1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə180/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   173   174   175   176   177   178   179   180   181

H Ü M A Y İ - Ə R Ş

    485

• 

Bir kimsə ali-Muhəmmədə məhəbbətlə ölərsə, öldüyü zaman 



onun qəbrində cənnətə onun üçün iki qapı açılar. 

 

ﺔﻋﺎﻤﺠﻟﺍ ﻭ ﺔﻨﺴﻟﺍ ﻰﻠﻋ ﺕﺎﻣ ﺪﻤﺤﻣ ﻝﺁ ﺐﺣ ﻰﻠﻋ ﺕﺎﻣ ﻦﻣ ﻭ ﻻﺍ



• 

Bir kimsə ali-Muhəmmədə məhəbbətlə ölərsə, əhli-sünnə vəl cə-

ma ətdən biri olaraq ölər.

 

ﷲ ﺔﻤﺣﺭ ﻦﻣ ﺲﻳﺁ ﻪﻴﻨﻴﻋ ﻦﻴﺑ ﺎﺑﻮﺘﻜﻣ ﺔﻣﺎﻴﻘﻟﺍ ﻡﻮﻳ ءﺎﺟ ﺪﻤﺤﻣ ﻝﺁ ﺾﻐﺑ ﻰﻠﻋ ﺕﺎﻣ ﻦﻣ ﻭ ﻻﺍ



• 

Bir kimsə ali-Muhəmmədə düşmənçiliklə ölərsə, qiyamət günündə 

iki gözünün arasında Allahın rəhmətindən məyus adam deyə yazılı 

olduğu halda gələr.

 

ﺍﺮﻓﺎﻛ ﺕﺎﻣ ﺪﻤﺤﻣ ﻝﺁ ﺾﻐﺑ ﻰﻠﻋ ﺕﺎﻣ ﻦﻣ ﻭ ﻻﺍ



• 

Bir kimsə ali-Muhəmmədə düşmənçiliklə ölərsə, kafir olduğu 

halda ölər. 

 

ﺔﻨﺠﻟﺍ ﺔﺤﺋﺍﺭ ﻢﺸﻳ ﻢﻟ ﺪﻤﺤﻣ ﻝﺁ ﺾﻐﺑ ﻰﻠﻋ ﺕﺎﻣ ﻦﻣ ﻭ ﻻﺍ



• 

Bir kimsə ali-Muhəmmədə düşmənçiliklə ölərsə, cənnət qoxusunu 

qoxlaya bilməz. 

 ﻚﻠﺗ ﻥﻷ ﻢﻬﺘﻘﻳﺮﻁ ﻲﻓ ﻢﻬﻟ ﻪﺘﻌﺗﺎﺘﻨﺑ (ًﺎﻨﺴﺣ ﺎﻬﻴﻓ ﻪﻟ ﺩﺰﻧ ﻝﻮﺳﺭ ﻝﺁ ﺔﺒﺤﻤﺑ ﺔﻨﺴﺣ ﻑﺮﺘﻘﻳ ﻦﻣ ﻭ

 ﻭ ﺔﻌﺑﺎﺘﻤﻟﺍ ﻦﺴﺤﻟ ﻖﻴﻓﻮﺘﻟﺍ ﺐﺟﻮﻳ ﻚﻟﺫ ﻭ ﺓﺮﻄﻔﻟﺍ ءﺎﻘﺑ ﻭ ﺩﺍﺪﻌﺘﺳﻻﺍ ءﺎﻔﺼﻟ ﻻﺇ

 

ﻥﻮﻜﺗ ﻻ ﺔﺒﺤﻤﻟﺍ



ﺔﻣﺎﻴﻘﻟﺍ ﻲﻓ ﻢﻬﻌﻣ ﺮﺸﺤﻳ ﻭ ﺔﻳﻻﻮﻟﺍ ﻞﻫﺃ ﻦﻣ ﺎﻬﺒﺣﺎﺻ ﺮﻴﺼﻴﻓ ﺓﺪﻫﺎﺸﻤﻟﺍ ﻡﺎﻘﻣ ﻰﻟﺇ ﺔﻳﺍﺪﻬﻟﺍ ﻝﻮﺒﻗ

• 

Bir kimsə peyğəmbər nəslinə məhəbbət etməklə savab qazanarsa, 



onların üsul və adətinə itaət etdiyi üçün biz də onun savabını 

artırarıq. Çünki məhəbbət, ancaq saf istedad və daimi fitrət ilə 

hasil olur. Saf istedad, daimi fitrət isə yaxşı itaətdən, müşahidə mə-

qa mına hidayəti qəbul üçün uzlaşmağı vacib edər (Yəni Cənabı-

Haqq o kimsəyə müvəffəqiyyətini yoldaş edər. O da bu sayədə on-

ların üsul və adətinə nöqsansız tabe olur və hidayəti qəbula, do-

la yısı ilə də müşahidə məqamına istedad kəsb edər), bu əxlaqla 

əxlaqlanan kimsələr vəlayət əhli olur və məhşərdə onlarla birlikdə 

həşr olunur. 

ﻪﻠﻫﺃ ﺐﺣﺃ ﻦﻣ ﺕﺎﻔﺻ ﺔﻤﻠﻅ ﻩﺮﻳﻮﻨﺘﺑ

 (

ﺭﻮﻔﻏ ﷲ ﻥﺇ



)

• 

Vacibi-taala həzrətləri Əhli-beytə məhəbbət edən kimsələrdə olan 



zülmət sifətini nurlandırmaqla onları bağışlar. 

ﻢﻬﺒﺳﺎﻧ ﻦﻣ ﻲﻌﺴﻟ

 (

ﺭﻮﻜﺷ


)

• 

Vacibi-taala həzrətləri Əhli-beyt aşiqlərini nisbət qazana biləcək bir 



hala sövq edər və bu yolda çalışmasını artırar. (Muhyiddin Ərəbi 

təfsiri c.2, s. 108)  Əhli-beyt xanədanı haqqında Mövlanə Cami:

ﺖﻓﺎﻳ ﺐﻴﺼﻧ ﺕﻮﺒﻧ ﻥﺍﺪﻧﺎﺧ ﺯ ﺲﻛ ﺮﻫ

ﺖﺴﻴﻧ ﺐﻴﺼﻧ ﻲﺑ ﺮﻫ ﻪﻔﻴﻅﻭ ﻭﺍ ﻢﻴﻈﻌﺗ

ﺶﺘﺒﺤﻣ ﻩﺍﺮﺑ ﺮﻫﺩ ﺐﻳﺮﻏ ﻭﺍ ﺖﺴﻫ

ﺖﺴﻴﻧ ﺐﻳﺮﻗ یﺯﺎﺒﺑ ﻥﺎﺟ ﻭ ﮏﻠﻣ ﻭ ﻝﺎﻣ ﺮﮔ

[Bir kimsə ki, peyğəmbər xanədanına mənsub olmaq şərəfinə nail 

oldu, Hər nəsibsizin o kimsəyə qarşı haqq təzimini icra etməyə qüdrəti 

çatmaz. O, təbiətin qəribidir. Əgər onun məhəbbəti uğrunda mal, mülk, 

can ilə fədakarlıq edə bilsən təəccüblü olmaz. (Baharistan, s 62)].




486     

H Ü M A Y İ - Ə R Ş

Üftadə əfəndinin fikri: 

Böyük seyidlərə ehtiram göstərmənin lazım olduğuna etiraz yoxdur. 

Hətta, təriqətimizin qaynağı Pir Üftadə (q.s) “məclisimə ali-Rəsuldən bir 

kimsə qədəm bassa, necə təzim edəcəyimi bilmərəm” demişdir. “Səvaiq”də 

də Əhli-beytə hörmət haqqında uzun-uzadı bəhs etmişdir. Lakin ali-rəsul 

olanlara hörmətsizlikdən də qaçınmaq lazımdır (Fərahur-ruh, c. 2, s. 158.). 

İmam Şafii (r.a) həzrətləri: 

ﻢﻜﺒﺣ ﷲ ﻝﻮﺳﺭ ﺖﻴﺑ ﻝﺁ ﺎﻳ

 ﻪﻟﺰﻧﺃ ﻥﺍﺮﻘﻟﺍ ﻲﻓ ﷲ ﻦﻣ ﺽﺮﻓ 

Ey Əhli-beyt, aləmin yaradıcısının nazil etdiyi Qurani-Kərimindəki 

ilahi əmrə əsasən sizə məhəbbət etmək fərzdir.

 

ﻢﻜﻧﺇ ﺮﺨﻔﻟﺍ ﻢﻴﻈﻋ ﻦﻣ ﻢﻜﻴﻔﻜﻳ



ﻪﻟ ﺓﻼﺻ ﻻ ﻢﻜﻴﻠﻋ ﻞﺼﻳ ﻢﻟ ﻦﻣ

Sizə ən böyük şərəf və fəxarət cəhətindən bu kifayətdir, hər kim sizə 

salavat gətirməzsə, namazı caiz deyildir.

Sahibi-Mişkat (r.a) həzrətləri:

ﻡﺩﺁ ﻲﻨﺑ ﺭﺎﻴﺧ ﺶﻳﺮﻗ

ﻢﺷﺎﻫ ﻮﻨﺑ ﺶﻳﺮﻗ ﺮﻴﺧ ﻭ

Adəmoğullarının xeyirlisi Qureyş qəbiləsi, Qureyşin xeyirlisi isə 

Haşimoğullarıdır.

ﻢﻬﻠﻛ ﻢﺷﺎﻫ ﻲﻨﺑ ﺮﻴﺧ ﻭ

ﻢﺳﺎﻘﻟﺍ ﻮﺑﺃ ﺩﻮﺟﻮﻟﺍ ﺝﺍﺮﺳ

Bəni-Haşimin ən xeyirlisi kainatın yaradılış səbəbi Əbülqasım 

Muhamməd Mustafa (səlləllahu əleyhi və səlləm) həzrətləridir. 

ﻩﺪﻌﺑ ﻯﺭﻮﻟﺍ ﻞﻛ ﻑﺮﺷﺃ ﻭ

ﻢﻁﺎﻓ ﻦﻣ ﺭﻮﻬﻄﻟﺍ ﻪﺘﻟﻼﺳ

Həzrəti fəxri-aləmdən sonra bütün insanların əşrəfi Həzrəti Fatimədən 

(aləyhəs-salatu vəs-səlam) gələn sərvəri-kainatın pak sülaləsidir. 

Həzrəti Həsənin övlad və zövcələri haqqında fəsil

252


“Kitabüs-Safvə”də on beş oğlu, səkkiz qızı var idi, deyilib. “Kitabı-

Məvalidi-Əhli-beyt”də cəmi on oğlu, bir qızı var idi ki, adları - Abdullah

Qasım, Həsən, Übeydullah, Əbdürrəhman, Əhməd, İsmayıl, Hüseyn, Aqil 

və Ümmül-Həsən idi, deyilib. “Kitabı-Zaxairil-Uqba fi Mənaqibi-Zəvil-

Qurba”da Həsən vəfat etdikdə Həsən, Abdullah, Ömər, Zeyd və İbrahim 

adlı oğulları qaldı, deyilib. 

“Tarixi-Müxtəsəri-Cami”də Həsənin övladları Həsən, Zeyd, Ömər, 

 

Hüseyn, Talha, Əbdürrəhman, Qasım, Əbubəkr və Abdullahdır ki, bu son-



rakı üçü Həzrəti Hüseynlə birgə Kərbəlada şəhid olub. Həzrəti Həsənin 

252


 Tarixi-miratil-kainat, cüz 1, səh. 394, eynən.


H Ü M A Y İ - Ə R Ş

    487

nəsli ancaq Həsən ilə Zeyd adlı iki oğlundandır. Sair övladlarının nəsli kə sil-

mişdir, deyilib.  

“Camiut-təvarix”də qeyd olunmuşdur ki, Həzrəti Həsən çox evlənmiş 

və çox boşamış olub, hətta, öz atası həyatda ikən müxtəlif vaxtlarda doxsan 

və ya yüz on xatunla nikahlanmış, gözəl əxlaqlı da olsa, cüzi səbəblə hər 

aldığını qısa zamanda boşamışdır. Adı kimi surət və təbiəti gözəl olduğundan 

hər xatun ondan kamal və eşqi-məhəbbətlə ayrılıb. Həzrəti Əli:

ﻕﻼﻄﻣ  ﻞﺟﺭ  ﻪﻧﺎﻓ  ﻦﺴﺤﻟﺍ  ﺝﻭﺰﺗ  ﻻ

 

ﺔﻓﻮﻜﻟﺍ  ﻞﻫﺍ  ﺎﻳ



 (Ey əhli-Kufə, Həsənə qız 

verməyiniz. Çünki çox qadın boşayıcıdır.) deyib, məclisdəkilərdən biri 

253

ﻖﻠﻁ


 

ﻩﺮﻛ ﺎﻣ ﻭ ﻚﺴﻣﺍ ﻲﺿﺭ ﺎﻤﻓ ﻪﻨﺟﻭﺰﻨﻟ

 (

Əlbəttə, ona qızımızı verərik. Bəyənərsə, 



yanında saxlayar, bəyənməzsə, boşayar, deməkdir.) dedi. İçlərindən biri 

nikahlandıqda o xatun buna yüz cariyə göndərib, hər birisini min axça ilə 

göndərdi. 

Sona çatdı.

Əhli-beyt haqqındakı şeirlərdən

ﺎﺼﻠﺨﻣ ﺩُﻮﻟﺍ ﻢﻫﺎﻔﺻﺃ ﻦﻣ ﻡﻮﻘﻟﺍ ﻢﻫ

ﻯﻮﻗﻷﺍ ﺐﺒﺴﻟﺎﺑ ﻩﺍﺮﺧﺃ ﻲﻓ ﻚﺴﻤﺗ

“Əhli-beyt elə bir nəcib qövmdür ki, onlara hər kim ixlasla qəlblərini 

saflaşdırıb məhəbbətini vicdanında bərqərar edərsə, axirətdə qüvvətli bir 

səbəbə, mətin bir ipə yapışmış olar”. 

ﺎﺒﻗﺎﻨﻣ ﻦﻴﻤﻟﺎﻌﻟﺍ ﺍﻮﻗﺎﻓ ﻡﻮﻘﻟﺍ ﻢﻫ

ﻯﻭﺮﺗ ﻢﻬﺗﺎﻳﺁ ﻭ ﻰﻜﺤﺗ ﻢﻬﻨﺳﺎﺤﻣ

“Əhli-beyt elə bir ulu əşirətdir ki, mənqibə cəhətindən bütün aləmlərə 

üstünlük qazandılar. Onların yaxşılıqları hekayə edilməkdə, kəramət və 

ülviyyətləri nəql edilməkdədir”. 

ﻯﺪﻫ ﻢﻬﺒﺣ ﻭ ﺽﺮﻓ ﻢﻬﺗﻻﺍﻮﻣ

ﻯﻮﻘﺗ ﻢﻫﱡﺩُﻭ ﻭ ّﺩُﻭ ﻢﻬﺘﻋﺎﻁ ﻭ

“Onları sevmək fərzdir, onlara qarşı sevgi hidayətə aparır, 

Onlara itaət sevgini icab edər və onlara qarşı sevgi təqvanı lazımlı edər. 

Ərzurumdan Nemət Əfəndizadə Arif əfəndinin göndərdiyi məktubdan 

çıxmışdır. Həzrəti Pirin vəfatı üçün söylədiyi anlaşılır isə də Arif əfəndi 

əsl müəllifin adını yazmayıb özünü yazmışdır. Bununla hicrətdə olduğunu 

ifadə etmək istəmişdir. 

253


  ﻪﺑ ﺍﻮﻘﻟﻷ ﻲﺒﻠﻗ ﺍﻮﺸﺘﻓ ﻮﻟ

ﺐﺗﺎﻛ ﻼﺑ ﺎﻄﺧ ﺪﻗ ﻥﺍﺮﻄﺳ

ﺐﻧﺎﺟ ﻲﻓ ﺪﻴﺣﻮﺘﻟﺍ ﻭ ﻝﺪﻌﻟﺍ

ﺐﻧﺎﺟ ﻲﻓ ﺖﻴﺑ ﻞﻫﺍ ﺐﺣ ﻭ



[Qəlbimi araşdırsanız görərsiniz ki,

Qəlbimə katib əli dəymədən iki sətir yazılıb.

Ədalət və tövhid bir tərəfdə,

Əhli-beyt sevgisi bir tərəfdə.]


Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə