1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə39/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   35   36   37   38   39   40   41   42   ...   181

106     

H Ü M A Y İ - Ə R Ş

Taifə sürgün edilir. Vəfat edir. Cəsədini ondan bir neçə gün əvvəl ölmüş 

Vəcihi paşanın qəbri yanına basdırırlar. Düyümlü Babanın çox yoldaşlığınız 

olacaq deməsi ilə bunların məzarlarının birləşməsi qəribə bir təsadüf olur. 

Övqafı-Hümayun nəzarətində “Tarixçeyi-təşkilati və nüzzarın təra-

cimi-əhvalı” adlı əsərin 129-131-ci səhifələrindən:

Şirvanizadə Mehmed Rüşdü paşa Xalidiyyə şeyxlərindən Mövlanə 

İsmayıl Şirvani (q.s) həzrətlərinin oğludur. 1244-cü ildə [m.1828/29] 

Amasiyada doğuldu. Təhsil aldıqdan sonra Dər-səadətə [İstanbula] gələrək 

mübarək Bəyazid camesində tədris aldı. 

 6 məhərrəm 1270-ci ildə [m.9 oktyabr 1853] Amasiya Övqaf müdiri 

oldu. 12 rəbiül-axir 1271-ci ildə [m.2 yanvar 1855] istefa etdi. Dərsəadətə 

qayıtdıqda Məhkəməyi-Təftiş qəssamlığına təyin olundu. 

Fuad paşa fövqəladə səlahiyyətli məmuriyyət ilə Suriyaya səfərində 

onu da özü ilə bərabər apardı. Zamanın hakimlərindən Əli paşa, bu zatı 

Məclisi-Vala üzvlüyünə və Fuad paşa da Dər-səadətə qayıtdıqda vəzirlik 

rütbəsi ilə Şam valiliyinə təyin etdirdi. Müddərrislikdən vəzir olanların biri 

də bu zatdır.

1280-ci ildə [m.1863/64] Şam və Sayda əyalətlərindən və Qüds san-

cağından təşkil olunan Suriya vilayəti valiliyinə, 19 cəmaziyəl-ulə 1282-ci 

ildə [m.10 oktyabr 1865] Övqafı-Hümayun, 17 şaban 1282-ci ildə Maliyyə 

nazirliklərinə təyin və birinci rütbeyi-Osmani nişanı bəxş, 19 zilqadə 1284-

cü ildə [m. 13 mart 1868] Xəzineyi-Xassə nazirliyi də əlavə olundu. 

1285-ci ilin şəvval ayında [m.yanvar/fevral 1869] Xəzineyi-Xassə na-

zir liyi birləşərək Daxiliyyə, 22 şəvval 1287-ci ildə [m.15 yanvar 1871] 

Xəzineyi-Xassə nazirliyi qalmaqla – ikinci dəfə Maliyyə, 29 rəbiül-əvvəl 

1288-ci ildə [m.18 iyun 1871] Nafiə, 15 rəbiül-axir 1288-ci ildə [m.4 iyul 

1871] Əhkamı-Ədliyyə naziri oldu. 10 rəcəb 1288-ci ildə [25 sentyabr 1871] 

sədrəzəm Mahmud Nədim paşanın iftirası ilə işdən çıxarıldı və ardınca da 

Amasiyaya sürgün olundu. 

Mahmud Nədim paşa, bu zat ilə Zabitə naziri Hüsnü paşa və sair 

zatların sürgününü Məclisi-Vükəlada (Vəkillər məclisi) müzakirəyə qoy-

durduğu sırada Şurayi-Dövlət rəisi Yusif Kamil paşa “Bu cür icraat ədalət 

qaydasına və tənzimat üsuluna ziddir” deyə şiddətlə qarşı çıxdı. Divanı-

Əhkamı-Ədliyyə naziri Mütərcim Mehmed Rüşdü paşa da bu rəisə öndər 

oldu. Müstəbid sədrəzəm, bu rəis və naziri şiddətli müxalifətləri dolayısıyla 

yuxarı məqamlara şikayət edərək işdən çıxarılmasına izin aldı. 

Midhət paşanın rəhbərliyində 1 rəcəb 1289-cu ildə [m.4 sentyabr 1872] 

Orman və məadin (Meşə və mədənlər), 26 şaban 1289-cu ildə [m.29 oktyabr 

1872] –ikinci dəfə - Övqafı-Hümayun Əsəd paşanın birinci rəhbərliyində 18 

zilhiccə 1289-cu ildə [m.16 fevral 1873] -üçüncü dəfə- Maliyyə nazirliyinə, 

17 səfər 1290-cı ildə sədrəzəmlik məqamına təyin olundu. 

Hüseyn Avni paşanın fitnə və nifaqı ilə 26 zilhiccə 1290-cı ildə [m.14 

fevral 1874] işdən uzaqlaşdırıldı. Bu zatın çıxarılması və sürgün edilməsi 

Hüseyn Avni paşanın fitnə-fəsadından irəli gəldiyi -o sırada Mabeyni-

Hüma yun baş katibliyində olan, Atıf bəyəfəndinin “Xatirat”ında və 

Mahmud Cəlaləddin paşanın “Miratı-Həqiqət”ində və Məmduh paşanın 

“Fəvəranı-Əzman” və “Miratı-Şuunat”ında qeyd edilmişdir. 



H Ü M A Y İ - Ə R Ş

    107

9 rəbiül-axir 1291-ci ildə [m.26 may 1874] Hələb, 17 cəmaziyəl-ulə 

1291-ci ildə [m. 2 iyul 1874] Hicaz valiliklərinə təyin olundu. Taifdə 15 

şaban 1291-ci ildə [m.27 sentyabr 1874] qara hummadan (qrip virusu) və-

fat edərək İbn-Abbas (radiyallahu anhuma) həzrətlərinin səadətli civarına 

dəfn edildi. 

Rüşdü paşa, alim, zarafatcıl və bilikli, təqrir hissinə qadir, lətif simalı, 

gülərüzlü bir zat olub, sevdiklərinə himmət göstərirdi. Bu zatın nazir 

olduğu zamanlarda bəzi dini və xeyriyyə binaları təmir olundu. 

Fatıminin “Təzkireyi-xatimətül-əşar”ından səhifə 136-137

45

: Şirva-


nizadə Mehmed Rüşdü əfəndi savadlı alimlərdən və ali Nəqşibəndi 

təriqətinin seçilmiş şeyxlərindən Şirvani Şeyx İsmayıl Siracəddin əfəndi 

mərhumun nəslindən Amasiyada min iki yüz qırx beşinci ilin [m.1829/30] 

əvvəllərində dünyaya qədəm basıb atasından ali təhsil almış və tədrisini 

tamamlamış olduğu halda min iki yüz altmış yeddinci ildə Dər-Səadətə 

gəlmiş və bir müddət Sultan Bəyazid vəli Allah rəhmət eləsin həzrətlərinin 

mübarək camesində elm öyrətməklə zaman keçirdikdən sonra adı çəkilən 

Amasiya qəzasında Vəqflər nazirliyindən ona məmuriyyət verilmiş və 

oraya getmişdir. Zatın fəzl və irfanı tərif və bəyandan uzaqdır. 

Alusizadə adı ilə məşhur Bağdad müftisi Seyid Mahmud əfəndi həz-

rət lərinin yazdığı bir məktubda Rüşdü paşa həzrətlərinə həsr etdiyi sətr-

lərdən “vabisu-əşvaqi lirraqi əsməl-muraqi həbibil-heykəlin-nurani Əs-

Seyid Mehmed əfəndi Əş-Şirvani...”

Nəşvətül-Müdam s.32

ﻱﺪﻨﻓﺍ ﻞﻴﻌﻤﺳﺍ ﻞﺿﺎﻔﻟﺍ ﻦﺑﺍ ﻱﺪﻨﻓﺍ ﺪﻤﺤﻣ ﺪﻴﺴﻟﺍ ﻲﻧﺎﺛ ءﺎﻛﺬﻟﺍ ﻲﻓ ﻪﻟ ﺲﻴﻟ ﻱﺬﻟﺍ ﻱﺪﻟ ﻭ ﻥﺎﻛ ﻭ 

.ﻪﺒﺣﺎﺼﻣ ﻭ ﻪﻠﻴﻠﺧ ﺭﺪﻗ ﻪﺘﺒﺤﺼﺑ ﻪﻧﺎﺤﺒﺳ ﻰﻠﻋﺃ ﻭ ﻪﺒﺗﺍﺮﻣ ﻞﻴﻠﺟ ﻦﻳﺭﺍﺪﻟﺍ ﻲﻓ ﻰﻟﺎﻌﺗ ﷲ ﻰﻠﻋﺃ ﻲﻧﺍﻭﺮﺸﻟﺍ 

14

 ﺹ ﻝﻮﻤﺸﻟﺍ ﺓﻮﺸﻧ



 

Nəşvətüş-Şümul s.14

[Zəkada tayı-bərabəri olmayan oğlum Əs-Seyyid Mehmed əfəndi, Fazil 

İsmayıl əfəndi Əş-Şirvani oğludur. Allah-taala onu hər iki aləmdə mübarək 

mərtəbələrinə yüksəltsin və onu öz həmsöhbəti dərəcəsinə qaldırsın.] 

SİRACƏDDİN ƏFƏNDİNİN XƏSTƏLİYİ

N

amı-mürşidanəyə hədiyyə edilən evə köçdükdən altı ay sonra 



hidayətin parlaq çırağı, rəşadət şöləsinin ziyası, kainatın gözünün 

nuru, irfan əhlinin fəxarətli tacı, bəxtəvər övlad, elm-irfan 

bağçasının məfhumu-mücəssəmi, səadətli tuba ağacı, illiyyin mələkutunun 

(cənnət) meyvəsi, lübbü-lübabı-lahutiyyət-rəhin (ilahi mirasın ən yaxşısı), 

məğzi-müəddayi-həqiqəti-din” (din həqiqətinin mənasının məğzi), yəni 

həzrəti Siracəddin xəstəlik döşəyinə baş qoymuşdur. 

 Çoxsaylı təşəbbüslərə baxmayaraq heç cür sağlamlığı bərpa edilməmiş, 

ümumi zəifliyə mübtəla olaraq gözlərinə korluq gəlmişdir. Həzrətin həqiqət 

ümmanının sədəfi Xeyrünnisa Əminə xanımdan dünyaya gəldiyini qeyd 

etmişdik. 

45

 Amasiya müftisi Kamil əfəndinin oğlu fazil, ədib Əhməd Əmri əfəndinin qeydlərindən.




Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə