1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə175/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   171   172   173   174   175   176   177   178   ...   181

H Ü M A Y İ - Ə R Ş

    471

Bu evə ağzı əyilmiş bir qarı gəldi. Üç gün qonaq qaldıqdan sonra səh-

hət taparaq kəndinə döndü. Ağlımda qaldığına görə qadın Əfəndilər adı 

ilə məşhur kənddən idi. 

Qadından ağzının əyilməsi səbəbini soruşdum. Bu şəkildə anlatdı:

Seyid Xaləddin bir kəndə getmiş. Bu qadının zövcü dostu olduğu 

üçün onun evinə qonaq olmaq üzrə birbaşa oraya getmiş. Qadının ərini 

so ruş duğunda “evdə yox” demiş. Halbuki, evdə imiş. Bundan irəli gəldi-

yinə qane gördüm. Qadının şəxsən özündən dinlədim. Hər nə isə qadının 

sağalması istənirdi. Üç gün içərisində o da baş verdi.

İlan çalanın qurtarılması

İlan çalan adam zəhər bədəninə girdikdən dərhal sonra qaça-qaça bu 

evə gəlirmiş. Gəlincəyə qədər zəhərin təsirinə qapılamayacaq olur sa evə 

yetişər-yetişməz dərhal o adam, ailə rəisi tərəfindən çeynənir. Çeynən dik-

dən sonra yuxuya dalar, ayıldığı zaman zəhərdən əsər qalmaz imiş. Fəqət 

bunun digər cəhəti də var. İlan da eyni şəkildə ocağa doğru gələrmiş. 

Şayəd ilan, çaldığı adamdan əvvəl gələrsə, o adam ölür, əgər adam gələrsə, 

ilan ölürmüş. 

Həzrəti Pirin möhtərəm xanımı, Siracəddin əfəndinin anası Əminə 

xanım məşhudatını belə anlatmıştı: 

Bir gün bu evə müsafir gəlmiş imiş. O zaman bu evdə Mir Mustafanın 

böyük qardaşı Mir Əbdülcabbar yaşayırmış. Bunlar onbeşinci səhifədəki 

planda göstərildiyi şəkildə bu zatın xanımları Seyidətün-nisa Gözəl xanım 

ilə bərabər oturarkən bir ilanın bacadan sallanmaqda olduğunu görmüş. 

Özü qorxduğundan dərhal o biri xanıma söyləmiş. O da başını qaldırıb 

elanı gördüyündə:

- Çəkil, məlun. Allah bəlanı versin. Hansı məsumun ocağını söndürdün, 

demiş. 


Bundan sonra ilan çalan bərgüşadlı bir adam içəri girmiş. Ocağın ba-

şına çatar-çatmaz ölmüş. 

Dəliləri yaxşılaşdırılması

Hər hansı səbəblə olursa olsun, dəlilər bu evə gətirilir. Evin daxilində 

qapıdan içəri girildiyində sol tərəfdəki birinci dirəyə olduqca qüvvətli ip 

və ya örkən ilə (yaşına və qüvvətinə görə) sarılır. O gecə o evdə qonaq 

qaldıqdan sonra şəfa taparaq qayıdarmış. 

1227-ci ildə [m.1812/13] mən bu kənddə qonaq ikən Mikayıl adlı bir 

adam dəli olmuşdu. Bunu bu surətlə bağladıqlarını gördüm. Bu evdə o 

zaman oturan Mir Nizaməddin qaynı Abdullah əfəndinin evinə getmiş, 

mən də qardaşı Mir Seyfəddinin evinə getmişdim. Bilmirəm necə olubsa 

dəli ipdən xilas olmuş və kəndə vəlvələ salmışdı. 

Sonra mir gələrək dəliyi çağırmış. Aralarında bu şəkildə bir söhbət 

cərəyan etmiş. Vaqeəni şəxsən dinləyən kənd sakini İsmayıl Əfəndizadə 

Şəmsəddin əfəndidən eşitdim. Bu surətlə hekayə etdi:

Seyid Nizaməddin dəliyi çağırıb, yanına gəlincə dərhal:

- Ağa, bən çox fəna bir iş tutdum. 



472     

H Ü M A Y İ - Ə R Ş

- Nə etdin?

- Daha nə edim. mundarlandım, onu deyirəm. 

- Elə isə qarşımdan cəhənnəm ol. Allah cəzanı versin. Heyvan. 

- Ah, cəddin olmasaydı, sənə bu sözləri sorardım, deyib ayrılmış və 

qaçaraq getmiş. Özünü yenə bu evin önünə dərəyə atmış. Başı daşa dəymiş, 

beyni tökülmüş və ölmüş. 

Seyid Nizaməddindən işin əslini soruşdum. Hadisəni eynən təsdiqlədi. 

Nə üçün “cəhənnəm ol” dedin, deyə verdiyim sualıma: “Dəli pislik yedik-

dən sonra şəfa tapmaz” cavabını verdi. 

Quduz müalicəsi

Quduz dalayan kimsələr, bu ailədən -istisnasız- hər hansı bir fərdinə 

- kişi olmaq şərtilə - müraciət edər. O zat buna qan verər. Və bu surətlə qu-

durmaq təhlükəsindən azad olar. Kişilər tapılmasa bu ailəyə mənsub olan 

qadınlar da qan verə bilər. O qadının atasının mütləq o ailədən olması şərti 

vardır.

Lakin qadının, qan verdiyi zaman heyz omaması şərtdir. 



Qan vermək üsulu

Sağ ayağın ən kiçik barmağı iplə yaxşıca boğulur. Sonra bir iynə ilə 

dır nağın ucundan qanadılır. Çıxan qan kiçik çörək parçalarına bulaşdırılır, 

gələn adama verilir. Bu adam verilmiş çörəyi dörd günə bölər. Dörd gün 

ac qarnına bu çörəyi və bir də duzsuz şorba yeyər. Başqa cür yeməklərdən 

pəhriz saxlayar. Suyu tər-təmiz tasdan, bardaqdan içər. Bunu layiqincə icra 

edən xəstə dörd gündən sonra bu xəstəlikdən qurtular. Ancaq dörd gün 

pəhriz, quduz it tərəfindən dişlənilən adama görədir. Pişik olursa yeddi 

gün pəhriz etməsi lazım gəlir, qurd olarsa on gündür. 

Quduz tərəfindən dişlənilən kimsə 7 gün ərzində bu ailədən qan al-

maq zərurətindədir. Ən çox on gün müddətini keçirənlərə qan qətiyyən 

verməzlər. Bunun üçün uzaq yerlərdən insanların gəlib qanlı çörək alaraq 

götürdüklərini gördüm. Duz da alırmışlar. Quduz bir heyvan tərəfindən 

dişlənən, sığır və davar cinsindən olarsa duzu qana batıraraq kifayət qədər 

duzun içərisinə qarışdırılır, heyvanlara duz yalatdırılır. Bunlar üçün pəhriz, 

təcrid yoxdur. 

Köpək cinsindən olarsa bunlara çörək, ət kimi yeməklərinə qarışdırı-

la raq verilir. Fəqət bunların dörd gün bağlı qalması və duzlu şeylərdən 

pəhriz etdirilməsi lazımdır. 

Bədənin hər hansı bir hissəsindən çıxan qanı vermək qadağandır; 

hət ta, bu ailədən birisinin burnu qanamış, burun qanını çörəyə batıraraq 

bir biçarəyə vermiş, o da qudurmuş. Bunun üzərinə o ailə fərdləri hamısı 

buna ortaq hesab edilmiş, bu ailə üzvlərindən heç kim qan almamışdır.

Bir xətanın qurbanı olduqlarını anlatmışlarsa da, özlərinə bəraət 

qazan dırmağa müvəffəq olmamışlar. Bunu rəvayət edən Seyid Sədəddin 

ibn Mir Mustafadır. 

Mənim gördüyüm zatlar 10 gün müddətini keçirənlərə qan ver mir-

dilər. Qarabağda yayğın bir rəvayətə görə bu ailədən yalnız Mir Mustafa 




Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə