ƏKBƏr qocayev, ġƏhla qulġyeva, sevda əLĠyeva



Yüklə 484,89 Kb.

səhifə1/20
tarix26.08.2018
ölçüsü484,89 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   20


 

ƏKBƏR QOCAYEV, ġƏHLA QULĠYEVA, 



SEVDA ƏLĠYEVA 

 

 



 

 

 



 

 

 



TARĠXĠ ANLAYIġ 

VƏ 


TERMĠNLƏRĠN 

ĠZAHLI LÜĞƏTĠ 

 

 

 



 

 

Orta məktəb Ģagirdləri və abituriyentlər üçün 



vəsait 

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 

təsdiq olunmuş proqram və dərsliklər əsasında 

tərtib olunmuşdur 

 

 



 

 

 



 

 

"MAARĠF" NƏġRĠYYATI 



BAKI – 2003 

 

4602030000—06 



Q ---------------------  Qrifli nəĢr 

M 652-2003 




 

 



ÖN   SÖZ 

 

Hər  bir  uşaq  onu  əhatə  edən  insanların  dilini  mənimsəyir.  Ancaq  uşağın 



öyrəndiyi  dil  adi  danışıq  dilidir.  O,  gözəl  nitq  mədəniyyətinə  yalnız  təhsil 

prosesində sahib ola bilər. Deməli, nitq mədəniyyətinin təməli məktəbdə qoyulur. 

Nitq  mədəniyyətinin  inkişafında  humanitar  elmlərin,  kütləvi  məlumat 

vasitələrinin  rolu  əvəzsizdir.  Möhtərəm  Prezidentimiz  H.Ə.Əliyev  nitq 

mədəniyyətinin  əhəmiyyətini  xüsusi  qeyd  edərək  demişdir:  "Azərbaycan  ədəbi 

dilinin saflığına, kütlələrin nitq mədəniyyətinə daim qayğı göstərilməlidir". 

Dil  həmişə  insanlar  arasında  ən  mühüm  ünsiyyət  vasitəsi  hesab  olunub  və 

indi də belədir. Hər bir dilin özünəməxsus lüğət tərkibi var. Cəmiyyətin inkişafı ilə 

əlaqədar olaraq dilin lüğət tərkibi də dəyişir və zənginləşir. 

Müəllimlərin  başlıca  vəzifələrindən  biri  də  dilimizin  lüğət  tərkibinə  daxil 

olmuş  müxtəlif  sözlər,  terminlər  haqqında  şagirdlərə  məlumat  vermək,  onlarda 

zəruri söz ehtiyatı bolluğu yaratmaqdır. 

Terminləri öyrənməyin bir əhəmiyyəti də budur ki, bir çox terminlər dünya 

miqyasında və ya bir çox dillərdə eyni mənada başa düşülür. 

"Termin" sözü latın sözü olub, hərfi mənası hədd, sərhəd deməkdir. Əslində 

"termin" müxtəlif sahələrə aid anlayışları ifadə edən söz və ya söz birləşməsidir. 

Şagirdlər bilməlidirlər ki, bir çox terminlərin sətri tərcüməsi ilə, onun başa 

düşdüyümüz mənası bir-birinə uyğun gəlmir. Bizə lazım olan əslində sətri tərcümə 

deyil,  başa  düşdüyümüz  mənadır.  Məsələn,  latın  sözü olan "sivilizasiya"  sözünün 

sətri tərcüməsi "mülki", "ictimai" deməkdir. Ancaq əslində sivilizasiya dedikdə bu 

və ya digər ölkələr və xalqlar qrupuna xas olan maddi, mənəvi və ictimai həyatın 

müəyyən  inkişaf  mərhələsi  başa  düşülür.  Şagirdlərdə  nə  qədər  siyasi  söz  lüğəti 

bolluğu, anlayış bolluğu olarsa, bir o qədər də onlar dövrün hadisələrindən yaxşı 

baş  açar,  mühakimə  yürüdə  bilərlər.  Tarixi  fakt  və  hadisələrin  öyrənilməsində, 

səbəb-nəticə  əlaqələrinin  yaranmasında,  məntiqi  təfəkkürün  inkişafında  da 

terminlər  böyük  rol  oynayır.  Təsadüfi  deyil  ki,  tarix  fənni  üzrə  hazırlanmış 

testlərdə, habelə  ali məktəblərə tələbə  qəbulu zamanı imtahan suallarında da bir 

çox terminlərin izahını bilmək tələb olunur. 

Bu kitabçada bəzi əlavələrlə orta məktəb dərsliklərindəki terminləri, əsasən, 

əhatə etməyə çalışmışıq. Burada 800 termin və anlayışın izahı verilmişdir. Kitabça 

haqqında arzu, irad və təkliflərinizi gözləyirik. 


 

 



Abbası


  — XVII-XVIII əsrlərdə  Ġran və Cənubi Qafqazda iĢlədilmiĢ  gümüĢ  sikkə. 

Səfəvi  Ģahı  I  Abbasın  hakimiyyəti  dövründə  təsis  olunmuĢ  və  onun  adı  ilə 

adlandırılmıĢdır. 

Abbasilər 

—  Məhəmməd  peyğəmbərin  əmisi  Abbasın  adı  ilə  adlanan  ərəb 

xəlifələri  sülaləsi  (750—  1258).  Ərəb  xilafəti  çox  vaxt  Abbasilər  xilafəti 

adlandırılmıĢdır. 

Abbat


 — katolik kilsəsində monastır rahibi. 

Abdallar 

— Laçın Ģəhərinin keçmiĢ adı (1923-cü ilədək) 

Abeskun


  —  orta  əsrlərdə  Xəzər  dənizinin  cənub-Ģərqində  eyniadlı  adada  liman 

Ģəhəri. Bu Ģəhərin adı ilə Xəzər dənizinə Abeskun dənizi də deyilirdi. Xarabalığı su 

altındadır. 

Abidə


  —  1)  sənət  və  tarixi  dəyəri  olan  tikili;  2)  Ģəxsiyyət  və  hadisələrin  Ģərəfinə 

yaradılan heykəltəraĢlıq və memarlıq əsəri. 

Abituriyent  (latınca)  —  "getməyə  hazırlaĢan".  Bir  çox  ölkələrdə  orta  məktəbi 

bitirən Ģəxs və ya ali və orta ixtisas məktəbinə daxil olmaq istəyən Ģəxs. 

Abolisionist

  (ingiliscə)  —  quldarlığın  ləğv  edilməsi  tərəfdarı.  Bu  ad  ABġ-da 

quldarlığın ləğv edilməsi tərəfdarlarına verilmiĢdi. 

Abordaj


  (fransızca)  —  "gəmi  bortu".  Avarlı  və  yelkənli  gəmilərlə  döyüĢ  üsulu. 

Hücum  edən  gəmi  qarmaqla  o    birinə  bağlanır  və  döyüĢün  nəticəsi  əlbəyaxa 

vuruĢmadan asılı olurdu. Uzaqvuran topların və buxarla iĢləyən gəmilərin meydana 

çıxması ilə XIX əsrdən abordaj üsulu öz əhəmiyyətini itirmiĢdi. 

Aborigenlər

 (latınca, əzəldən) — ölkənin qədim, yerli sakinləri. 

Açıq  qapı

  —  1899-cu  ildə  ABġ  dövlət  katibi  hey  verdiyi  notada  "açıq  qapı" 

doktrinasını  elan  etdi.  Burada  tələb  edilirdi  ki,  Çindəki  dövlətlərin  bütün  "nüfuz 

dairələri" ġimali Amerika mallarının gətirilməsi üçün açıq olmalıdır. Bununla ABġ 

rəqiblərini Çindən sıxıĢdırıb çıxarmaq istəyirdi. 

Aeropaq


 (yunanca) — Attikanı idarə edən ağsaqqallar Ģurası. 

Ağbil  türbələri

    —  Quba  rayonunun  Ağbil  kəndində  XVI  əsrə  aid  memarlıq 

abidələri. 

Ağməscid

 — indiki Simferopol Ģəhəri. 

Axill 

—  qədim  yunan  mifologiyasında  Troya  müharibəsi  dövründə  ən  güclü 



qəhrəmanlardan biri. 

Axill dabanı

 — "ən zəif yer" mənasında iĢlənir. Əfsanəyə görə Axillin anası dəniz 

ilahəsi  Fetida  oğlunu  ölməz  və  yenilməz  etmək  üçün  onu  Yeraltı  Stiks  çayının 

müqəddəs suyuna salmıĢdır. Anası onun dabanından tutduğuna görə ora müqəddəs 

su dəyməmiĢ və dabanı Axillin yeganə zəif yeri olmuĢdur. Parisin atdığı zəhərli ox 

dabanına dəyərək onu öldürmüĢdür. 

Aid 


—  qədim  yunanlarda  yeraltı  səltənətə  hökmranlıq  edən  allah.  Guya  bu 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə