢُﻛَﺮﱢﻬَﻄُﻳَﻭ  ِﺖْﻴَﺒْﻟﺍ  َﻞْﻫَﺃ   َﺲ ْﺟﱢﺮﻟﺍ  ُﻢُﻜْﻨَﻋ   َﺐِﻫْﺬُﻴِﻟ  ُ ﱠﷲ  ُﺪﻳِﺮُﻳ  ﺎَﻤﱠﻧِﺇ  [Allah sadəcə sizdən 



günahları arındırmaq və sizi tərtəmiz təmizləmək istəyir] mübarək ayəsinin uca 

mənasını təsdiq və Əhli-beytdən zühur edən hər şeyin bağışlanacağına 

etiqad etməkdir. Allah tərəfindən pak olduğuna şəhadət edilmiş bir kim-

səyə məzəmmət etmək və onların haqqına təcavüz etmək müsəlmana 

yaraşmaz.

Cənabı-Haqqın onlardan murdarlığı götürməsi işlədikləri bir əməl və 

ya əvvəlcə işlədikləri keçmiş bir xeyir əməldən dolayı deyildir. Bəlkə, əzəli 

iradəsində onların haqqında zühur etmiş bir lütf və inayəti sayəsindədir. 

ءﺎﺸﻳ ﻦﻣ ﻪﻄﻌﻳ ﷲ ﻞﻀﻓ

 

ﻚﻟﺫ



  [Bu Allahın fəzlindədəndir, istədiyinə verər]. Yəni bu 

ilahi bir lütfdür ki, dilədiyinə verir. Şübhəsiz Cənabı-Qadiri-Qəyyum geniş 

ehsan sahibidir.

Səlmanı-Farisi həzrətləri haqqında varid olan hədisi-şərif həqiqətə 

müvafiqsə bu aliqədr zat da Əhli-beytin nail olduğu dərəcədədir.   

Əgər Səlmandan şəriətin zahirinə müxalif bir hal baş versə, Əhli-beytə 

daxil olduğu halda ondan nəhsliyin qaldırılmamış olduğunu ifadə edər.

Bu isnaddan Əhli-beyt də eyni nisbətdə pay sahibi olmalıdır, halbuki, 

onların pak olduqları nəss (Qurani-Kərim) ilə sabitdir. Səlmanın da Əhli-

beytdən olduğuna şəkk yoxdur. 

Mən çox candan, ürəkdən diləyirəm ki, Əlinin digər ailəsindən olan 

oğulları, nəvələri, o cümlədən, Səlmanın oğulları, nəvələri (Həsən, Hüsey-

nin oğulları, nəvələri kimi) bu xüsusi mübarək lütfə nail və Əhli-beyt sırasına 

qoşulsunlar. Hətta, Əhli-beytin məvalisinin

251

 də bu şərəfdən məhrum qal-



mamasını diləyirəm. Allahın rəhməti çox genişdir, dostum!

Bu qulun şərəfi Allah yanında bu səviyyədə olarsa o qula qoşulmaqla o 

kimsə də şərəflənər. Elə deyilmi, əzizim? Bir kərə diqqət etsək, ah…

251


 Bu bəhsin sonuna yazılmışdır 


482     

H Ü M A Y İ - Ə R Ş

Bir kimsə ki, şan və şərəf sahibi və ondan başqasına həmd edilməyən 

bir varlığın (İlahi şərəfin sahibi Allahdır) müqəddəs rəbbani nəfsinə, ulu və 

mübarək zatına bağlanmış olunsun, məhz o bağlanılan kimsə, axirətdə 

heç bir kimsənin onlar üzərinə üstünlüyü və imtiyazı olmayacaq olan 

qul lardandır. Allah İblisə xitabən “sənin mənim qullarıma təhəkküm və 

təcəbbürün yoxdur„ dedi. Quranda 

ﻱﺩﺎﺒﻋ

(ibadi=mənim qullarım) deyə 



Allahın zatına bağlanılan bəxtəvərlərdən başqasına müraciət edildiyini 

gör məzsən. Bu xitab bəxtəvərlərə xas bir istifadə şəklidir. Başqa qullar 

haq qında 

ﺩﺎﺒﻋ


 (ibad=qullar) deyə gəlmişdir. 

Sən Cənabı-Haqq tərəfindən mühafizə edilənləri və məsum olanları 

nə zənn edirsən? İbadət və itaətlərində tamlıqla mahir olub seyidlərinin 

cız dığı hüdud dairəsində vəzifəsini yerinə yetirənlər də kibriyaya nail ol-

muş qullar cümləsindəndir. Onların şərəfləri də əla, mükəmməl və tamdır. 

Bu zatlar bu məqamın qütbləridir. 

Bu qütblərdən Səlmanı-Farisi Əhli-beytin məqamının şərəfinə varis 

oldu. Allah ondan razı olsun. O həzrət Cənabı-kibriyanın qulları üzərindəki 

hüquqa, qulların nəfsləri və onları yaratmaq xüsundakı hüququna insanlar 

arasında dərindən vaqif olub bu hüququ həyata keçirməkdə hər kəsdən 

artıq müvəffəq olanı idi. Onun üçün aləmin fəxri əfəndimiz 

ﺱﺭﺎﻓ ﻦﻣ ﻞﺟﺭ ﻪﻟﺎﻨﻟ ﺎﻳﺮﺜﻟﺎﺑ ﻥﺎﻤﻳﻻﺍ ﻥﺎﻛ ﻮﻟ

 [Əgər iman sürəyya ulduzunda olsa idi, 

əhli-farsdan bir kişi ona nail olardı] deyə buyurmaqla Səlmanı-paka işarə 

vurmuşdur. 

Son.

“Məvali” kəlməsini Mühyiddin Ərəbi burada gətirməklə çox mənalar 

ehtiva edən bir ifadədən istifadə etmişdir. Çünki “məvali” kölə və cariyəyə, 

dost və əhbaba da deyilir. Daha bir çox mənası varsa da burada müvafiq 

olmaz. 


Bu hala görə Əhli-beyt xanədanının kölələri, cariyələri, sevənləri

dost ları hər zaman bu ilahi müqəddəs lütfə naildirlər deməkdir.

Əhli-beyt haqqında bəzi mütaliələr

Mühyiddin Ərəbi həzrətləri 



(Allah pak sirrini müqəddəs qılsın) 

ﺔﺑﺮﻗ ﺪﻤﺣﺃ ﻝﺃ ﻲﺋﻻﻭ ﺖﻠﻌﺟ

ﺎﺑﺮﻘﻟﺍ ﻲﻨﺛﺭﺍﻮﺗ ﺪﻌﺒﻟﺍ ﻞﻫﺃ ﻢﻏﺭ ﻰﻠﻋ

ﻯﺪﻬﻟﺍ ﻰﻠﻋ ﺍﺮﺟﺃ ﺭﺎﺘﺨﻤﻟﺍ ﺐﻠﻁ ﺎﻣ ﻭ

ﻰﺑﺮﻘﻟﺍ ﻲﻓ ﺓﺩﻮﻤﻟﺍ ﻻﺍ ﻪﻐﻴﻠﺒﺘﺑ

[Mən (düşmənlərimin ziddinə olaraq) bütün məhəbbətimi - yaxın 

olmaq arzusu ilə ali-Əhmədə (Əhli-beytə) həsr etdim, çünki ali-Əhmədə 

məhəbbət aləmin fəxri əfəndimizə yaxınlıq gətirən bir haldır. Kainatın 

sərvəri Həzrət peyğəmbərlik təbliğatı ilə xalqı hidayətə yetişdirmək üçün 

onlardan bir ücrət istəmədi. Ancaq Əhli-beytinə sevgi və məhəbbət istədi]. 

(İbn Fariz divanı, c. 1, s. 94) 



Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə