142
H Ü M A Y İ - Ə R Ş
etmədiyindən pərakəndə məlumata nəhayət verərək şeirlərini yazmaq
daha doğru bir hərəkət olacağından ona görə bu mövzuda mülahizələrimi
burada kəsirəm.
Sədi dərvişlikdə olan səbatı, mətanəti, rəbbani feyzlərə nail olma sev-
da sı sayəsində irfan feyzindən bəhrələnmiş olduqdan sonra hicri 1295-ci
ildə [m.1878] Siracəddin əfəndi mərhumun dayısı Əli və Mirməhəmməd
Ağazadə Taha əfəndilər ilə bərabər Ərzurum yolu ilə Rusiyaya [Azərbaycana]
getmişdir.
Bu bənzərsiz şair də kamala yetmədən 43-44 yaşlarında həyat dağ da-
ğasını tərk etmişdir. Qəbri Ağdam yaxınlığında Qarapirim adlı kənddədir.
Bölgə xalqınca məzarı ziyarətgahdır.
Ərz edilməyə layiq bir məqamdır ki, bir səadət və irfan çırağı olan
Həzrəti Pirin saçılan nuru ətrafında toplanan bu cür həqiqət pərvanələri
və mərifət quşları zühur edən ruhani irfan feyzini daima o qüdsi kəmalat
qəlbindən saçılan qüdsi şüalar və nəfis ilahi nəfəslərə borcludurlar. İnan-
mayanlar və bu mülahizəmin həqiqətəuyğun olub-olmadığında tə rəd düd
edənlər Həzrəti Pirin həyatda olduğu zamanla vəfatından sonrakı halını
müqayisə etsinlər. Həqiqət dərhal meydana çıxar. Əl verər ki, təəssübə
məğlub olunmasın.
Sədinin şeirləri
Biz xəlvətiyiz ta nə zərər məşğələmizdən,
Eşq əncüməni şölələnir məş’ələmizdən.
Aşiq çağırır, ahimiz avazı-cərəs tək,
Zira yol azar qafil olan qafiləmizdən.
Sərbəsti-mətaız çəkəriz bari-əmanət,
Hammalı-qəmiz vaqif olan yox şələmizdən.
62
Pabəsteyi-zənciri-cünunuz biz əzəldən,
Hər əsrdə bir Qeys çıxar silsiləmizdən.
Rahət nə rəva bizlərə, bir-bir dəxi hər kəs,
Rihlət yükünü bağlayalar mərhələmizdən.
Fərz et özünə eşqi, əgər ərz edə hüsnün,
Vacib görünür niyyətimiz nafiləmizdən.
Keç dağdağadan, daği-dərunu urma xəyalə,
Qafil nə çıxar qövl gibi qailəmizdən.
Bir qətrəcə gəlməz iki dünya gözümüzdə,
Dəryayi-mühit istə bəzmi-hövsələmizdən.
Heyranşüdeyi-baisi-icadı-cəhanız,
Əllameyi-əsr aciz olur məsələmizdən.
62
Çalı-çırpı, qalın-incə odun yükü olub belə yüklənir.