Е. S. C ə f ə r o V f I z I k a



Yüklə 5,01 Kb.

səhifə1/112
tarix26.11.2017
ölçüsü5,01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   112


                      
 
                          Е.   S.  C Ə F Ə R O V 
 
 
 
    
F İ Z İ K A  
 
 
Abituriyentlər, orta məktəbin yuxarı sinif şagirdləri, orta məktəb 
müəllimləri, fizikanı sərbəst öyrənənlər üçün vəsait 
 
 
 
                            
B A K I  -   2013 
 


Elmi redaktor:    AMEA-nın Radiasiya Problemləri İnstitutunun “Polimerlərin və  
                              elektroaktiv    kompozit   materialların      radiasiya       fizikası”  
                              laboratoriyasının müdiri,   f.-r.e.d.  A.Məhərrəmov     
 
     
 
 
Rəyçilər:   Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fizika kafedrasının  
                   müdiri, f.-r.e.d., professor  T.M.PƏNAHOV            
 
                   Bakı  Dövlət  Universitetinin Fizika fakultəsinin  “Optika və Molekulyar     
                   fizika” kafedrasının  müdiri,  f.- r. e. d., prof.  F. A. Əhmədov 
   
 
 
 
 
 
 
Cəfərov E.S.  
 
Fizika.  Abituriyentlər, orta məktəbin yuxarı sinif şagirdləri, orta məktəb müəllimləri,   
              fizikanı sərbəst öyrənənlər üçün vəsait
. Bakı: 
Elm
, 2013. – 298 s. 
 
 
Ali  məktəblərə  qəbul  proqramı    əsasında  hazırlanmış  dərs  vəsaiti  
elementar  fizikanın  bütün  bölmələrini    əhatə  edir.  Vəsaitdə    şagirdlərin  ümumi 
bilik səviyyələri nəzərə alınaraq, ayrı-ayrı mövzuların izahlı şərhi verilmişdir.  
Dərs vəsaitindən abituriyentlər, orta məktəbin yuxarı sinif şagirdləri, orta 
məktəb müəllimləri,  fizikanı  müstəqil öyrənənlər  istifadə edə bilərlər. 
 
 
 
İSBN  ................................ 
                                                                 
                                                                                            ©
     Elm
 nəşriyyatı, 2013 
 
 
 


 

 
MEXANIKA 
 
 
 
Mexanika  -  fizikanın  müxtəlif  mexaniki  hərəkət  formalarını  öyrənən 
bölməsidir. 
Mexanika  –  kinematika,  dinamika  və  statika  kimi  bölmələrdən  
ibarətdir.    
Kinematikada 
mexaniki 
hərəkətlər 
onları 
yaradan 
səbəblər 
araşdırılmadan  öyrənilir.  Başqa  sözlə  desək,  kinematikada  «hərəkət  nə  üçün 
yaranıb?»  suallarına  cavab  tapılmır,  yəni  mexanikanın  bu  bölməsi  hazır 
hərəkətləri öyrənir. 
Dinamikada  isə  hərəkətlər  onları  yaradan  səbəblərlə  birgə  öyrənilir. 
Dinamikanın əsasını Nyutonun I, II və III qanunları təşkil edir.  
Statikada  cisimlərin  tarazlıq  halları,  yəni  onların  sükunətdə  qalma  və  ya 
düzxətli bərabərsürətli hərəkət etmə halları araşdırılır. 
 
KİNEMATİKA 
 
Zaman keçdikcə cismin fəzada digər cismə nəzərən vəziyyətini dəyişməsi 
mexaniki hərəkət və ya sadəcə hərəkət adlanır.   
Əgər cisim zaman keçdikcə digər cismə nəzərən vəziyyətini dəyişmirsə, bu 
halda cisim  həmin cismə nəzərən «hərəkət etmir və ya sükunətdə qalır» deyilir.  
Hərəkət və sükunət nisbi anlayışlardır. Başqa sözlə desək, mütləq hərəkət 
və ya mütləq sükunət yoxdur. Bu isə o deməkdir ki, hər hansı bir cismə nəzərən 
hərəkətdə  olan  cisim  eyni  zamanda  başqa  bir  cismə  nəzərən  sükunətdə  olur  və 
yaxud da bir cismə nəzərən sükunətdə olan cisim başqa cismə nəzərən hərəkətdə 
olur.  
Mexaniki hərəkəti xarakterizə edən əsas parametrlərlə tanış olaq: 
  
 
#   Hərəkətin  trayektoriyası. Hərəkətin  trayektoriyası  dedikdə  hərəkət 
zamanı  cismin  fəzada  cızdığı iz başa düşülür və ya hərəkət edən cisim hansı xətt 
üzrə vəziyyətini dəyişirsə, həmin xətt hərəkətin trayektoriyası adlanır.  


 

 
 
Trayektoriyanın formasına görə                    A .                       1                  . B                                         
hərəkətlər   düzxətli   (1) və  ya əyrixətli                                                           
 olurlar  (2) (şəkil 1).                                                                                   2                                                 
                                                                                                                              Şəkil 1. 
 
  #  Hərəkətdə   gedilən  yol.  Hərəkətdə   gedilən  yol  dedikdə  müəyyən 
zaman  fasiləsində  cismin  hərəkət  trayektoriyasının  uzunluğu  başa  düşülür.  Belə 
çıxır  ki,  gedilən  yolu  tapmaq  üçün  trayektoriyanın  uzunluğunu  ölçmək  lazımdır. 
Gedilən  yol  «
S
»  ilə  işarə  olunur.  Dediklərimizdən  aydın  olur  ki,  o,  ölçülən  fiziki  
kəmiyyətdir, yəni onun ölçü vahidi olmalıdır. 
Məlum olduğu kimi, fiziki kəmiyyətlərin ölçü vahidləri ya etalon kimi (şərti 
razılaşma  yolu  ilə)  müəyyən  edilir,  ya  da  fiziki  kəmiyyətin  düsturundan  tapılır. 
Etalon  kimi  qəbul  olunmuş  ölçü  vahidi  əsas,  düsturdan  tapılmış  ölçü  vahidi  isə 
törəmə  vahid adlanır.  
Gedilən  yolun  (uzunluğun)  vahidi  etalon  kimi  qəbul  olunub,  yəni  əsas 
vahidlər qrupuna daxildir. Bu məqsədlə, razılaşma yolu ilə müəyyən bir uzunluq 
seçilmiş və həmin uzunluq uzunluq etalonu kimi qəbul olunmuşdur.  
Fiziki  kəmiyyətlərin  vahidləri  etalon  kimi  qəbul  olunmasından  və  ya 
düsturdan tapılmasından asılı olmayaraq, bir neçə sistemdə qruplaşdırılır. Biz bu 
vahidlər sistemlərinin ikisi ilə: BS  (beynəlxalq vahidlər sistemi) və SQS  sistemləri 
ilə tanış olacağıq  (SQS  – sm, qram və saniyə sözlərinin baş hərfləridir).  
BS - də yolun vahidi 1 metr (BS - də  [S
]
 = 1 m), SQS sistemində isə metrin 
yüzdə bir hissəsinə bərabər olan 1 santimetr – dir  [S
]
 = 1 sm).  
Yolun sistemdənkənar  1 km, 1 dm, 1 mm  kimi də vahidləri vardır:  
                        
 1 km = 10

m,  1 dm= 10
-1 
m, 1 mm= 10
-3
 m  - dir.  
 
 
Burada «k», «d», «m» fiziki kəmiyyətlərin vahidlərinə vurulan əmsallardır. 
Həmin əmsallar barədə ətraflı məlumat cədvəl 1-də öz əksini tapmışdır. 
 
 
#    Hərəkətə  sərf  olunan    zaman.    Hər    bir    hərəkət    müəyyən    zaman 
fasiləsində  baş  verir  ki,  həmin  zaman  fasiləsi  də  hərəkətə  sərf  olunan  zaman 
adlanır  və  « t »  ilə  işarə olunur. Zaman vahidi də etalon kimi qəbul olunan əsas 
vahiddir. Bu fiziki kəmiyyətin hər iki sistemdə vahidi 1 saniyədir (BS -də [t] =1 san, 
SQS -də  [t] =1 san ).     
Zamanın  sistemdən  kənar  vahidləri 1era,  1əsr,  1il,  1ay,  1sutka,  1saat, 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   112


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə