1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə60/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   56   57   58   59   60   61   62   63   ...   181

H Ü M A Y İ - Ə R Ş

    165

ruhaniyyətinə isnad edirəm. Kövnü məkanın xaliqi kərəmli mürşidin ruhaniyyətinə 

yaxın olmaq şərəfinə nail etməsi duasını qeyd ilə yenə o irfan sarayının gülşəninin 

bülbülünün həyat bəxş edici nəğmələrinə qayıdıldı. 

SİVAS VALİSİ HACI İZZƏT PAŞANIN 

HƏDİYYƏSİ

H

acı İzzət paşa, Amasiyaya gəldiyində alim və məşayixdən, saleh-



lərdən kimlər olduğunu sormuş. Bu arada Həzrəti Piri də xəbər 

vermişlər. “Məmurlardan bu zata mənsub kim var isə onu mənə 

çağırın, demiş. O zaman Mühasibat şöbəsində bulunan Qarslı Süleyman 

əfəndini gətirmişlər. Süleyman əfəndiyə bir qızıl saat və bir top qiymətli 

qumaş verərək bunu Həzrəti Pirə götürməsini əmr etmiş. Süleyman əfəndi 

əmrə müvafiq əşyanı alaraq Həzrəti Pirə aparmış. Həzrəti Pir “Bunları 

Sultan Bəyazid mədrəsələrinə verməsini və özünə lüzumu olmadığını” 

söyləyərək, qəbul etməmiş. Süleyman əfəndi kərəmli mürşidinin əmrinə 

müvafiq əşyanı alaraq paşaya gətirmiş. Paşa “Sultan Bəyazid dərsxanələrinə 

lazım gələn şeylər verildi. Lütfən bunun qəbul edilməsini rica etdiyimi söy-

lə”, deyə təkrar qaytarmış. 

Süleyman əfəndi təkrar gətirdiyində “Balam, bu saatı xocalara versin, 

dərs vaxtını bilsinlər, dərslərinə getsinlər. Bu qumaşı da cübbə etsinlər. 

İndiki halda bu kimi əşyaya ehtiyacdan azadam, mənə lüzumu yoxdur, get 

belə söylə”, deyə rədd etmiş. 

Və əşyanı gətirib Hacı İzzət paşaya eynən qaytarmış və Həzrəti Pirin 

sözlərini çatdıraraq çölə çıxdığında Hacı İzzət paşanın: “Qəbul etdi-

rəm mədi, tərs, qəbul etdirəmmədi, tərs” dediyini eşitdiyini üç müxtəlif 

zamanda soruşduğumda eynən özü hekayə etmişdir. 

LÜTFİYƏ XANIMLA İZDİVACI

1292

-ci ilin [m.1875/76] əvvəllərində Amasiya əşrafından 



Kə mər ba şızadə Hacı Mustafa əfəndinin qızı Lütfiyə xa-

nımla izdivac etmişdir. Bu il içərisində Sədrəzəm Rüşdü paşa həzrətləri 

tə rəfindən hazırlatdırılan evdən çıxmış və Sultan Bəyazid civarında Yegen-

za də Adilə xanımın malikanəsini kirayələyərək oraya köçmüşdür. Bu 

evdə bir il qaldıqdan sonra Çukurbahçedə hal-hazırda Qara Hafizzadə 

Əli əfəndi tərəfindən qo yu lub gedilmiş mülklər arasındanseçilmiş binaya 

köç müşdür ki, bu ev o za man rind ariflərinin sərdarı Merzifon mülkədar 

və əşrafından Feyzi ağanın imiş. Bu zat bütün sərvət və səadətini kərəmli 

mürşidin uğrunda fəda etmiş alinəsəb bir kişidir. 

Bu ev şeyxin həyatı nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir. 

Birincisi: Feyzi ağakimi mərifət nuru saçan bir zata məskən 

olmuşdur. 

İkincisi: Bu evdə şeyxə qarşı təcavüz baş vermişdir. 

Lütfiyə xanımın 

qəbrinin başdaşı



166     H Ü M A Y İ - Ə R Ş

İsmayıl Siracəddin 

Şirvaninin sənduqəsi, 

məscid və türbəsi. 

Amasiya


H Ü M A Y İ - Ə R Ş

    167

Təcavüzün baş vermə şəkli

Həzrəti Pir bu evdə iqamət etdiyi əsnada sandıqları bağlı olduğu halda 

sandığın içərisindəki əşyası yanmış

77

, ev möhkəm bir nəzarət və mü ha fi zə 



altına aldırılsa da, gecə sabaha qədər evə daşlar atılmışdır. Daşların -hər yer 

bağlı olsa da- otağın içərisinə düşməsi heyrətamiz bir işdir. Bu məsələdə 

bütün ravilər həmfikirdir. 

Daşların kirəmitliyə, dama düşməsi qəbul edilə bilər. Ancaq hər tə rəf 

bağlı olduğu və pəncərələr qırılmadığı, tavan taxtası dəlinmədiyi halda 

qapalı bir otağın içərisinə düşən daşlara heyrət etməmək mümkün deyil-

dir. Az qala dolu dənəsi kimi fəqət az- az fasilələrlə bir-bir, iki-iki düşmək-

də imiş. Bütün ravilər etibar edilən şəxslərdir. Daş düşmək haqqındakı 

rəvayətlər. 

İşin içərisində qadın barmağı olduğunda hər kəs həmfikirdir; fəqət 

qadınların kim olduğuna gəlincə bunda ixtilaf vardır.

1 - Bunu, guya böyük xanımlar, Həzrəti Pirin Lütfiyə xanımı almasını 

qəbul etməmələri üzündən belə bir sehr etdirmiş və bunu Lütfiyə xanıma 

isnad etmək istəmişlərmiş. 

2 - Bunu Lütfiyə xanımın atası etdirib digər xanımların boşadılmasına 

nail olmaq üçün onlara isnad etməkdə imiş. 



İndi bu iki rəvayəti təhlil edək. 

Böyük xanımların bunu etməsinə bilavasitə imkan yoxdur, çünki bunlar Rüşdü 

paşanın tikdirdiyi malikanədə qalmışlar və iki ev arasında münasibət tamamilə 

kəsilmiş. Nə o evdən Lütfiyə xanımın malikanəsinə, nə də bərikindən ötəkinə gedilib 

gəlinmişdir. 

Demək olar ki, bu xanımların özlərinin bu hərəkəti etməsinə fürsət yox idi. Burada 

xüsusi adamlar vasitəsilə etdirilməsi imkanı görülə bilər. Bu qədər var ki, bu gedəcək 

adamın şeyxin mübarək hərəminə girə biləcək və orada sandıqları yandıra biləcək 

bir müvəffəqiyyət təmin etməyə gücünün yetməsi lazım gəlirdi. Bu da uzaq görünür. 

Sehr əsas qəbul edildiyində bunun bir dərəcəyə qədər böyük xanımlar tərəfindən 

icrası mümkün görülsə də, bu zaman da bacarıqlı sehrbaz adamlar tapmaları və 

edilən sehri də tələb olunduğu şəkildə lazım olan yerlərə qoymaları gərəkdir ki, 

bunlar üçün bu da imkansız dərəcəsindədir, çünki qərib və kimsəsizdirlər. Mühitə 

yad olduqları kimi hicab pərdəsini qaldıraraq bir kimsə ilə təmas etmiş deyildilər. Bu 

hala görə bu xanımların məsələ ilə əlaqədar olduqlarını zənn etmək imkanı yoxdur. 

Buna nəzərən də Lütfiyə xanımın atasının bu işdə əli olduğunu düşünmək lazım 

gələr ki, bu da qəbul edilən iki rəvayətdən birisinin məsələ ilə əlaqəsizliyi, digərinin 

sübutunu gərəkdirən bir məntiqi qayda nəticəsində aydınlaşdırıla bilər. Fəqət bunu 

da təhlil edərsək çox asanlıqla sübut etmək mümkün olmaz. Çünki Lütfiyə xanımın 

atası Kəmərbaşı Hacı Mustafa əfəndi ki, Həzrəti Pirin qayınatası olur, bunu 

77

  Həzrəti Pir bu təcavüzü farsca divanında “Nigara, nazənina, əz çe xəsarət nihad başəd” 



mətləli qəzəlinin yeddinci beytində belə ifadə edir: 

     ﺪﻧﺯﺍﺪﻧﺍ ﺪﻨﺑ ﻭ ﻢﻴﻳﺍﺮﺳ ﺭﺪﻧﺍ ﺪﻨﻧﺯ ﺶﺗﺁ ﺮﮔ  

ﺪﺷﺎﺑ ﻥﺍﺩﻭﺎﺟ ﻢﻧﺎﺟ ﺹﻼﺧﺍ ﻭ ﺎﺠﺑﺎﺟ ﻢﺻﻮﻠﺧ

     Səhifə 113 Farsca divanı.



[Sarayımı atəşə verib daşlasalar da,

Xülusum yerbəyer, ixlası-canım cavidan]

Lütfiyyə xanımın 

Mir Həmzə əfəndiyə 

ithaf etdiyi şeirlərindən


Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə