Е. S. C ə f ə r o V f I z I k a



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/112
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12930
1   ...   10   11   12   13   14   15   16   17   ...   112

 
34 
 
                                               
                                    
dəyişməsi     
2
2
2
2
0
2










    (şəkil 43).                                                                 
 
Deməli,  dörddə  bir period  ərzində  sürət  dəyişməsi sürətin özündən  2  
böyük olur.                                                                                                


 
d)  
T
t
4
3

  müddətində  də  sürət dəyişməsi            


                    



            
eyni ilə    
T
t
4
1

     müddətindəki    kimi   Pifaqor                                              
0


           
teoremi əsasında   tapılır  və  bu  halda   da  sürət  
dəyişməsi  
2
2
0
2








    - yə   bərabər      
olur (şəkil 44).                                                                                        Şəkil 44.                                                                                            
e)     
......
  
,
4
11
,
4
9
,
4
7
,
4
5
T
T
T
T
t

    və s. müddətlərdə də sürət   yişmələri   
2




  -  yə  bərabər olur.  
f)     
T
t
3
1

    müddətində    sürət  dəyişməsini  tapmaq    üçün  yenə  də 
sürətlərin çıxılması qaydasından istifadə etməklə                                                   
0


 
  
3
3
cos
2
2
0
2
0
2













                                

         



                                
alarıq.  İfadəni çıxararkən 
T
t
3
1

 müddətində                  


                                    
müddətində    
0
120


    (
2
1
120
cos


)    və                                 


 
başlanğıc       və      son       sürətlərin         ədədi                         Şəkil 45. 
qiymətlərinin    eyni    olması   şərtləri     nəzərə  
alınmışdır (şəkil 45).    
         İmpuls anlayışı ilə tanış olduqda görəcəyik ki, çevrə üzrə hərəkətdə bu 
kəmiyyətin dəyişməsi də eyni ilə sürət dəyişməsi kimi olur. 
 
 
 
 


 
35 
 
DİNAMİKA 
 
 
 
                              
NYUTONUN 
I
 QANUNU 
(Ətalət qanunu) 
 
Nyutonun  I  qanununa  əsasən  cismə  başqa  cisim  təsir  etmirsə,  daha 
dəqiq  desək,  cismə  edilən  təsirlər  biri-birini  kompensasiya  (dəf)  edirsə,  onda 
cisim ya sükunətdə qalır, ya da düzxətli bərabərsürətli hərəkət edir.    
 
Cismin  sükunətdə  qalması  və  ya  düzxətli  bərabərsürətli  hərəkət  etməsi, 
onun öz hərəkət sürətini sabit saxlaması deməkdir. Onda Nyutonun I qanununu 
aşağıdakı kimi də ifadə etmək olar: 
 
Cismə  başqa  cisim  təsir  etmirsə  və  ya  edilən  təsirlər  biri-birini 
kompensasiya edirsə, onda cisim öz hərəkət sürətini sabit saxlayır.  
 
Cismə digər cisimlər təsir etmədikdə öz hərəkət sürətini sabit saxlaması  
xüsusiyyəti  onun  ətalətlilik  xassəsi  adlanır.  Canlı  və  ya  cansız  olmasından  asılı 
olmayaraq,  bütün  cisimlərin  ətalətlilik  xassəsi  vardır.  Buna  görə  də,  maşın 
yerindən  tərpənərkən  sərnişinlər  arxaya,  dayanarkən  isə  qabağa  tərəf  hərəkətə 
gəlirlər. Bu xassəyə əsasən sükunət halından böyük sürətlə hərəkətə başlamaq və 
ya böyük sürətlə hərəkət zamanı ani olaraq dayanmaq olmaz və s.  
 
Nyutonun I qanunu inersial sistemlərdə doğru olur.  
İnersial  sistemlər  elə  sistemlərdir  ki,  həmin  sistemlərdə  cismə  digər 
cisim  təsir  etmirsə  və  ya  edilən  təsirlər  kompensasiya  olunursa,  cisim  öz 
hərəkət  sürətini  sabit  saxlayar.  Yerlə  bağlı  sistemlər  (tərpənməz  sistemlər)  və 
yerlə bağlı sistemə nəzərən düzxətli bərabərsürətli hərəkət edən bütün sistemlər 
inersial sistemlərdir. Yerlə bağlı sistemə nəzərən dəyişənsürətlə (təcillə) hərəkət 
edən  sistemlər  qeyri  inersial  sistemlərdir.  Nyutonun  I  qanunu  qeyri-inersial 
sistemlərdə doğru olmur.  
 
Dediklərimizdən məntiqi nəticə olaraq çıxır ki, cismə digər cisim təsir edən 
halda  isə  (və  ya  edilən  təsirlər  biri-birini  kompensasiya  etmədikdə)  cisim  öz 


 
36 
 
hərəkət sürətini sabit saxlaya bilməz.  Başqa sözlə desək, bu zaman cisim mütləq 
dəyişənsürətlə hərəkət etməlidir.  
 
Bundan sonra digər cismin təsirini sadəcə olaraq qüvvə adlandıracağıq
Deməli, cismə qüvvənin təsir etməsi ona digər cismin təsir etməsi deməkdir. 
Fikrimizi  yekunlaşdırmaqla,  «qüvvə  -  cismin  hərəkət  sürətini  dəyişən 
səbəbdir»  nəticəsinə  gəlmək  olar.  Belə  çıxır  ki,  əgər  cismə  qüvvə  təsir  edirsə, 
onun  hərəkət  sürəti  mütləq  dəyişməlidir,  Başqa  sözlə  desək,  qüvvə  təsir  edən 
cisim  nə sükunətdə qala bilər, nə də düzxətli bərabərsürətli hərəkət halında ola 
bilər.   
Əlavə  olaraq,  qeyd  etmək  lazımdır  ki,  qüvvə  -  cismi  hərəkətə  gətirən 
səbəb  yox,  onun  hərəkət  sürətini  dəyişən  səbəbdir.  Belə  ki,  arabaya  atın 
qoşulması onun hərəkətə gəlməsi kimi başa düşülməməlidir. Bu halda atın təsiri 
sürtünmə  qüvvəsinə  üstün  gəlməklə,  arabanın  hərəkət  sürətinin  dəyişməsinə 
səbəb olur.   
Qüvvə anlayışı daxil etdikdən sonra Nyutonun birinci qanununu aşağıdakı 
kimi də ifadə etmək olar: 
Cismə  qüvvə  təsir  etmirsə  və  ya  cismə  təsir  edən  qüvvələr  bir-birini 
kompensasiya edirsə, onda cisim öz hərəkət sürətini sabit saxlayır.  
Bilirik  ki,  yalnız  müəyyən  bir  hesablama  sistemində  hərəkətdən  və  ya 
sükunətdən danışmaq olar. Onda Nyutonun I qanununu daha aydın formada belə 
ifadə etmək olar: 
Elə  hesablama  sistemləri  vardır  ki,  həmin  sistemlərdə  irəliləmə 
hərəkətində  olan  cismə  digər  cisim  təsir  etmirsə,  daha  dəqiq  desək,  digər 
cisimlərin  təsiri  biri-biri  ilə  kompensasiya  olunursa,  cisim  həmin  sistemlərə 
nəzərən ya sükunətdə qalır, ya da düzxətli bərabərsürətli hərəkət edir.  
Qeyd edək ki, qanunun bu formada deyilişi zamanı nəzərdə tutulmuşdur 
ki,  təbiətdə  tənha  cisimlər  yoxdur.  Hər  bir  cisim  bu  və  ya  digər  dərəcədə  digər 
cisimlərin  təsirinə məruz qalır. Sadəcə olaraq, bu təsir bir halda kiçik, digər halda 
isə nəzərəçarpacaq dərəcədə böyük olur. 
Kütlə.  Cisimlərə xas olan başqa bir xüsusiyyət isə onların qarşılıqlı təsirdə 
olmasıdır.  Bu  o  deməkdir  ki,  əgər  bir  cisim  digər  cismə  təsir  edirsə,  o  da  öz 
növbəsində birinci cismə təsir etməlidir. Başqa sözlə desək, təsir olan yerdə əks 
təsir də olur, yəni cisimlər qarşılıqlı təsirdə olurlar. Məsələn, tüfəngdən güllənin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə