1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə38/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   34   35   36   37   38   39   40   41   ...   181

H Ü M A Y İ - Ə R Ş

    103

Şirvanizadə yazıçılıq məsləkilə yetişmiş olmadığından qələminin qüd-

rəti ilə məşhur deyildir. Ancaq xüsusi xəbərləşmələrindən, məktublaş ma-

larından türk dilini elmi sayəsində xətasız, səhvsiz yazmaqda olduğu an la-

şılır. Oğlunun vəfatı üzərinə xüsusi məmuriyyətlə Parisdə olan Sadiq paşa 

tərəfindən yazılan təziyəyə cavab olaraq göndərmiş olduğu məktub qələ-

minin qüvvəsini və qəlbi təəssüratının dərəcəsini göstərməkdədir...

1932, 3 iyun

İndi də İstanbul vilayəti İskan (yerləşdirmə) Müdürlüyü Təvziat (pay-

laşdırma) məmuru Amasiyalı Qara Vaizzadə Osman Fevzi əfəndi vardır 

ki, kitabiyyat ilə məşğul olur. Bu zat, Rüşdü paşa mərhumun şəklini ələ 

keçirmiş və arxasına da aşağıda öz ifadə və imlası üzərinə eynən təsbit 

edil miş hekayəni yazaraq hal-hazırda Amasiyada zəka və elmi ilə məşhur 

olan kitabxana məmuru məşhur müfti Xoca Kamil əfəndinin -hələ də 

həyatdadır və müftidir- övladı Xoca Səbri əfəndiyə göndərmiş. Bu xoca da 

mənə gətirdi. Və bu hekayəni oxumağımı və eşidib-eşitmədiyimi soruşdu. 

Həqiqətən, Taha əfəndi mərhumdan bu hekayəyə eynən bənzər və daha 

müfəssəl bir hekayə dinləmişdim. 

Doğruluğuna etimad edə bilmədiyim üçün Rüşdü paşa həzrətlərinin 

tərcümeyi-halı sırasında dərc etməmişdim. Rəvayət edənin vədi və müba-

rək Fateh camesi imamının Rüşdü paşa həzrətlərilə bu zamanda maddi-

mənəvi münasibəti olmaması məsələnin doğruluğunu sübut etdi. Osman 

Fevzi əfəndinin öz əl yazısının imlasını dəxi dəyişdirmədən eynən aşağıya 

dərc etdim. Paşa həzrətlərinin dini rabitə və iman məhəbbətinin bir sənədi 

olmaq etibarilə çox böyük bir qiymətə malikdir. Cənabı-Haqq əcr və 

savabından məni də feyziyab etsin. Amin bi-hörməti-seyyidil-mürsəlin

Mübarək Fateh camesi imamı Hafiz Bəkir əfəndidən nəqlən eşitdiyim 

hekayəni buraya eynən dərc edirəm. 

Rüşdü paşa Taifdə olduğu zaman müqərrəbinindən və möhtərəm 

mühəddislərdən Dağıstani Hacı Əhməd əfəndini bir gün xanəsinə 

çağırmış və özü ilə bərabər iyirmiyə yaxın hafiz gətirməsini rica etmiş 

və Hacı Əhməd əfəndiyə xitabən: “Mən Məkkədə olduğum müddətcə 

cənabı-peyğəmbərə özümü qəbul etdirə bilmədim. Sonra Taifə gəldim. 

Taifdə iqamətim əsnasında peyğəmbərin əmisi

43

 İbn Abbası özümə 



vasi təçi tapdım, bu surətlə özümü şanlı nəbiyə qəbul etdirdim. Mən 

ölüncə qəbrimi İbn Abbasın ayaq ucuna dəfn edib qəbir daşına da Kəhf 

surəsindən bu ayəti yazınız, demiş 

ِۜﺪﻴ ۪ﺻَﻮْﻟﺎِﺑ ِﻪْﻴَﻋﺍَﺭِﺫ ٌﻂِﺳﺎَﺑ ْﻢُﻬُﺒْﻠَﻛَﻭ 



[Onların iti də 

mağaranın astanasında ön ayaqlarını uzadıb yatmışdı],  (Kəhf:18)

 

vəsiyyətini 



bitirdikdən sonra hafizlərdən birisinə Yasin surəsinin tilavətini rica etmiş 

və hafiz oxuyub ayətin burasına gəlincə 

ﻦﻴﻣﺮﻜﻤﻟﺍ ﻦﻣ ﻲﻨﻠﻌﺟ ﻭ

  [Rəbbim məni 



əfv etdi, ikramlara qərq etdi] (Yasin: 27) burada hafizə işarət edib özü bir 

(Əuzu və bəsmələyi-şərifə)dən sonra bu ayəni oxumağa başladı: 

ﺎَﻬُﺘﱠﻳَﺃ  ﺎَﻳ 

ﻲِﺘﱠﻨَﺟ  ﻲِﻠُﺧْﺩﺍَﻭ  ﻱِﺩﺎَﺒِﻋ  ﻲِﻓ  ﻲِﻠُﺧْﺩﺎَﻓ  ًﺔﱠﻴِﺿ ْﺮَﻣ  ًﺔَﻴِﺿﺍَﺭ  ِﻚﱢﺑَﺭ  ﻰَﻟِﺇ  ﻲِﻌِﺟ ْﺭﺍ  ُﺔﱠﻨِﺌَﻤْﻄُﻤْﻟﺍ

 

ُﺲْﻔﱠﻨﻟﺍ


  [Ey 

arxayın nəfs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh) 

43

  Aləmlərin ruhu səlləllahu əleyhi və səlləm əfəndimiz həzrətlərinin əmisi deyildir, əmisinin 



oğludur. 


104     

H Ü M A Y İ - Ə R Ş



bəndələrimin zümrəsinə daxil ol! (Onlarla birlikdə) Cənnətimə varid ol!] (Fəcr: 

27-28) deyərək təslimi-əmanəti-Xuda eylədiyini həmin mühəddisdən 

şəxsən eşitməklə ondan bu şəkildə dinlədim. Bu, Həzrəti Mövlanənin 

[İsmayıl Siracəddin Şirvani] xələfi olmaq üçün qüdsi qüvvət sahibi bir 

övlad olduğunu təsdiq edir

44

.



44

  Həzrəti Mövlanənin qüdsi qüvvətə sahib bir övlada malik olduğunu demək istəmişdir. 

Yaxud, Rüşdü paşanın, Həzrəti Mövlanəyə layiq qüdsi qüvvət sahibi bir övlad olduğunu 

demək istəmişdir. 



Taifdə İbn Abbasın 

məscidi və arxasındakı 

qəbiristanlıqda Rüşdü 

paşanın qəbrinin olduğu 

güman edilən yer. (Qırmızı 

dairə içərisində)


H Ü M A Y İ - Ə R Ş

    105

RÜŞDÜ PAŞA HƏZRƏTLƏRİNİN 

ŞEİRLƏRİNDƏN

Birdir səfayı-vəsl səfa bir deyilsə də,

Birdir cəfayi-hicr cəfa bir deyilsə də.

Bala və ziri bir görürəm fərti-nəşədən,

Birdir gözümdə ərzü səma bir deyilsə də.

Birləşdi rəngi-zülfü binaguş nazrada,

Birdir bana sübhü məsa bir deyilsə də.

Bimarı-eşqəm, istəməm əsla əlacı-dərd,

Birdir yanımda dərdü dəva bir deyilsə də.

Rüşdü suxən-şinas bilür tərzü şivəsin,

Birdir ədayi-şeir əda bir deyilsə də.

Girəsun Övqaf (Vəqflər) müdiri Fəxri bəy tərəfindən bir məcmuədə 

tapılaraq müfti Hafiz Kamil əfəndinin fəzilətli oğlu Əhməd Əmri əfəndiyə 

göndərilmiş və onun tərəfindən verilmiş Rüşdü paşa həzrətlərinin bir şeiri



Ol dilfiribi şuxi-cahan söylərəm sana,

Xuni-nigah afəti-can söylərəm sana.

Eyni-ədəm desəm də inanma miyanına,

Bəlkə, vücudu var da yalan söylərəm sana.

İlləti, vücudu-aləmi-imkanə eşqdir,

Əsrarı-kun fəkanı əyan söylərəm sana.

Nuş eyləmiş o məsti-mey nazı gülaraq,

Bax surxiyi-ruxiylə nişan söylərəm sana.

Dərdi-dəruni şərh üçün, ey şux nazənin,

Hər şərhayi-vücudu dəhan söylərəm sana.

Ayrılma asitanı-cənabı-həbibdən,

Rüşdü, o babı Kəhfi-əman söylərəm sana.

1 dekabr 1948-ci il tarixli saatlı təqvimin yarpağından alınmışdır. 

Vaxtilə Düyümlü Baba deyə yad edilən bir zat vardı. Bu zat bir gün 

Şirvanizadə Rüşdü paşaya Hicaz valisi Vəcihi paşadan bəhs edərkən: Bu 

paşa ilə sizin çox yoldaşlığınız olacaq. Onu tanıyırsanmı?- deyə soruşar. 

Rüşdü paşa, tanımadığı cavabını verir. Fəqət bir müddət sonra Rüşdü paşa 




Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə