1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə44/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   40   41   42   43   44   45   46   47   ...   181

H Ü M A Y İ - Ə R Ş

    119

Məqsudinə yol verməgil, əğyarı zəbun et, 

Əfv et məni, məğmum eylə şeytanımı, ya Rəb. 

İhda edəyim Kəbeyi-kuyinə rəvanım,

Lütfünə qəbul eylə qurbanımı, ya Rəb.

Hicran odu yandırdı məni, ah ki təbdil

Qıl vüslətə bu atəşi-suzanımı, ya Rəb.

Getdikcə məlahət kimi əfzun eylə dərdim,

Mehri dəxi atəşi-suzanımı, ya Rəb

49



Gülgəşti-rəvanımdan iraq etmə şərabı,

Şadab eylə səhrayi-gülüstanımı, ya Rəb.

Növrəstə bu gül dəstimi hər yerdə əziz et,

Şayəsteyi-dərgah eylə divanımı, ya Rəb. 

Ərzaqımı ehsan eylə biminnəti-məxluq,

Feyzanə kərəm eylə əziz nanımı, ya Rəb.

* * *


Sanmagiz bihudə Məcnun məskəni səhra imiş,

Çün xəyalatı qəzal dideyi-Leyla imiş.

Mən sanırdım kəndimi ancaq əsiri-zülfü-yar,

Xəlqi-aləm cümləsi aludeyi-sevda imiş. 

Bir səhər gördüm ki, əflakə düşübdür zəlzələ,

Ol, məgər, gülşəndə zarı-bülbülü-şeyda imiş.

Dün dəri-dildardə dökdüm sirişkim qətrəsin,

Dəhr içində indi hər bir qətrəsi dərya imiş.

Eşqi gör kim daima eylər məqamı Qafda,

Guyiya Qaf üzrə təmkin eyləyən Ənqa imiş.

Aşiqi-aşüftənə söylə demişlər yarıma,

Söyləmiş ki, söyləməm əsla, o bir rüsva imiş.

Ey Siraci, şükr qıl, rüsvalığıyla dəmbədəm,

Kim, bu ismi söyləyən gözləri şəhla imiş.

* * *


49

 Bu misrada artıq-əksiklik hiss edilir.




120     

H Ü M A Y İ - Ə R Ş



Çəkmə, dərdi, ey könül, meyxanədə peymanə çək,

Çəkdiyin peymanəyi pünhan deyil, mərdanə çək.

Yanma narı-firqətə, qərq olma bəhri-möhnətə,

Gir bu dərya içrə sən də, yanə

50

 bir dürdanə çək. 

Xəncəri-bürran ilə meydana gir cövlanə gəl,

Hər tərəf başlar kəsüb dünya yüzüni qanə çək.

Getdi mürgi-dil, nigara, duttu zülfündə məqam,

Göndər anı zülfünə lütf eyləyüb bir şanə çək.

Mətləi-Xurşidi-eşq isə əgər mətləb sana,

Öz qatarın, ey Səba, sən, canibi-İranə çək.

Ey Siraci, söylədin bir şeiri-şirin şövqilən,

Eyləsün tənzir pişi-şairi-Şirvanə çək.

* * *


Abiri, ətri, müşki, sünbüli, reyhani, şəbbuyi,

Təhəyyür bəhrinə müstəğrəq etmiş kakilin buyi.

Əyərkən səbzeyi-xəttinə başın müşk ahusi,

Gözün səyyadı damı-zülfə seyd eylər ol ahuyi.

Görəndə nəvki-zülfün halqalanmış guşeyi-ləbdə,

Sanuram ki, içir şahmarı-təşnə çeşmədən suyi.

Xalas olmam, kəməndi-türreyi-yarə giriftarəm,

Zəifəm ol qədər kim, qüdrətim yoxdur qıram muyi.

Sənəmlər səcdəsiyçün çox məni mən etmə, ey sufi,

Edərsən sən də görsən səcdə ol mihrabı-əbruyi. 

Gözün dərdi tənim eynəlyəqin öylə zəif etmiş,

Tərazunin gözünə qoysalar əyməz tərazuyi.

Dedi güzgüdə əksim görməzəm heç, ol pəri peykər,

Dedim kim, ey gözüm, göstərməz əlbət güzgü güzgüyi.

Qurub səyyad çeşmi dami-zülfü danəyi-xalı,

Necə ya hu

51

tək etməm naleyi-yahuyi, yahuyi.

Siraci, şəm tək yandım gecələr nari-həsrətindən,

Gətürdükcə xəyalə ol hilali-əbruyi, məh ruyi.

50

 “Sahilə” mənasında istifadə edilmişdir



51

 Ahu olduğunu güman edirəm. Müstənsixin (istinsax edən) səhvi olduğu görünür. 




H Ü M A Y İ - Ə R Ş

    121

Məqamım ey gözüm səhrayi-həsrət,

Məkanım aləmi-balayi-heyrət.

Götürmə sağəri-sərşari, saqi,

Məni məst eylədi səhbayi-heyrət.

Dilim məhruqu-narı-firqəti-yar,

Tənim müstəğrəqi-dəryayi-heyrət.

Xəyali-çeşmi-heyranın görəndə,

Gəzər guya gözüm məbnayi-heyrət.

Təhəyyürlə cihandan fariği-əvvəl oldum,

Büküldü qamətim çün yayı-heyrət.

Yan, ey könül, əsası-arazı bir abdır,

Bu qübbəyi-sehr ana bir hübabdır.

Ol şey ki düşdü abü hübabın miyaninə,

Badi-həvadis ilə ol əlbət xərabdır. 

Birdir həyat çərxi-hülulü hüdudda,

Hərçənd desələr ah çərx nə qibabdır.

Bir cisim kim ənasir oldu türab gibi,

Axirdə xabgahi, yəqinən türabdır.

Etmiş cihan cüda hədaiqi-anadili,

İndi həzar bağ əvalimə qurabdır.

Hər şahzadə düşkün olubdur gəda gibi,

Hər bir gəda bərabəri-Əfrasiyabdır.

Pəs çeşmini güşadə qıl, eylə cihana seyr,

Bu nə şərab şərabdır, bu nə xabdır.

Etməz, Siraci, çün və çeradan məbahisi,

Baxmaz sərayı-surətə xanə xarabdır.

* * *


Görəndə daneyi-xalınla xəttin səbzəsin yahu,

Dedim eynəlyəqin ol gözlərin yahu bila hu.

Dedim sibi-zəqandan şəftalu almaya gəldim, yar,

Dedi mənayı-sib üzrə əməl qıl, aşiqi-bimar.


Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə