112
H Ü M A Y İ - Ə R Ş
“Ey anasının canı qədər dəyərli oğlu,
qanlar və torpaqlar içində indi harada yatırsan?!
ﺭﺍﺰﻧ ﻭ ﺪﻧﮋﻧ ﻭ ﺮﻴﺳﺍ ﻭ ﺐﻳﺮﻏ
ﺭﺍﺪﻣﺎﻧ ﻦﺗ ﻥﺁ ﻥﻭﺭﺪﻧﺍ کﺎﺨﺑ
Belə qiymətli insanın torpaq altına getməsi səbəbindən qərib
insanlar halsızlaşmış və əsirlər arıqlayıb ərimişlər.
ﻮﺗ یﻭﺭ ﻥﺁ ﺯﺍ ﺪﻣﺎﻴﻧ ﺵﺎﻐﻳﺭﺩ
ﻮﺗ یﻭﺯﺎﺑ ﻭ ﻻﺎﺑ ﻭ ﺯﺮﺑ ﻥﺁ ﺯﺍ
Onun sənin üzünə heyfi gəlmədimi?
Sənin boy-buxununa, qoluna və bazularına heyfslənmədimi?
ﺯﺎﻨﺑ ﺍﺭ ﺖﻨﺗ ﻡﺩﻮﺑ ﻩﺩﺭﻭﺮﭙﺑ
ﺯﺍﺭﺩ ﻥﺎﺒﺷ ﻭ ﺯﻭﺭ ﻩﺪﻨﺸﺧﺮﺑ
Səni naz içrə böyütdüm,
Nur saçan gündüzlər və uzun gecələr boyu bəslədim.
ﺖﺸﮔ ﻪﻗﺮﻏ ﻥﻭﺭﺪﻧﺍ ﻥﻮﺧ ﺎﺑ ﻥﺁ ﻥﻮﻨﮐ
ﺖﺸﮔ ﻪﻗﺮﺧ ﻭﺍ کﺎﭘ ﻦﺗ ﺮﺑ ﻦﻔﮐ
İndi o gözəl vücud al qana boyanmışdır,
Kəfən pak vücuduna libas kimi geyindirilmişdir.
ﺭﺎﻨﮐ ﺭﺪﻧﺍ ﻡﺮﻴﮔ ﺍﺭ ﻪﮐ ﻦﻣ ﻥﻮﻨﮐ
ﺭﺎﺴﮑﻤﻏ ﺍﺮﻣ ﺮﻣ ﻥﺩﻮﺑ ﺪﻫﺍﻮﺧ ﻪﮐ
İndi mən kimi yanıma alıb sevim?!
Kim mənə dərd ortağı olmaq istər?!
ﺶﻳﻮﺧ ﺭﺎﻤﻴﺗ ﻭ ﺩﺭﺩ ﻦﻳﺍ ﻢﻳﻮﮔ ﺍﺭ ﻪﮐ
ﺶﻴﭘ ﻮﺗ یﺎﺠﺑ ﻥﻮﻨﮐﺍ ﻢﻧﺍﻮﺧ ﺍﺭ ﻪﮐ
Dərdimi-sərimi kimə söyləyim?!
Sənin yerinə kimi qoyum indi?!
ﻍﺍﺮﭼ ﻭ ﻢﺸﭼ ﻭ ﻥﺎﺟ ﻭ ﻦﺗ ﺎﻐﻳﺭﺩ
ﻍﺎﺑ ﻭ ﺥﺎﮐ ﺯﺍ ﻩﺪﻧﺎﻣ ﻥﻭﺭﺪﻧﺍ کﺎﺧ ﻪﺑ
Heyf o vücuda, cana, gözlərə və o qəndil kimi yanaqlara, heyf.
Bütün bunlar indi saraya da, bağçalara da vida edib qara
torpaq altında yatır.”
ﻖﻠﺧ ﺖﺸﮔ ﻦﻤﺠﻧﺍ ﻭﺍ ﺮﺑ ﻮﺳ ﺮﻫ ﺯ
ﻕﺮﻏ ﺖﺸﮔ ﯽﻤﻫ ﻥﻮﺧ ﺭﺩ ﻪﻳﺮﮔ ﻥﺁﺰﮐ
Hər tərəfdən insanlar onun başına toplandı
Və o öz qanlı göz yaşlarından boğulurdu.
ﺩﺮﮐ ﻪﻟﺎﻧ ﻭ ﻥﻮﻴﺷ ﯽﻤﻫ ﻮﮐ ﺲﺑﺯ
ﺩﺮﮐ ﻪﻟﺍژ ﺮﭘ ﻢﺸﭼ ﺍﺭ ﻖﻠﺧ ﻪﻤﻫ
H Ü M A Y İ - Ə R Ş
113
O ağlayıb nalə çəkdikcə
Hər kəsin də gözü yaşardı.
ﺖﺸﮔ ﻩﺩﺮﻣ ﻥﻮﭼ ﻭ کﺎﺧ ﺮﺑ ﺩﺎﺘﻔﻴﺑ
ﺖﺸﮔ ﻩﺩﺮﺴﻓﺍ ﻢﻫ ﺶﻧﻮﺧ ﻪﮐ ﯽﺘﻔﮔ
Nəhayət bayılıb, ölü kimi torpağa düşdü
və bədənində qanı donmuşdu.
ﺖﻓﺮﮔ ﺶﻟﺎﻧ ﺯﺎﺑ ﻭ ﺪﻣﺁ ﺵﻮﻫ ﻪﺑ
ﺖﻓﺮﮔ ﯽﺸﻟﺎﻧ ﻪﺘﺷﻮﮐ ﺮﭘ ﻥﺁ ﺮﺑ
Huşu özünə gəldikdə təkrar nalə çəkdi
və ölən oğlu üçün fəryad etməyə başladı.
təsvirinə müvafiq hərəkətlər göstərməyə başladı, atası bila-ixtiyar:
Bir oğlundan cüda düşmüşdü Yaqub,
Hücumu-giryə çeşmin qıldı binur.
Əcəbmi giryə qılsam mən ki, düşdüm,
Necə Yusif kimi məsumdandır-
demiş və hüzünlü bir əda ilə oxumuşdu. Bu, elə bir təsir əmələ gətirdi ki,
matəmzədələrin fəryadı eşidənləri dəhşətə gətirəcək bir həddə gəldi:
Kimisi:
Necə gözdən getməsin xunabə, canandır gedən,
Necə cismü can ayaqdan düşməsin candır gedən.
Necə aləm olmasun əhli-nəzər çeşminə tar,
Çün nəzərdən çeşmeyi-xurşidə rəxşandır gedən-
ağısı ilə ağlayır, kimisi də:
ﺖﺳﻮﻴﭘ ﻢﻫ ﺭﺩ ﺍﺭ ﻪﻟﺎﻴﭘ ﺐﻴﮐﺮﺗ
ﺖﺴﻣ ﺩﺭﺍﺩ ﯽﻤﻧ ﺍﻭﺭ ﻥﺁ ﻦﺘﺴﮑﺸﺑ
ﺖﺳﺩ ﻒﮐ ﻦﻴﻧﺯﺎﻧ کﺎﺳﻭﺮﺳ ﻦﻳﺪﻨﭼ
ﺖﺴﮑﺷ ﻪﮐ ﻦﻴﮐ ﻪﺑ ﺖﺳﻮﻴﭘ ﻪﮐ ﺮﻬﻣ ﺮﺑ
[Yoğruldu qədəh necə yoldan gələrək,
Sərxoş belə qırmaz onu artıq bilərək.
Gəl gör bu gözəl bədənlərin halı yaman,
Yoğrulma-dağılmalar nə üçün olsa gərək?].
şəklində töhmət edir, kimisi:
ﻒﻴﻄﻟ ﻡﺎﺟ ﻦﻴﻨﭼ ﺮﻫﺩ ﺮﮔ ﻩﺯﻮﮐ ﻦﻳﺍ
ﺵﺪﻧﺰﻣ ﻦﻴﻣﺯ ﺮﺑﺯﺎﺑ ﻭ ﺩﺯﺎﺴﻴﻣ
[Bir belə gözəl qədəh ki, heyran qalınır,
Əvvəl düzəldilir, sonra birdən yerə çırpılır.]-
qülqüləsilə ağı deyirdilər.
114
H Ü M A Y İ - Ə R Ş
O gün şəriətə müvafiq qüslu tamam edildi və tabuta qoyularaq bir
otağa qoyuldu. O gecə səhərə qədər yanında Quran xətm edildi. Səhər
cənazəsi atası tərəfindən qılınaraq Şamlarda hazırlanmış xüsusi məzara
dəfn edildi. Tabuta sac [dəmir təbəqə çəkilmiş] qapladılmış və iyirmi iki ilə
yaxın bu məzarda qalmışdır.
Atasının vəfatında Boğaz məhəlləsindən Dəhnəli Hacı Hüseyn və Hacı
İsmayıl və Lənbəranlı Yusif Çələbi Boğazdan Molla Yusif tərəfindən gecə
qəbri açılaraq atasının türbəsində onun qəbri yanında hazır edilən məzara
gətirilmişdir. Həzrəti Pir bu vəzifənin ifasını qütbül-mütəəxxirin (sonrakı
övliyaların mürşidi) Dəhnəvi Hacı Mustafa əfəndiyə vəsiyyət etmiş imiş.
Fəqət şərəf qazanmaq arzusu ilə yuxarıda adları keçən dörd zat bu vəzifəni
özbaşlarına ifa etmişlər.
Bu hadisə bütünlüklə Taha əfəndinin rəvayətinə istinadən nəql edil-
mişdir. Sirac əfəndi uşaq olsa da, bir divan vücuda gətirə biləcək qədər
şeir yazmışdır. Təəssüf ki, zaman keçdikcə itib yox olmuş, xalq dilində ya-
yıl mış olan və yazıya keçirilmiş beytlərindən başqa əldə mövcud bir şey
qalmamışdır. Bu hissələrin da eyni taleyə məruz qalması ehtimal daxilində
olduğundan bu kitaba eynən dərc etməyə məcbur qaldım.
Xalqın dilində ən çox yayılmış olan “Saqinamə”sini təqdim etdim,
digərlərini də qaralama halında özünün əl yazısı ilə yazılmış kağızlardan
köçürdüm.
“Saqinamə”si mizacını ifadə edə biləcək qəbiliyyətdədir. Fələyin könül
əhli ilə bitib-tükənməz mücadiləsindən uzaq qalsaydı, atasının xeyirli xələfi
olacağına şübhə ediləməzdi. Nə çarə ki, daha doğrusu, min dəfə təəssüf ki,
vəziyyət tərsinə olmuşdur.
Dərda ki, içdi bəzmi-bəlada meyi-fəna,
Canu cahandan almadan ol növrəsidə kam.
Gülzarı-ömri gördü xəzan görmədən bahar,
Mah cəmalı etdi qürub olmadan tamam.
Vəfatı rumi 1291
46
martının onuncu günüdür (m.1875, 22 mart).
Anası qalan ömrü boyunca gilas yeməmişdir.
46
Hal-hazırda Amasiya müftisi olan Xoca Hafiz Kamil əfəndinin oğlu Əhməd Əmri
əfəndinin tərəkədən satın aldığı əlyazma bir “Münşəatı-Mövlanə Cami” adlı kitabın cild
qabının iç üzünə və kitabın arxa qapağına məlum olmayan bir zat tərəfindən bəzi vəfat
tarixləri dərc edilmiş və bu arada da Siracəddin əfəndinin vəfatı yazılmışdır. Yazan
adam anasının də vəfatını yazmış, anasının adının Tükəzban və bir qaladan olduğu
anlaşılmışdır. Fəqət anası Tükəzban olan zatın kim olduğu heç cür anlaşılmamış, təbii
olaraq, vəfat tarixini yazan zat da bilinməmişdir. Katibin öz ifadəsi eynən aşağıya dərc
edilmişdir. “İrtihalı-nuru-aynım Siracəddin əz dari-fəna be dari-bəqa mahi-səfər,
yövmü-Bazar, saat 6, sənə 1292” [Gözümün nuru Siracəddinin fani dünyadan baqi
aləmə köçməsi, səfər ayı, bazar günü, saat 6, il 1292 (1875, mart-aprel)].