1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə179/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   173   174   175   176   177   178   179   180   181

H Ü M A Y İ - Ə R Ş

    483

İbn Fariz (q.s) həzrətlərinin: 

ﻰﻀﻘﻧﺍ ﻭ ﺎﻋﺎﻴﺿ ﺮﻤﻌﻟﺍ ﺐﻫﺫ

 ﻲﺸﺑ ﻚﻨﻣﺰﻓﺃ ﻢﻟ ﻥﺇ ﻼﻁﺎﺑ

ﻻ ﻭ ﻱﺪﻘﻋ ﻦﻣ  ُﺖﻴﻟﻭﺃ ﺎﻣ ﺮﻴﻏ

ﻲﺼﻗ ﻦﻣ ﺎﻘﺣ ﺙﻮﻌﺒﻤﻟﺍ ﺓﺮﺘﻋ

Ah, ömür boşuna keçdi, batil uğrunda tələf oldu. Ömrün batillik içində 

keçib getməsilə heç bir şeydən şikayətlənmədim, fayda görmədim, fayda 

gördüyüm bir şey var isə kainatın sərvəri həzrətin (salamların ən fəzilətlisi və 

mükəmməli üzərinə olsun) övladlarının məhəbbətinə qəlbimi bağlamağımdır 

ki, o nəbi-Qusay övladından göndərilmiş bir haqq peyğəmbərdir. (İbn 

Fariz divanı, c.1, s.93).

ﻰﺑﺮﻘﻟﺍ ﻲﻓ ﺓﺩﻮﻤﻟﺍ ﻻﺇ ًﺍﺮﺟﺃ ﻪﻴﻠﻋ ﻢﻜﻠﺌﺳﺃ ﻻ ﻞﻗ

ﺓﺩﻮﻤﻟﺍ ﻻﺇ



” qəti istisnadır. (

ﻰﺑﺮﻘﻟﺍ


)dakı (ﻲﻓ) kəlməsi nəzərdə tutulan şeyə 

aiddir. (

ﻰﺑﺮﻘﻟﺍ  ﻲﻓ  ﺔﻨﺋﺎﻜﻟﺍ  ﺓﺩﻮﻤﻟﺍ  ﻱﺃ  

 - Yaxınlığa həsr edilmiş sevgi deməkdir) 

mənası qətiyyətlə əcri kənar etməkdir. Yəni əcrlərdən hər hansı birini 

mən sizdən gözləmir və istəmirəm. Ancaq və ancaq Əhli-beytimə sevgi və 

məhəbbət istəyirəm, deməkdir. Çünki Həzrəti fəxri-aləmin Əhli-beytinə 

məhəbbətin səmərəsi onlara məhəbbət edənlərə aiddir. Çünki bu sevgi 

mə həbbət edənlərin nicat tapmalarına səbəbdir; məhəbbət məhşərdə 

Əhli-beytə məhəbbət edənlərin bir arada həşr olunmasını zəruri edər.

 Bu səbəbdəndir ki, Həzrəti rəsuli-əkrəm bu mənada ﺐﺣﺃ ﻦﻣ ﻊﻣ ﺮﺸﺤﻳ ءﺮﻤﻟﺍ 

[İnsan sevdiyi ilə bərabər həşr olunur] deyə buyurdu.

Kainatın sərvəri əfəndimizin Əhli-beytinə sevgi ilə əmr buyurması bir 

əcr və əvəz olaraq tutulmağa uyğun deyildir. Ruhu saflaşma və arınma 

qəbul etməyən və onlardan ruhən və tərbiyə cəhətindən uzaq olan kim sə-

lərin onlara məhəbbət etməsi, həqiqətən, qeyri-mümkündür. Ruhu nur-

lanıb, qəlbi inkişaf edib Allahı bilən və məhəbbət bəsləyən tövhid əhlinin 

də bunlara məhəbbət etməməsi mümkün deyildir. Çünki bunlar kainat 

sərvərinin Əhli-beyti, fütüvvət və ləyaqət sahibi, ilahinin əzəli lütfü ilə 

məhbub, yüksək, ali mövqe və məqamlara nailiyyət və münasibət kəsb 

etmək üçün vəzifəlidirlər (yəni, bunlar bu zərurət və istedad üzərinə yara-

dılmışlardır, deməkdir). Risalət-pənah əfəndimizin Əhli-beytinə an 

caq 

Allaha və rəsuluna məhəbbət edənlər və Allah və peyğəmbərinin məhəb-



bət etdiyi kimsələr məhəbbət bəsləyərlər. Əgər bunlar, əvvəlcə Allah tə-

rəfindən sevilməmiş olsalardı, kainatın sərvəri əfəndimiz bunlara heç 

məhəbbət göstərməzdi. Çünki Həzrəti Peyğəmbərin məhəbbəti eynəl-cəm 

məqamında vaqe olduqdan sonra surəti-təfsildə Cənabı-Haqqın məhəb-

bətinin eynidir. Bir az əvvəldə qeyd olunan hədislərdə nəzərdə tutulan Əhli-

beyt dörd nəfərdən ibarətdir. Görmürsənmi ki, aləmin fəxri əfəndimizin 

bunlardan başqa bir çox övladı, hətta, bunlarla eyni dərəcə yaxınlıqda və 

bərabər bir çox qohumları vardı. Bunların heç birisini anmadı və ümmətini 

bunlara da məhəbbət etməyə təşviq etmədi. Sadəcə bunların məhəbbətinə 

həvəsləndirdi, yəni şiddətlə təşviq etdi, ancaq bunların adlarını çəkməklə 

kifayətləndi. 



484     

H Ü M A Y İ - Ə R Ş

Rəvayət olundu ki, bu mübarək ayə nazil olduğu zaman birisi pey-

ğəmbərə xitabən: 

“Ya Rəsulullah, sevməyimiz vacib olan qohumlarınız kimlərdir? - de-

diyində kainatın yaradılış qayəsi əfəndimiz bu sualın cavabında: 

- Əli, Fatimə və oğulları Həsən və Hüseyndir, deyə buyurdu. Fəqət 

bu rada yetdi. 

Məhz bu yaxınlıq ruhani cinsiyyəti zəruri etdiyindən mizaci bir mü-

na sibəti gərəkli etmişdir. Bu səbəblə bunların övladı olub bunların get-

dik ləri yola gedənlər, bunların hidayətinə tabe olanlar eynilə bu dörd 

zatın hökmündə olurlar. Yəni Əhli-beyt sırasına daxil olurlar. Bunun 

üçün kainatın sərvəri əfəndimiz bunlara ehsan etməyə təşviq etdi. Bun lara 

məhəbbət buyurdu. Bunlara zülm və əziyyət etməyi qadağan etdi. Mə-

həbbət edənlərə peyğəmbər vədi verdi, zülm edənlərə qadağa ilə xəbər-

darlıq etdi. 

Həzrəti fəxri-aləm (salləllahu aleyhi və alə alihi vəsəlləm) hədisi-şəri-

fində belə buyurdu:

 

ﻲﺗﺮﺘﻋ ﻲﻓ ﻲﻧﺍﺫﺃ ﻭ ﻲﺘﻴﺑ ﻞﻫﺍ ﻢﻠﻅ ﻦﻣ ﻰﻠﻋ ﺔﻨﺠﻟﺍ ﺖﻣّﺮُﺣ



• 

Əhli-beytimə zülm edənə və nəslimə əziyyət edənə cənnət haram 

qılındı.

 ﺍﺫﺇ ًﺍﺪﻏ ﺎﻬﻴﻠﻋ ﻪﻳﺯﺎﺟﺃ ﺎﻧﺄﻓ ﺎﻬﻴﻠﻋ ﻩﺯﺎﺠﻳ ﻢﻟ ﻭ ﺐﻠﻄﻤﻟﺍ ﺪﺒﻋ ﺪﻟﻭ ﻦﻣ ﺪﺣﺃ ﻰﻟﺇ ﻊﻨﻄﺻﺍ ﻦﻣ

ﺔﻣﺎﻴﻘﻟﺍ ﻡﻮﻳ ﻲﻨﻴﻘﻟ

• 

Bir kimsə Əbdülmüttəlib oğullarından birisinə bir iş edər və o iş 



üzündən cəzasını almazsa, sabah qiyamətdə mənimlə üzləşdiyi za-

man mən onun cəzasını verərəm.

 

ﻪﻟ ﺍﺭﻮﻔﻐﻣ ﺕﺎﻣ ﺪﻤﺤﻣ ﻝﺁ ﺐﺣ ﻰﻠﻋ ﺕﺎﻣ ﻦﻣ



• 

Bir kimsə ali-Muhəmmədə (Əhli-beytə) məhəbbətlə ölərsə, bağış-

lanmış olduğu halda ölər.

 

ًﺎﺒﺋﺎﺗ ﺕﺎﻣ ﺪﻤﺤﻣ ﻝﺁ ﺐﺣ ﻰﻠﻋ ﺕﺎﻣ ﻦﻣ



•  Bir kimsə ali-Muhəmmədin məhəbbətilə ölərsə, tövbə etmiş 

olduğu halda ölər.

 

ًﺎﻨﻣﺆﻣ ﺕﺎﻣ ﺪﻤﺤﻣ ﻝﺁ ﺐﺣ ﻰﻠﻋ ﺕﺎﻣ ﻦﻣ ﻭ ﻻﺍ



• 

Ey (adam), xəbərdar ol, bir kimsə ali-Muhəmmədə məhəbbət edə-

rək ölərsə, mömün olduğu halda ölər.

 

ﻥﺎﻤﻳﻹﺍ ﻞﻤﻜﺘﺴﻣ ًﺍﺪﻴﻬﺷ ﺕﺎﻣ ﺪﻤﺤﻣ ﻝﺁ ﺐﺣ ﻰﻠﻋ ﺕﺎﻣ ﻦﻣ ﻭ ﻻﺍ



• 

Bir kimsə ali-Muhəmmədə məhəbbətlə ölərsə, imanlı və şəhid 

olaraq ölər. 

 

ﺮﻴﻜﻧ ﻭ ﺮﻜﻨﻣ ﻢﺛ ﺔﻨﺠﻟﺎﺑ ﺕﻮﻤﻟﺍ ﻚﻠﻣ ﻩﺮﺸﺑ ﺪﻤﺤﻣ ﻝﺁ ﺐﺣ ﻰﻠﻋ ﺕﺎﻣ ﻦﻣ ﻭ ﻻﺍ



• 

Bir kimsə ali-Muhəmmədə məhəbbət edərək ölərsə, öncə ölüm 

mələyi, sonra Münkər və Nəkir onu cənnətlə müjdələyər.

 ﺖﻴﺑ ﻰﻟﺇ ﺱﻭﺮﻌﻟﺍ ﻑﺰﺗ ﺎﻤﻛ ﺔﻨﺠﻟﺍ ﻰﻟﺇ ﻑﺰﻳ ﺪﻤﺤﻣ ﻝﺁ ﻭ ﺪﻤﺤﻣ ﺐﺣ ﻰﻠﻋ ﺕﺎﻣ ﻦﻣ ﻭ ﻻﺍ

 

ﺎﻬﺟﻭﺯ


• Bir 

kimsə 


Muhəmmədə 

və 


ali-Muhəmmədə 

məhəbbət 

edərək 

ölərsə, o kimsə (gəlin ərinin evinə süslənib getdiyi kimi) cənnətə 



eləcə gedər.

 

ﺔﻨﺠﻟﺍ ﻰﻟﺇ ﻥﺎﺑﺎﺑ ﻩﺮﺒﻗ ﻲﻓ ﻪﻟ ﺢﺘﻓ ﺪﻤﺤﻣ ﻝﺁ ﺐﺣ ﻰﻠﻋ ﺕﺎﻣ ﻦﻣ ﻭ ﻻﺍ




Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə