1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə174/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   170   171   172   173   174   175   176   177   ...   181

H Ü M A Y İ - Ə R Ş

    469

BU NƏCİB AİLƏYƏ MƏXSUS 

QƏRİBƏ XÜSUSİYYƏTLƏR BARƏDƏ 

OLAN RƏVAYƏTLƏR

A

bbasilərin ülvi xanədanına –son zamanlarda rəva gördükləri– 



təzyiqdən bezar olaraq Bağdaddan Xorasana, oradan da 

Qarabağa hicrətə məcbur qalan Agabalı şöhrətilə məşhur Şeyx 

Məhəmməd Şəmsəddin Qarabağa gəlmiş və Cicimlidə məskunlaşmışdı. 

Bu hicrət hicri beşinci əsrin ortalarına təsadüf edir.

Bu kənddə yerləşən bu möhtərəm zat o gündən etibarən şərəf, nəca-

bət, incəlik, çoxsaylı fəzilətlərilə xalqın yolgöstərəni olmuşdur. 

Bir qüdsi hərəm mahiyyəti kəsb etmiş bu zatın səadətxanəsi hər dərd-

li nin dərmanına bir dəva mənbəyi vəzifəsini icra etmişdi. Yəni maddi-

mə nəvi hər düşkün, biçarə, zəiflər bu əziz həzrətin mübarək hüzurunda 

kədər və ələmlərindən azad olmuşlar. 

Bu cümlədən olmaq üzrə borclunun borcu burada ödənir, yetim, kim-

səsiz, biçarələr bu xanəgahda firavanlıq və səadətə yetişir, ilan çalan bu 

dərgaha üz tutar, quduz dalayan, məcnun olan bu qüdsi şəfaxanədə dər-

dinə dərman taparmış.

Xülasə, bütün şanlı peyğəmbərlərin qüdsi təbiətlərini miras almış bu 

xanədanın bu mübarək övladı zəlalətdə olanları hidayətə, dəvasız dərdliləri 

səhhət və afiyətə qovuşduran yeganə bir müdrik mürşid, məharətli nəzər 

sahibi idi. 

Miras aldığı şərafətindəki mənəvi varlığını övladına –irsən- tərk 

edən bu zatın övlad və nəvələri tam yeddi əsrdən bəri o mühit xalqı 

tərəfindən mübarək sayılır, bu günə qədər mübarək nəfəsindən istifadə 

və feyz almaq üçün hər din və məzhəbə mənsub millətlər bunlardan 

mədəd umurdu. 

O cümlədən olmaqla zamanımıza qədər davam edən bir üstün cəhəti 

vardır ki, xalq arasında səhih rəvayət sayılmaqla sabitdir. 

Yeddi yüz ildən bəri öz mənəvi varlıqlarını mühafizə etdikləri kimi 

Agabalı həzrətləri tərəfindən inşa edilən yeddi əsrlik evlərini də eynən 

mühafizə edən bu ailənin Qarabağdakı bu evləri hər gün yüzlərcə zəvvarın 

qüdsi nəzərgahı idi. Mən bunu öz gözümlə gördüm. Bu xanənin bir neçə 

adı vardır: Ağ Baca, Cicimli ocağı, Seyidlər mülkü. 

Bu kənddə yalnız bu evin bacası kirəc ilə suvanmış olduğundan bu adı 

almışdır. 

Cicimli ocağı adlanması, Agabalı (q.s) həzrətlərinin möhtərəm xanı mı-

nın hər kəsə analıq etməsi, minlərcə kimsəsiz, fəqir, zəifləri sevindirməsi 

və şad etməsi, yetimləri böyüdüb ev-eşik, ocaq sahibi etməsi, evini təchiz 

etmək kimi nəcabət və alicənablığa yaraşan hər cür fəziləti bir ana şəfqətilə 

–hər təbəqədən xalqa minnət qoymadan göstərmək surətilə haqlı olaraq 

hər kəsin hörmət və məhəbbətini cəlb etməsi ona ana mənasını ifadə edən 

və ora xalqınca indi də anaya deyilən “cicim” ünvanını təmin etmiş və hər 

kəs tərəfindən bu adla yad edilmişdir. 




470     

H Ü M A Y İ - Ə R Ş

Sonradan xalqın dilində yayğınlaşan bu ad üzərinə bir-birinə rast-

la şan iki yoldaş bir-birilərindən haraya getdiklərini soruşduqlarında 

“Cicimgilə” deməklə başlamışlar. Bunun bu şəkildə ümumiləşməsi kəndin 

əsl adı olan Nevşəhir xüsusi ismini unutdurmuş. “Cicimgilə” sözü bir az 

yüngülləşdirilərək “Cicimli” ünvanı üstün gəlmiş, bu surətlə bu kəndin adı 

da Cicimli qalmışdır. Onun, daha doğrusu, sakinlərinin qüdsiyyəti xanəyə 

keçərək evə də bir şərəf qoşulduğundan “ocaq” deyilmiş, zamanımızda 

Cicimli ocağı adı ilə tanınmaqdadır. 

“Seyidlər mülkü” deyilməsi bu ailənin Əli xanədanına mənsub olma la-

rından irəli gəlmiş bir ünvandır. 

1327-ci ilə qədər [m.1909/1910] bütün o bölgə xalqı bu ocaq üzərinə 

yəmin və and etməkdə idilər. 

Mövzumuzun əslini təşkil edən məsələ - bunların yeddi yüz ildən bəri 

xalqa şəfa bəxş etməsi və dərdlərinə dəva olmalarıdır. Zamanımızda da 

məşhur olan beş kəramətləri vardır:

-  Maralların hər cümə günü bu ocağa gəlməsi;

-  Ağzı əyilənlərin əsl halına qayıdışı; 

-  Məcnunların bu ocaqda şəfa tapmaları;

-  İlan çalanların bu evdə şəfa tapmaları;

-  Quduz heyvan tərəfindən dalanan kimsələrin burada sağalması 

Maralların gəlməsi

Ora təbirincə marallar, hər cümə günü gün qaraldığı əsnada sürü ilə bu 

ocağın önünə gəlir, o evin ən böyük xanımı şəxsən bunlara həyətdəki daşın 

üzərində duz verir, duzu yalayan bu munis heyvanlar yenə sürüləri ilə dağlara 

çəkilir, gedərlərmiş. Yenə gələn cümə günü eyni vəziyyət təkrar edilərmiş. 

Böyük xanımlardan bəziləri bəzən bunlardan süd sağar, bəzən balalı maralları 

içlərindən ayıraraq balası böyüyənə qədər evdə bəsləyərdilər.

Heyrətamiz olan cəhət, bu evə mənsub ailə üzvlərinin heç birindən 

qaç mayan heyvanların yad adamlardan dərhal qaçması idi, bir də ardıcıl 

bir surətlə heç yanılmadan hər cümə günü eyni saat və eyni dəqiqədə gəl-

mə ləridir. 

Mir Mustafa zamanına qədər davam edən bu hal, ailə fərdlərindən 

birinin bu marallardan birinin ölümünə səbəb olması üzərinə bir daha 

təkralanmamışdır. 

Ağzı əyilmişlərin sağalması

Bu dərdə düçar olan xəstə, dərhal bu evə gəlir, ailə üzvlərindən ən yaş-

lısı olan zat (qadın, kişi bərabərdir) əlilə xəstənin üzünə bir sillə vurur və 

bunun ardınca xəstə dərhal şəfa tapırmış. Əcdadlarından qalma bir çarıqla 

da vurduqları olurmuş. Çarığı mən gördüm. Hansı zata ad olduğunu 

bu evdə 1327-ci ildə [m.1909/1910] yaşayan Mir Nizaməddin ibn Mir 

Həsən ibn Mir Mustafadan soruşdum. Bilmədiyini söylədi. Mən Cicimliyə 

getməzdən əvvəl Malağan bazarı adı ilə tanınan qəzaya bitişik, Qıraxtın 

qəzasına dörd saat məsafədəki Rafadinli kəndində Seyid Xaləddin ibn 

Seyid Əbdürrəhman bin Mir Mustafanın evinə getmişdim. 




Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə